525ci qəzet BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb
525.az saytına istinadən Icma.az xəbər verir.
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.
BANM-dən 525.az-a bildirilib ki, müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib. Yarışda BANM-in "BHOS 1" və "BHOS 2" komandaları fərqlənmə sertifikatı və II dərəcəli diplomla təltif olunub. Fərdi nəticələrə görə, tələbələr - Saleh İsayev, Emin Orucov, Cəmil Camaləddinli, Murad Axundov, Vüsət Orucov və Fərid Mehtiyev mükafatlandırılıb. Tələbələrin mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















