Icma.az
close
up
RU
Kredit götürənlər işsiz qalmaqdan sığortalanacaqlar Bu mexanizmin hansı üstünlükləri olacaq?

Kredit götürənlər işsiz qalmaqdan sığortalanacaqlar Bu mexanizmin hansı üstünlükləri olacaq?

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır. Bu, vətandaşların işsizlik zamanı bank qarşısında öhdəliklərinin yüngülləşməsinə gətirib çıxaracaq. 

Mərkəzi Bank bu məhsul üzrində iş getdiyini açıqlayıb. Banco.az mövzu ilə bağlı sığorta eksperti Şahin İsmayılovun fikirlərini öyrənib:

"Məlum olduğu kimi, artıq bir müddətdir, kredit götürənlərin həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası tətbiq edilir. Bu sığorta məhsulunun tətbiq olunması banklar üçün yeni perspektivlər yaratdı. Çünki bu sığorta məsulu olmadan kredit götürən şəxs müəyyən səbəblərdən ödəniş qabiliyyətini itirdikdə banklarla vətəndaşlar arasında böyük problemlər yaşanırdı.

Belə bir yeniliyin tətbiqindən sonra kreditin qalıq məbləğinin ödənişi artıq sığorta şirkətlərinin öhdəliyinə çevrilir və vətəndaş-bank qarşıdurması aradan qalxmış olur. Amma bu məhsul vətəndaşın işini itirməsi halına təminat vermir". 

Ekspertin sözlərinə görə, indi məlum olur ki, Mərkəzi Bank artıq kredit götürən şəxslərin işsiz qalması halından sığortası məhsulu üzərində iş aparır: "Yəni, vətəndaş kredit götürdükdən sonra işini itirərsə, növbəti iş tapana qədər, borcalanın kredit üzrə öhdəliklərini sığorta şirkətləri öz üzərinə götürəcək. 

Əlbəttə, belə bir sığorta məhsulunun olması banklar üçün yeni fürsətlər yaradır və onları qarşılaşa biləcəkləri bir problemdən də xilas edir. 

Amma bu məsələdə bəzi suallar yaranır. Aydın məsələdir ki, vətəndaş müxtəlif səbəblərdən işini itirə bilər. İntizamsızlıq nəticəsində, öz xahişi ilə işdən uzaqlaşa, yaxud ixtisara düşə bilər. Bunun kimi bir çox səbəblər ola bilər. Sual yaranır ki, bu halların hansında sığorta şirkətləri öhdəliyi yerinə yetirəcək? Yaxud hansı müddət ərzində sığorta şirkəti ödənişləri ödəməkdə davam edəcək? Vətəndaş bir aya da iş tapa bilər, beş aya da. Yaxud heç işləmək istəməz. Yaxud yeni tapdığı işdə əməkhaqqı aşağı ola bilər və bank qarşısında öhdəliyini yerinə yetirmək onun üçün çətinlik törədə bilər. Yəqin ki, Mərkəzi Bank yeni məhsulu hazırlayarkən bu suallar ətrafında açıqlama verəcək".

Ş. İsmayılov vurğulayıb ki, ümumilikdə götürdükdə isə Mərkəzi Bankın bu təşəbbüsü təqdirəlayiqdir və banklar üçün kredit siyasətinin inkişafında yeni perspektivlər aça bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri