Icma.az
close
up
RU
525ci qəzet Aydın Mirzəzadə: COP29 qarşısına qoyulan məqsədlərə çatdı

525ci qəzet Aydın Mirzəzadə: COP29 qarşısına qoyulan məqsədlərə çatdı

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın qlobal aləmdə ən mühüm tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi bir sıra cəhətləri ilə əvvəlkilərdən fərqləndi. Bu konfrans öncə keçirilənlərlə müqayisədə nəticəyönümlü olması ilə seçilir. Eyni zamanda, təşkilatçılıq, iştirakçılıq, konfransa maraq daha yüksək səviyyədədir. Diqqətçəkən məqamlardan biri də mövzularla bağlıdır. COP29-da müzakirə edilən mövzuların sayı daha çoxdur, hətta elə istiqamətlər var ki, ilk dəfə gündəmə gətirilir. Bunlardan biri də turizmlə bağlıdır. COP29-da bu mövzu ilə bağlı paneldə dayanıqlı turizmin gələcəyi, turizm sənayesinin ekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların və mədəni irsin necə gücləndirilməsi və qorunması müzakirə olunub. Turizm sahəsinin mütəxəssisləri karbon emissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizmin həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təmin etmək üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıblar. 

COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.

Builki COP inkişaf etməkdə olan kiçik ada dövlətlərinə xüsusi diqqətin ayrılması, iqlim maliyyəsinə nail olmaq baxımından da fərqlənir. Bir sözlə, COP29 artıq başa çatmaqdadır, indiyədək əldə edilmiş nəticələr, Paris Sazişi üzrə razılaşmalar, iştirakçıların fikirləri konfransın uğurla keçdiyini deməyə əsas verir. Təbii ki, yekunda daha çox razılaşma və nəticələrdən danışmaq mümkün olacaq. 

COP troykası isə öz işini davam etdirəcək. Üçlüyün, yəni BƏƏ, Azərbaycan və Braziliyanın (COP28, COP29 və COP30 Sədrliklərinin) məqsədi Tərəflərin müzakirələrdən praktiki iş və icra mərhələsinə keçmələrinə kömək edəcək innovativ və strateji tərəfdaşlıq sayəsində Dubay Konfransında başlamış dinamik tempi Bakıdakı COP29-a və 2025-ci ildə Belem şəhərində keçiriləcək COP30-a daşımaq məqsədi ilə Sədrliklər arasında davamlılığı, əlaqələndirməni və beləliklə də, yekdilliklə razılaşdırılmış müddəaların həyata keçirilməsini təmin etməkdir. Bura iqlim dəyişməsi ilə geniş mübarizəyə yönəldilmiş birgə təşəbbüs və fəaliyyətlər də daxil olacaq.  Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin ediləcək.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

COP29-un uğurlarından danışarkən bir sıra qərb dairələrinin Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanı, bu kampaniyanın başında dayanan Fransanın çirkin əməlləri də göz önünə gəlir. Bu pozucu fəaliyyət COP29 ərəfəsində və konfransın keçirildiyi günlərdə davam edib.

Amma onların cəhdləri konfransın uğurla başlaması və davam etməsi ilə iflasa uğradı. COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəlib və belə bir mənfur niyyətin isə öz hədəfinə çatması mümkün deyil.  COP29 bütün dünya üçün vacibdir, çünki müzakirə olunan məsələlər qlobal xarakter daşıyır. Ona görə də bu cür qüvvələrin hərəkətləri sadəcə olaraq, Azərbaycana qarşı qısqanclıq, onun uğurlarını həzm edə bilməmək, ölkəmizə olan barışmaz mövqedən başqa bir şey deyil. Azərbaycana qarşı qərəzini COP günlərində də davam etdirən Fransanın da cəhdləri iflasa uğradı. Qeyd edək ki, noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan sədrliyinin hədəf alınmasına görə etiraz bildirilib. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. Fransadan bu addımlara son qoyulması təkidlə tələb olunub.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Avropanın müəyyən dairələrinin cəhdlərinə baxmayaraq, COP29-u “boykot” etmək alınmadı: "Avropanın aparıcı liderləri, digər bölgələrin birinci şəxsləri COP29-a qoşularaq iqlim dəyişmələri ilə bağlı çox ciddi müzakirələr apardılar. Burada qəbul edilən qərarlar, planetimizin yaşıl mənzərəsinin qorunmasına çox ciddi kömək edəcək".

Deputat bildirib ki, COP29-da iştirak edən Avropa liderlərinin çıxışlarında iqlim dəyişmələrini təkcə sözlə deyil, eyni zamanda çox ciddi investisiya yatırmaqla müsbət tərəfə yönəltmək barəsində də təkliflər səsləndirildi: “Artıq bununla bağlı ciddi proqramlar işlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi. Nəinki COP29 yüksək səviyyədə təşkil etmək, müzakirələr üçün müvafiq şərait yaratmaq, hətta Azərbaycan öz imkanına uyğun olaraq vəsait də ayırmağa hazırdır. Hesab edirəm ki, COP29 qarşısına qoyulan məqsədlərə çatdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Hesab edirəm ki, Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktiki addımları da göstərdi. Ənənəvi neft-qaz ölkəsi olmasına baxmayaraq, ildən-ilə yaşıl enerjinin həcmi artır. Günəş, külək elektrik stansiyalarının çoxalması da buna bir daha sübutdur.

İşğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan MR-nin yaşıl zona elan edilməsi Azərbaycanın planetimizi qorumaq məsələsinə verdiyi mühüm töhfə olacaq”.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri