Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

525ci qəzet Azərbaycan yazıçıları Qazaxıstan Yazıçılar İttifaqının 90 illik yubiley təntənəsində

525ci qəzet Azərbaycan yazıçıları Qazaxıstan Yazıçılar İttifaqının 90 illik yubiley təntənəsində

Icma.az bildirir, 525.az portalına istinadən.

Dekabrın 13-də Almatıda Qazaxıstan Yazıçılar İttifaqının 90 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə qazax şair və yazıçıları ilə yanaşı, TÜRKSOY beynəlxalq təşkilatı, Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndə heyətləri də iştirak ediblər. Ölkəmiz yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və birliyin sədr müavini Rəşad Məcid ilə təmsil olunub.

Mərasimdə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin yubiley iştirakçılarına ünvanladığı təbrik məktubu Dövlət müşaviri Erlan Karin tərəfindən oxunub: “Hazırda millətimiz keyfiyyət baxımından yenidən formalaşır. Ağıllı və mütərəqqi nəsil yetişdirməkdə ziyalılar xüsusi rol oynamalıdır. Bu məsuliyyəti dərindən hiss edərək insanlıq dəyərlərini geniş şəkildə tərənnüm edən bütün yazıçılara səmimi təşəkkürümü bildirirəm. Xalqımızın ruhunu yüksəldən, dünyagörüşünü genişləndirən əsərlərimiz çox olsun. Sizlərə uğurlar arzulayıram”.

Tədbirdə vurğulanıb ki, Qazaxıstan Yazıçılar İttifaqının tarixi 1934-cü il iyunun 12-18-də keçirilmiş Qazaxıstan Yazıçılarının I Qurultayından başlayır. Onun qurucuları arasında Saken Seyfullin, İlyas Jansuqurov kimi qazax ədəbiyyatının klassikləri yer alır. O vaxtdan bəri yazıçılar, şairlər, dramaturqlar, tərcüməçilər və digər ziyalılar qazax xalqının ədəbiyyatının və mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. Hazırda bu qurum ölkənin ən böyük yaradıcı birliyinə çevrilib və onun üzvlərinin sayı min nəfərdən çoxdur. Qurumun himayəsi ilə “Қазақ әдебиеті” qəzeti, “Жұлдыз”, “Prostor” və “Жалын” jurnalları nəşr olunur.

Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Külkenov çıxışında son üç ildə dövlət tərəfindən kitab nəşrinə xüsusi diqqət ayrıldığını qeyd edib:

“Bu il Mədəniyyət və İnformasiya Nazirliyi ilə strateji tərəfdaşlıq çərçivəsində 3 layihə həyata keçirilib. Bu layihələr üzrə 36 kitab işıq üzü görüb.

Tədbir boyu 2024-cü ildə dövlət sifarişi ilə nəşr olunan kitabların sərgisi təşkil edilib. Bu il işıq üzü görən 170 yeni kitab arasında qazax yazıçılarının MDB ölkələrinin arxivlərindəki araşdırma əsərləri də yer alıb. Gələcəkdə kitab oxuma mədəniyyətini formalaşdırmaq üçün məktəblərdə yazıçılıq dərsinin keçirilməsi nəzərdə tutulur. Ədəbi tənqid sahəsini inkişaf etdirmək də əsas diqqət mərkəzində olacaq”.

Yubiley mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qazax ədəbiyyatçılarını, istedadlı yazıçı və şairləri öz sıralarında birləşdirən bu ədəbiyyat ocağının bütövlükdə XX əsr qazax mədəniyyətində, xüsusən ədəbiyyatındakı misilsiz rolu olduğunu bildirib:

“Məhz Qazaxıstan ədiblərinin və Qazaxıstan Yazıçılar İttifaqının fəaliyyəti nəticəsində dərin köklərə, tarixə malik qazax xalqının dili qorunub saxlanılıb və inkişaf edib”.

AYB sədri Xəzər dənizi vasitəsilə qonşu olan Azərbaycan və Qazaxıstan xalqlarının qardaşlığı haqqında da söz açıb: “Biz böyük türk ailəsinin qardaş xalqlarıyıq, burada böyük və kiçik qardaş anlayışı yoxdur; bütün türk xalqları, o cümlədən də Azərbaycan və qazax xalqları həmyaşıd, əkiz qardaşlardır. Bizi din, dil, tarix və mədəniyyətimizlə yanaşı, həm də xalqlarımızın yaşadığı ortaq faciələr birləşdirir. Biz indi həm Qazaxıstanda, həm də Azərbaycanda Yazıçılar Birliyinin 90 illik yubileyini qeyd edirik. Unutmamalıyıq ki, Yazıçılar Birliyinin yaradılmasından üç il sonra Azərbaycanda repressiya nəticəsində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi onlarla görkəmli ədibimizi itirmişik. Azərbaycan Yazıçılar Birliyində 1937-ci ildə həlak olmuş 30 yazıçı və şairin xatirəsinə həsr olunmuş barelyef var. Repressiya zamanı Saken Seyfullin, Beimbet Mailin, Ahmed Baytursın kimi Azərbaycanda da tanınan böyük qazax yazıçıları da repressiyaya məruz qalıblar. Saken Seyfullin Azərbaycan yazıçısı Nəriman Nərimanovla məktublaşaraq fikirlərini bölüşürdü. Ahmed Baytursınov Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edərkən türk dillərinin vahid və sadələşdirilmiş bir yazı sisteminə keçməsinin vacibliyini vurğulamışdı. Repressiya dövründə Azərbaycan yazıçılarının ailələri, həyat yoldaşları Qazaxıstanın müxtəlif bölgələrinə sürgün edilib və onların məzarları hələ də bu qardaş torpaqlardadır. Bu onu göstərir ki, bizi yalnız sevinc və qələbələr deyil, həm də faciəvi tariximiz birləşdirir. Lakin biz güclü xalqlar olaraq bunları yaşadıq və öhdəsindən gəldik. Həm Qazaxıstan, həm də Azərbaycan yazıçıları doğma dildə yazaraq öz dillərinin saflığını və təmizliyini gələcək nəsillər üçün qoruyub saxladılar”.

Anar ümumtürk mədəniyyətinin bundan sonra da qorunması və inkişafı naminə qazax həmkarlarına həm öz adından, həm də Azərbaycan Yazıçılar Birliyi adından fəaliyyətlərində uğurlar arzulayıb. Xalq yazıçısının təsirli nitqi yubiley iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

“Məhz qazax yazıçılarının, Qazaxıstan Yazıçılar İttifaqının müstəsna rolu və yorulmaz fəaliyyəti sayəsində dərin köklərə və tarixə malik qazax dili qorunub saxlanılıb, qazax milli kimliyi yeni onilliklərə, yeni minilliyə uğurla qədəm qoyub”. Mərasimdə bu fikirlərlə AYB-nin sədr müavini Rəşad Məcid çıxış edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamının yaratdığı imkan sayəsində görkəmli qazax yazıçıları Abay Kunanbayev, Muxtar Auezov, Cambul Cabayev, Oljas Süleymenov, Muxtar Şaxanov və digər qazax şair və yazıçılarının əsərləri latın qrafikası ilə nəşr edilərək müstəqil Azərbaycanda formalaşmış yeni oxucu nəslinə təqdim edilib.

Rəşad Məcid ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən mədəni yeniliklərdən də söz açıb: “Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi açılıb. Bakı Dövlət Universitetində Abay adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb. İyirminci əsrin 70-ci illərindən başlayaraq Abayın əsərləri görkəmli Azərbaycan yazıçılarının tərcümələrində nəşr olunur. Onlarla azərbaycanlı müəllifin əsərləri müntəzəm olaraq qazax dilinə tərcümə edilərək işıq üzü görüb. Sevindirici haldır ki, Qazaxıstanda nəşr olunan “Tan-Şolpan” jurnalı bu ili “Azərbaycan ədəbiyyatı ili” elan edərək, öz saylarını Azərbaycan ədəbiyyatına həsr edib, 60-dan çox azərbaycanlı müəllifin əsərləri qazax dilinə tərcümə edilib. “Tan-Şolpan” jurnalının kollektivinə və bütün tərcüməçilərə dərin təşəkkürümü bildirirəm. Xalqlarımızın ümumi milli və dini mənşəyi, ölkələrimizin qardaşlığı, dövlət başçılarının dostluğu, yazıçılarımız arasında möhkəm əlaqələr, Azərbaycan Yazıçılar Birliyi ilə Qazaxıstan Yazıçılar İttifaqı arasında sıx əlaqələr bundan sonra da gələcəyə inamla nəzər salmağa əsas verir”.

Yubiley çərçivəsində Xalq yazıçısı Anara beynəlxalq "Alaş" ədəbiyyat mükafatı təqdim edilib. Qeyd edək ki, bu mükafat XX əsrin əvvəllərində Qazaxıstanda milli özünüdərk və mədəniyyəti canlandırmaq üçün yaranmış "Alaş" hərəkatının ideyalarına və ənənələrinə uyğun olaraq qazax ədəbiyyatına böyük töhfələr vermiş yazıçı və şairlərə təqdim edilən nüfuzlu beynəlxalq mükafatdır.

Yubiley münasibətilə Rəşad Məcidə "Qazaxıstanın hörmətli yazıçısı" fəxri adı verilib və ona eyniadlı medal təqdim olunub. Xatırladaq ki, bu fəxri ad Qazaxıstanın ədəbiyyatına və mədəniyyətinə böyük xidmət göstərmiş yazıçılara verilən yüksək ədəbi təltifdir.

Sevinc MÜRVƏTQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri