Icma.az
close
up
RU
525ci qəzet Müharibədə və beynəlxalq münasibətlərdə yeni mərhələ Xaqani Cəfərli yazır

525ci qəzet Müharibədə və beynəlxalq münasibətlərdə yeni mərhələ Xaqani Cəfərli yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

Prezident Cozef Baydenin Ukraynaya ABŞ istehsalı ATACMS və Britaniya-Fransa istehsalı Storm Shadow/SCALP qanadlı raketləri ilə Rusiyanın dərinliklərini vurmasına icazə verməsindən sonra Rusiya-Ukrayna müharibəsi, eləcə də beynəlxalq münasibətlər yeni mərhələyə keçdi.

Noyabrın 20-də kütləvi informasiya vasitələri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Bryansk vilayətindəki hərbi sursat anbarına ATACMS ballistik raketi ilə zərbə endirməsi haqqında məlumat yaydı. Nüfuzlu "Reuters" agentliyi Pentaqondakı mənbələrinə istinad edərək yazır ki, Ukrayna bu hücum zamanı səkkiz ATACMS ballistik raketindən istifadə edib. Rusiya tərəfi həmin raketlərin ikisini vurub. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında isə Ukraynanın Bryanska altı ədəd raket atdığını, Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən həmin raketlərin beşinin zərərsizləşdirdiyi, altıncı raketi zədələdiyi öz əksini tapmışdı. Göründüyü kimi, məlumatlar çox ziddiyyətlidir və bir-birindən kəskin fərqlənir. Peyk görüntüləri isə Ukraynanın 130 km məsafədə yerləşəm 1046 saylı logistika mərkəzinin silah arsenalına zərbə endirdiyini təsdiqləyir.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Storm Shadow/SCALP qanadlı raketləri ilə Kursk vilayətinin Maryino qəsəbəsindəki bir neçə binaya zərbə endirib. Sosial şəbəkələrdə yayılan video görüntülər hücumun effektli olduğunu təsdiqləyir. Ehtimallara görə, Ukrayna Hərbi Hava Qüvvələrinin hədəfi Maryino qəsəbəsindəki Rusiya ordusunun rabitə mərkəzi olub.

Müharibənin yeni mərhələyə keçdiyini təsdiqləyən digər hadisə noyabrın 21-də Rusiyanın Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirməsidir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum üçün "Oreşnik" ballistik raketindən istifadə etdiyini bildirib. Ekspetlər hesab edir ki, Putinin "Oreşnik" adlandırdığı raket əslində RS-26 Rubej qitələrarası ballistik raketidir. Ekspertlər qeyd edirlər ki, Rusiya tez-tez "ad dəyişmə"dən istifadə edir və yeni adlardan istifadə etməklə Qərbə psixoloji təzyiq göstərmək və beynəlxalq ictimaiyyəti qorxutmağa çalışır. Bu, Kremlin soyuq müharibə dövründən istifadə etdiyi psixoloji müharibə üsulu hesab olunur.

Pentaqonda da hesab edirlər ki, Rusiya noyabrın 21-də Ukraynaya hücum zamanı RS-26 Rubej qitələrarası ballistik raketindən istifadə edib. Ukraynanın məlumatına görə, zərbə üçün çoxlu döyüş başlığı olan 50 tonluq RS-26 Rubej raketindən istifadə edilib. Bu raket nüvə başlığı daşımaya bilər və NATO ilə ehtimal olunan nüvə münaqişəsi zamanı istifadə üçün nəzərdə tutulub. RS-26 Rubej raketi ilk dəfə 2011-ci ildə sınaqdan çıxarılıb və 6000 km-ə qədər məsafədə hədəfləri vura biləcəyi iddia olunur. İndi isə Rusiya bu raketdən Ukraynaya qarşı istifadə edib. Ekspertlər bu hadisənin ümumiyyətlə bəşəriyyətin tarixində ilk hadisə hesab edirlər. Çünki bu günə kimi hansısa bir ölkə başqa bir ölkəyə qitələrası ballistik raketlə zərbə endirməyib. Rusiyanın Həştərxan vilayətindən atılan bu raket Ukraynanın Dnepr şəhərinə yönəlib. Bundan başqa, noyabrın 21-də Rusiya Ukraynaya MiQ-31K qırıcısından atılan Kh-47M2 Kinjal aeroballistik raketi, həmçinin Tu-95MS strateji bombardmançı təyyarələrindən atılan yeddi Kh-101 qanadlı raketi ilə zərbə endirib. Rusiyanın bu addıma əl atması isə səbəbsiz deyil.

Bəzi nüfuzlu hərbi ekspertlər hesab edirlər ki, Rusiyanın ATACMS və Storm Shadow/SCALP qanadlı raketlərinə qarşı effektli müdafiə sistemi olmadığı üçün Ukraynanın bu silahlardan istifadə etməsi hərb meydanında vəziyyəti dəyişə bilər. Ancaq bunun üçün Ukraynanın bir neçə yüz ATACMS və Storm Shadow/SCALP raketinə sahib olması lazımdır. Çünki bir neçə raketlə hərb meydanında qüvvələr nisbətini dəyişmək mümkün deyil. Eksperlərin hesablamalarına görə, ATACMS və Storm Shadow/SCALP raketlərinin zərbə dairəsinə Rusiyanın Ukraynaya qarşı müharibəni aparmasını təmin edən 245 strateji obyekt daxildir. Buraya hərbi hava limanları, hərbi zavodlar, silah və yanacaq anbarları, komanda və rabitə məntəqələri daxildir. Ekspertlər hesab edir ki, bu obyektlərə qarşı effektli hücum hərb meydanında qüvvələr nisbətini dəyişə, hətta müharibənin başa çatmasına da gətirib çıxara bilər. Problem isə ondan ibarətdir ki, ATACMS və Storm Shadow/SCALP raketləri baha olduğu kimi, məhdud saydadır. Məsələn, ATACMS raketinin bir ədədinin qiyməti 2 milyon dollardan bahadır. Ekspertlərə görə, Ukrayna ATACMS və Storm Shadow/SCALP raketlərinin məhdudluğu ilə bağlı problemi özünün istehsalı olan Neptun raketləri həll edə bilər. Ukrayna Silahlı Qüvvələri Krımdakı hədəflərə qarşı Neptun raketlərindən istifadə edib və bu raketlərin kifayət qədər effektli olduğu təsdiqlənib. İndi Qərbin qarşısında dayanan vəzifə Ukraynanı qısa zamanda çoxlu sayda Neptun raketi istehsal edə bilməsi üçün zəruri hissələrlə təmin etməkdir. İstənilən halda isə müharibə artıq yeni mərhələyə keçib. Çox böyük ehtimalla, bu, sonuncu, ən pis halda isə sonuncudan əvvəlki mərhələdir. Çünki dağdıcılıq gücü və uçuş məsafəsi böyük olan raketlərin istifadəsi ilə aparılan döyüşlərdən sonra ancaq nüvə silahından istifadə qalır.

Ukraynanın Rusiyanı ATACMS və Storm Shadow/SCALP raketləri ilə vurulmasına iczaə verilməsi ərəfəsində Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Rusiyanın yeni nüvə doktrinasına bu kütləvi qırğın silahından qeyri-nüvə dövləti ilə münaqişə zamanı da istifadə edilə bilər. Yeni doktrinaya görə, Belarusa da təhlükə yaranarsa, Rusiya nüvə siahından istifadə edə bilər. Rusiya prezidenti Vladimir Putinin ölkəsinin yenilənmiş nüvə doktrinasını təsdiqləməsi beynəlxalq münasibətləri yeni mərhələyə keçirib. Belə görünür ki, nüvə silahından istifadə ehtimalı noyabrın 20-dən öncə ilə müqayisədə daha da artıb. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin bildirib ki, yeni ballistik raketin hədəfi istehsal etdikləri silahla Ukraynanın Rusiya ərazisinə zərbə endirməsinə icazə verən ölkələr də ola bilər.

Rusiyanın yenilənmiş nüvə doktrinasına cavab olaraq Vaşinqton nüvə arsenalını artırmağa və modernləşdirməyə hazırdır. ABŞ Strateji Komandanlığının (STRATCOM) rəhbəri, general Entoni Kotton hesab edir ki, bugünkü təhdidlər on il əvvəl mövcud olan təhlükələrdən kəskin şəkildə fərqlənir. STRATCOM nümayəndəsi kontr-admiral Tomas Byukanan isə ABŞ-ın nüvə arsenalının bir hissəsinin potensial düşmənlərin qarşısını almaq üçün saxlamaq şərti ilə istənilən ölkə ilə nüvə zərbələri mübadiləsini istisna etməyib.

Moskva və Vaşinqtonun atdığı addımlar, rəsmi şəxslərin səsləndirdikləri fikirlər beynəlxalq münasibətlərin də yeni mərhələyə keçdiyini təsdiqləyir. Məhz bu mərhəlinin sonunda Ukraynada sülh, beynəlxalq münasibətlərdə sabitlik yarana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri