Icma.az
close
up
RU
525 ci qəzet Naxçıvan Muxtar Respublikasının 101 illiyi ərəfəsində muxtariyyətin tarixi ilə bağlı iki əsər ictimaiyyətə təqdim olundu

525 ci qəzet Naxçıvan Muxtar Respublikasının 101 illiyi ərəfəsində muxtariyyətin tarixi ilə bağlı iki əsər ictimaiyyətə təqdim olundu

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində çap olunmuş “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan  mərasimi giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev açıb.
Professor çıxışı zamanı akademik İsmayıl Hacıyevin elmi yaradıcılığında Naxçıvanın muxtariyyəti məsələsinin yerindən, alimin uzunmüddətli və sistemli araşdırmalar nəticəsində aşkara çıxardığı faktlardan söz açıb. Vurğulanıb ki, həmin məhsuldar, əsaslı tədqiqatlar sanballı kitab və monoqrafiyalarda əksini tapıb. 

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladan alim bildirib ki, rəhbərlik etdiyi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının Sərəncama uyğun olaraq bir sıra əsəri çap olunmuşdur. Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabı da həmin əsərlərdəndir. Sözügedən əsərlərdə bu gün 101 yaşına hazırlaşan muxtar respublikanın keçdiyi tarixi inkişaf yolu daha geniş öyrənilmiş, elmi-monoqrafik tədqiqatların əhatə dairəsi genişləndirilmişdir. Hər iki əsər Naxçıvanın ötən yüzillik tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Vəli Baxşəliyev çıxışının sonunda müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvan tarixinin öyrənilməsinə dəyərli töhfə”,  Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Möhtəşəm minilliklərin şanlı 100 ili” əsəri haqqında söz” başlıqlı məruzələrində hər iki əsər geniş şərh olunub.

Tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov məruzəsində “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyası haqqında ətraflı məlumat verib, əsəri əhatə etdiyi fəsillər üzrə təhlil edib. Monoqrafiyanın diqqət çəkən cəhətlərini qeyd edən məruzəçi tədqiqata cəlb olunan məsələlərin, ortaya qoyulan elmi fikirlərin tarix elmimiz üçün əhəmiyyətindən danışıb. Akademikin muxtar respublikanın tarixi və statusu ilə bağlı indiyədək nəşr olunmuş əsərlərini dinləyicilərin diqqətinə çatdırıb.

“Möhtəşəm minilliklərin şanlı 100 ili” əsəri haqqında söz” adlı məruzəsində tarix üzrə fəlsəfə doktoru Musa Quliyev kitabı Naxçıvanın muxtariyyətinin xronikası adlandırıb. Muxtariyyət statusunun bölgə üçün əhəmiyyətini nəzərə çatdıran alim İsmayıl Hacıyevin araşdırmaları nəticəsində dəqiqləşdirilən faktlardan, aşkara çıxarılan tarixi həqiqətlərdən söz açıb.
“Akademik İsmayıl Hacıyev əsərlərində hər zaman fərqli tədqiqatçılıq bacarığı ortaya qoyur. O, təkcə araşdırma aparmır, həm də hadisələri özünəxas şərh edir”, - deyən alim kitabda əksini tapmış fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə çıxış edərək hər iki əsəri Naxçıvan tarixinin öyrənilməsinə, Naxçıvanşünaslığa töhfə kimi qiymətləndirib.

Sonda kitabların müəllifi – akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanın muxtariyyəti məsələsi, muxtariyyət statusunun verilməsinin tarixi-hüquqi əsasları barədə danışıb. Tarixi zərurətdən doğan muxtariyyət statusunun bölgənin Azərbaycanın tərkibində qorunub saxlanılmasındakı önəmini qeyd edib. Naxçıvanın muxtariyyət statusu barədə tədqiqat aparmış alimlər, onların irəli sürdükləri elmi fikir və mülahizələri diqqətə çatdırıb.

Çıxışının sonunda İsmayıl Hacıyev tədbirin təşkilinə, əməyinə, elmi araşdırmalarına göstərilən diqqətə görə minnətdarlığını bildirib.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri