Icma.az
close
up
RU
525 ci qəzet Yubileyin mübarək, Ustad!

525 ci qəzet Yubileyin mübarək, Ustad!

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi

Gürcüstanda Azərbaycan dilli mətbuatın inkişafında böyük xidmətləri olan qocaman jurnalist Emin Mahmudovun 85 illik yubileyinə

Borçalıda onu tanımayan yoxdur desəm, heç də səhv etmərəm. Uzun illər Gürcüstan Radiosunun Azərbaycan Dilində Verilişlər redaksiyasında çalışan Emin müəllim hər axşam saat səkkizin yarısında öz şirin səsi ilə hər bir evin qonağı olurdu. Publisistik yazıları, oçerkləri, bədii yaradıcılıq nümunələri ilə təkcə radioda deyil, Gürcüstandakı Azərbaycan dilli mətbuat orqanlarında da tez-tez çıxış etməsi onu dinləyicilərlə yanaşı, geniş oxucu kütləsinin də sevimlisinə çevirmişdi. Hələ uşaqlıqdan yazı-pozuya meyilli olduğumdan, hər axşam radioda onun maraqlı çıxışını böyük həvəslə dinləyir, qəzetlərdəki yazılarını səbirsizliklə gözləyirdim.

Sonralar Emin müəllimlə yaxından tanış oldum, münasibətlərimiz doğmalaşdı. Bir neçə il onun rəhbərlik etdiyi redaksiyanın əməkdaşı kimi fəaliyyət göstərdim.

Artıq tarixə qovuşmuş, haqqında keçmiş zamanda danışdığımız Gürcüstan Radiosunun Azərbaycan Dilində Verilişlər redaksiyasının fəaliyyətinin böyük bir dövrü məhz onun adıyla bağlıdır. Hər gün 30 dəqiqə efirə çıxan bu verilişdə nələrdən söhbət açılmırdı? Emin müəllimin rəhbərliyi ilə cəmisi 3-4 nəfərlik yaradıcı heyətin fədakar zəhməti hesabına ərsəyə gələn bu verilişdə ölkənin ictimai-siyasi həyatı ilə bağlı xəbərlərlə yanaşı, Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı bir-birindən maraqlı verilişlər hazırlanırdı. O, redaksiyada rüblük, aylıq və həftəlik iş planını tərtib edərkən çalışırdı ki, soydaşlarımızın sıx yaşadığı hər bir rayon əhatə olunsun, bircə kənd diqqətdən kənarda qalmasın. Ağsaqqallarımızın və ağbirçəklərimizin, müharibə və əmək veteranlarının, el şairlərinin həyat və fəaliyyətlərini işıqlandıran ayrıca verilişlər hazırlayır, adət-ənənələrimizə, folklorumuza, Borçalı aşıq məktəbinin təbliğinə böyük diqqət yetirirdi.

XX əsrin 70-80-ci illərində həm radio, həm də "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzeti Gürcüstanda jurnalistika sahəsində ayrıca bir məktəbin görə biləcəyi işi görür, neçə-neçə gənc jurnalist kadrların, yazıçı və şairlərin püxtələşməsində böyük rol oynayırdı.

...Emin Abdulla oğlu Mahmudov 1940-cı il fevralın 13-də Gürcüstanda -  qədim Başkeçidin (indiki Dmanisi rayonunun) Gəyliyən kəndində anadan olub.

1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsini, 1968-ci ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.    

1963-cü ildən taleyini Gürcüstan Radiosunun Azərbaycan Dilində Verilişlər Redaksiyası ilə bağlayan E.Mahmudov burada əvvəlcə tərcüməçi, sonra redaktor, böyük redaktor kimi fəaliyyət göstərib. 1988-ci ildə Gürcüstan Radio və Televiziya Verilisləri Komitəsinin İctimai-Siyasi Verilişlər redaksiyası baş redaktorunun müavini vəzifəsinə irəli çəkilib. Gürcüstan Teleradio Korporasiyasında uzun illik fəaliyyətinə görə "Ləyaqət" medalı ilə təltif olunub.

Sovet hökuməti dağıldıqdan az sonra həmin veriliş bağlanıb və Emin müəllim bir müddət Batumi şəhərində Azərbaycan dilində televiziya verilişlərinə rəhbərlik edib.

Emin müəllim həm də bədii yaradıcılıqla məşğul olur və əsərlərini əsasən Emin Elsevər imzasıyla çap etdirir. Onun ilk hekayəsi 1962-ci ildə işıq üzü görüb, hekayə, novella, oçerk, resenziya və elmi-publisistik yazıları, gürcü dilindən tərcümə etdiyi hekayələr və novellalar "Ərməğan" adlı kitab şəklində 1990-cı ildə Tbilisinin "Merani" nəşriyyatında nəşr olunub, jurnalist Merab Geradzenin "Con (Malxaz) Şalikaşvili" əsəri onun tərcüməsində Azərbaycan oxucularına çatdırılıb. 2003-cü ildə Tbilisidə "Yadigar şəkil" adlı kitabı işıq üzü görüb. 

...Son illər Bakıda yaşasa da, mobil telefon işlətmədiyindən, tez-tez əlaqə saxlaya bilmirəm. Bununla belə, ən azından bayram günlərində doğmalarının telefonuna zəng edib hal-əhval tutmağı, təbrik etməyi həmişə özümə borc bilmişəm. Sağ olsun, hərdən özü də zəng edir, uğurlarıma sevindiyini deyir, həmişə olduğu kimi, ağsaqqal xeyir-duasını da əsirgəmir. Onun ilk xeyir-duasını aldığımdan isə az qala 50 ilə yaxın vaxt keçir. Bu gün bir qələm adamı kimi tanınmağımda, bu yolda azdan-çoxdan nəyəsə nail olmağımda zəhməti keçən, üstümdə haqqı olan, hər zaman özümə ustad bildiyim böyük şəxsiyyətdir mənim üçün Emin Mahmudov. Özü də təkcə mən yox, Borçalıda bir çoxları onu özünə ustad sayır.

Artıq Emin müəllim təqaüddədir, ömrünün doqquzuncu onilliyini yaşayır doğmalarının əhatəsində. Bəli, məhz doğmalarının əhatəsində. Çünki bu gün nə  yuxarıda adını çəkdiyim radio verilişi yayımlanır, nə də Tiflisdə soydaşlarımızın həmin dövrdəki kimi qaynar ədəbi mühiti yoxdur. Qayğılar isə başımızı elə qatıb ki, nə illərin necə gəlib-keçdiyindən xəbərimiz olur, nə də dost-tanışdan könlümüzcə xəbər tuta bilirik. Unuduruqmu, unuduluruqmu, demək çətindir. Amma bu, məlum həqiqətdir ki, tarixdə elə şəxsiyyətlər var, unudulması, yaddan çıxması mümkün deyil. Ayrı-ayrı fərdlərə göstərdiyi qayğı və diqqətlə yanaşı, bütövlükdə cəmiyyətin həyatında mühüm rol oynamış insanları unutmaqmı olar?!

Bu yaxınlarda yenə zəng eləmişdi. Həmişə olduğu kimi, şirin Borçalı ləhcəsi ilə hal-əhval tutdu, fəaliyyətimi izlədiyini dedi, ağsaqqal xeyir-duasını da əsirgəmədi. Onun zəngi məni nə qədər sevindirsə də, söhbətindəki haqlı giley notlarını da sezməmək mümkün deyildi. Əslində, elə bir ciddi giley-güzar etmədi, sadəcə dedi ki, 2025-in fevralında mənim 85 yaşım tamam olur, bununla bağlı nəvələrim bir kitab hazırlamaq istəyir. İstəyirəm o kitabda sənin də yazın olsun. Amma necə deyərlər, arifə bir işarə də bəsdir. Emin müəllimin bu sözləri mənim xəyalımı bir neçə onillik öncəyə apardı. Hər zaman qayğı və diqqətini gördüyüm bu səmimi insan və yüksək ziyalı mədəniyyəti ilə seçilən, həyatdakı səmimiyyəti yaradıcılığında da özünü göstərən, boğazdan yuxarı tərif söyləməyi, bayağı əsər yazmağı xoslamayan, sözün məsuliyyətini dərk edən və  onu urvatdan salmayan dəyərli bir qələm adamının yanında çalışdığım illəri xatırladım. Bu gün Haqq dünyasında olan böyük qardaşım Səmədlə dostluğundan güc alan gözəl anlarımız gözlərim önündə yenidən canlandı. Və istər-istəməz içimdə özümdən özümə ünvanlanan bir sual baş qaldırdı: Emin müəllimin vaxtilə bizə göstərdiyi qayğı və diqqətin əvəzində biz neyləmişik? Həyatını Gürcüstanda Azərbaycan dillli mətbuatın inkişafına həsr edən, burada yaşayan soydaşlarımızın arasında qələm adamlarının, yaradıcı şəxslərin yetişməsində danılmaz xidmətləri olan, Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsinə böyük töhfələr verən bir ziyalı cəmiyyətdə öz halal haqqını ala bilibmi? Görəsən, dəyərlilərimizin dəyərini niyə vaxtında vermirik, ümumiyyətlə, verə bilirikmi? Axı, bir insan nə qədər yaşaya bilər ki, daha doğrusu, ömür nə qədər vəfa edər ki, haqq etdiyi dəyərin veriləcəyi günü görə bilsin?!

Bu günlərdə Emin Mahmudovun anadan olmasının 85 illik yubileyi tamam olur. Özünün bir gözləntisi olmasa da, inanıram ki, həm Emin müəllimi özünə ustad bilənlər, eyni zamanda həm Gürcüstanda, həm də Azərbaycanda fəaliyyət göstərən müvafiq yaradıcılıq təşkilatları onun yubileyinin layiqincə qeyd olunması üçün əllərindən gələni edəcəklər. Çünki Emin müəllim bunu haqq edən ziyalılarımızdandır. Bu, həm də bir qədirşünaslıq nümunəsi kimi gənclərimizə örnək olar.

Hörmətli USTAD, dəyərli ziyalımız, müdrik el ağsaqqalı Emin müəllim! Sizi 85 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun və sağlıqlı ömür arzulayıram. Elə bir ömür ki, indiyədək gördüyünüz işlərə görə zamanında almadığınız haqqınızın əvəzində uca Allahın Sizə ən böyük lütfü olsun!!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see287

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see230

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see227

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see189

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see187

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see184

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see181

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see181

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see177

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see172

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see169

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see168

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see161

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see160

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see160

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see157

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see157

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see156

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri