Icma.az
close
up
RU
525ci qəzet Avropa Komissiyasının yeni tərkibi Rusiyaya qarşı Xaqani Cəfərli yazır

525ci qəzet Avropa Komissiyasının yeni tərkibi Rusiyaya qarşı Xaqani Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Xaqani CƏFƏRLİ

Donald Trampın ABŞ-nin prezidenti seçilməsi Rusiyada məmnunluqla qarşılandığı halda, Avropa Parlamentinin noyabrın 27-də təsdiqlədiyi Avropa Komissiyasının yeni tərkibi Moskvanın Brüsselə münasibətlərinin yumşalacağına bəslənən ümidləri puça çıxardı. Məsələ ondan ibarətdir ki, Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə Estoniyanın keçmiş Baş naziri Kaja Kallas seçilib.

Ötən il Avropanın ən yaxşı siyasətçisi titulunu qazanan xanım Kallas sələfi Josep Borreldən fərqli olaraq Rusiya əleyhinə sərt fikirləri ilə tanınır. Məsələn, xanım Kallas hesab edir ki, Rusiyanın kiçik dövlətlərə parçalanması beynəlxalq təhlükəsizliyin təminatı üçün çox əlverişli ola bilər. Bundan başqa, Kaja Kallasa görə rusların əksəriyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi üçün sanksiyaların təsirini hiss etməlidirlər. Yəni Rusiyaya qarşı sanksiyalar hər bir Rusiya vətəndaşının həyatına mənfi təsir etməlidir. Bu ilin martında Rusiyada keçirilən seçkilərin demokratik olmadığını əsas gətirən xanım Kallas Vladimir Putini Rusiyanın prezidenti kimi tanımaqdan imtina etmişdi. Rusiyanı Estoniyanın yeganə düşməni adlandıran xanım Kallas ötən il Münhen Təhlükəsizlik Konfransında Rusiya rəhbərliyini mühakimə etmək üçün beynəlxalq tribunalın yaradılması təklifini irəli sürmüşdü. Estoniyanın Baş naziri olduğu vaxt Rusiya ilə ölkəsi arasında əksər əməkdaşlıq müqavilələrini ləğv edən Kaja Kallas iki ölkə arasında sərhədləri müəyyən edən 2014-cü il fevralın 18-də imzalanmış sazişin də ləğv edilməsinin tərəfdarı idi. Bunun üçün xanım Kallasın başçılıq etdiyi hökumət təşəbbüslə də çıxış etmişdi. Lakin o zaman Estoniya parlamenti hökumətin bu təşəbbüsünü dəstəkləməmişdi. Bununla belə, bu məsələnin hökumətin təşəbbüsünə çevrilməsi Estoniyanın Rusiya ilə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunur. Çünki iki ölkə arasında sərhədləri müəyyən edən 18 fevral 2014-cü il tarixli sazişin ləğv edilməsini müxalif Mühafizəkar Xalq Partiyasının təşəbbüsü hesab olunurdu.

Mühafizəkar Xalq Partiyasının (Eesti Konservatiivne Rahvaerakond) qurucusu, keçmiş diplomat Marta Helmen hesab edir ki, iki ölkə arasında sərhədləri müəyyən edən 18 fevral 2014-cü il tarixli sazişi Estoniya ərazisinin 5.2 faizinin Rusiyanın işğalında qalmasına səbəb olub. Qeyd edək ki, söhbət 1920-ci ildə imzalanmış Tartu Sülh Müqaviləsi ilə Estoniyaya məxsus olan, yalnız 1940-cı il işğalından sonra Rusiyanın tərkibinə qatılan Estoniyanın tarixi torpaqlarından gedir. Estoniya NATO-ya qəbul zamanı Rusiyaya qarşı ərazi iddialarından imtina etmişdi. İndi isə Tallinndə belə hesab edirlər ki, Estoniyanın tarixi torpaqlarının Rusiyaya verilməsini legitimləşdirən beynəlxalq münasibətlər dağılıb və itirilmiş torpaqların tələb edilməsi üçün əlverişli geosiyasi vəziyyət yaranıb. Estoniyanın Baş naziri olduğu müddətdə bu məsələnin həlli istiqamətində ciddi uğur qazana bilməyən xanım Kallasın Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kimi Rusiyanın işğalı altında olan Estoniyanın tarixi torpaqlarının Tallinin nəzarəti altına qaytarılmasına çalışacağını ehtimal etmək olar.

Kaya Kallasın ailəsi Estoniyanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra repressiyaya məruz qalıb. Belə ki, Kaja Kallasın babası, nənəsi və o zaman cəmi altı aylıq olan anası 20 min estonla birlikdə repressiyaya məruz qalıb və zorla Sibirə sürgün edilib. Bütün bunlar Kallası sərt Rusiya əleyhdarı siyasətçiyə çevirib. Qarşıdakı illərdə Avropa İttifaqının xarici, o cümlədən, Rusiyaya yönəlik siyasətini müəyyən edəcək əsas şəxslərdən birincisinin xanım Kallas olacağını nəzərə alanda Moskva ilə Brüssel arasında münasibətlərin yumşalacağına ümid etmək mümkün deyil. Əksinə, qarşıdakı illərdə Brüsselin Moskvaya yönəlik siyasətində sərtləşmənin baş verəcəyi ehtimalı daha çoxdur. Belə görünür ki, xanım Kallas Avropa İttifaqının Ukraynaya dəstəyinin artırılmasına çalışacaq. Avropa Parlamentindəki çıxışı zamanı da Kaja Kallas Brüsselin xarici siyasətində Ukraynanın dəstəklənməsinin prioritet təşkil edəcəyini bildirib.

Dekabrın ilk günü vəzifələrinin icrasına başlayacaq Avropa Komissiyasının Ukraynaya dəstək məqsədilə bir sıra qətiyyətli addımlar atacağı istisna deyil. Bu addımlardan biri də Rusiya Mərkəzi Bankının dondurulmiş aktivlərinin Ukrayanın bərpası üçün istifadə olunması ola bilər. Avropa Parlamentində çıxışı zamanı xanım Kallas bəyan edib ki, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri Ukraynanın bərpası üçün istifadə edilməlidir.

Avropa Komissiyasının yeni tərkibinin fəaliyyətə başlamasından sonra Brüsselin Moskva ilə münasibətlərinin daha da pisləşəcəyini ehtimal etməyə imkan verən digər məqam Danimarka, Estoniya, Finlandiya, Latviya, Norveç, Polşa və İsveçin Ukraynaya dəstəyi artmaqla bağlı qərar vermələridir. Noyabrın 27-də Stokholmun cənub-qərbində yerləşən Harpsund şəhərində İsveç hökumətinin iqamətgahında bir araya gələn bu ölkələrin baş nazirlərinin birgə bəyanatında deyilir ki, onlar yaxın aylarda Ukraynanın müdafiə sənayesinə dəstəyi artırmaqla yanaşı, həm də daha çox silahla təmin edəcəklər. Qeyd etmək lazımdır ki,  Danimarka, Estoniya, Finlandiya, Latviya, Norveç, Polşa və İsveçdən ibarət olan bu qrup Ukraynaya ABŞ-dan sonra ən çox dəstək verən birlikdir. Bu dövlətlərin Ukraynaya yardımı 24 milyard avro təşkil edir. İndi isə onlar bu yardımı artırmaq niyyətindədirlər. Danimarka, Estoniya, Finlandiya, Latviya, Norveç, Polşa və İsveçin Ukraynaya dəstəyi artırmaq qərarı Estoniyanın təmsilçisi Kaja Kallasın Avropa Komissiyasındakı mövqeyini gücləndirməklə Brüsselin Moskvaya yönəlik siyasətini də sərtləşdirəcək.

Hələlik isə görünən budur ki, Avropa Komissiyasının yeni tərkibinin fəaliyyətə başlamasından sonra Rusiya ilə Qərb arasındakı qarşıdurmanın mərkəzinin Moskva-Vaşinqton xəttindən Moskva-Brüssel xəttinə keçəcək. Bu isə Rusiya üçün daha ağır nəticələr doğura bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri