Icma.az
close
up
RU
525ci qəzet Bir mahnının mahnası

525ci qəzet Bir mahnının mahnası

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının rəsmi səhifəsi "Barselona" futbol klubunun gənc ulduzu Lamin Yamalın "Qızıl top" mərasiminə gəlişini Azərbaycan mahnısı ilə paylaşdı. Bir neçə gün bu xəbər saytlarımızı bəzədi, biz də baxdıq, fərəhləndik. Bu öz yerində. Ancaq xəbərin davamı da var axı...

Davamı belə idi ki: "Gənc ulduzun mərasimin keçirildiyi zala daxil olduğu görüntülərdə Sara Qədimovanın "Pıçıldaşın, ləpələr" mahnısı yer alıb. Mahnının musiqisi isə Andrey Babayevə məxsusdur".

Hə... Xəbərin birinci cümləsində necə deyirdi? Azərbaycan mahnısı. Di gəl, cəmi dörd saniyədən ibarət videoda Sara xanımı eşitmirik. Belə olan halda üzümüzü tuturuq musiqinin dilinə - yəni sonuncu cümləyə. Və aydın olur ki, xəbərin başlığı ilə sonuncu cümlədəki isim ziddiyyət yaradır. Azərbaycan mahnısı və mahnının müəllifi milliyyətcə erməni Andrey Babayev...

Ermənilər bizim fərəh dolu paylaşımlarımızın altında bəstəkarın miliyyətini vurğulayırlar.

Bəs yaxşı, bizim bu arqumentə verəcək cavabımız varmı? Əgər siz Andrey Babayevin adını internetdə axtarışa versəniz, Azərbaycan dilində iki-üç mənbə güclə taparsınız. Bəstəkarın vikipediyası belə vur-tut beş-altı cümlədən ibarətdir. Əgər siz rus, yaxud da ingilis dilində axtarış versəniz, Andrey Babayev haqqında kifayət qədər məlumat tapacaqsınız. Ancaq orada yazılanların neçə faizi həqiqətdir? - bax bu suala cavab tapmaqsa, çətin məsələdir.

Əgər söhbət Üzeyir Hacıbəylidən dərs alan, Qara Qarayevin ilk tələbələrindən olan bir bəstəkardan gedirsə, deməli, burada milliyyətdən daha vacib mətləblər var. Məhz, həmin məqamlara işıq tutmaq üçün bir neçə musiqişünasla əlaqə saxladıq. Təəssüf ki, istədiyimiz cavabı heç birindən ala bilmədik. Kimi bəstəkarın milliyyətini əsas gətirdi, kimi də haqqında kifayət qədər məlumatın olmadığını. Əlim hər yerdən üzüləndən sonra yadıma Sərdar müəllim düşdü. Bildim ki, kim bilməsə də, o biləcək, kim danışmasa da, o danışacaq...

Beləcə üz tutdum Üzeyir Hacıbəylinin ev-muzeyinə.

Müsahibimiz Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovdur.

- Sərdar müəllim, kim idi Andrey Babayev?

- Andrey Babayev Qarabağda - Masmına kəndində doğulub. Masmına Hadruta yaxındır. Bildiyiniz kimi, Hadrut Üzeyir Hacıbəylinin müəllimlik fəaliyyətinə başladığı kənddir. Təsadüfi deyil ki, otuzuncu-qırxıncı illərdə musiqi sevgisi olan adamlar Üzeyir bəyin üzünü belə görmədən adını tutub Bakıya gəlirdilər. Bu, Fikrət Əmirova, Hacı Xanməmmədova, Asəf Zeynallıya, o cümlədən Andrey Babayevə də aiddir. Üzeyir bəy onların hamısını qanadının altına almışdı.

Andrey Babayev çox istedadlı adam olub. Cəmi 41 il yaşayıb. Çox gözəl tar çalırdı. Əvvəlcə Üzeyir bəyin tələbəsi olan bəstəkar müəlliminin musiqi ideyalarına sadiq idi. Təsadüfi deyil ki, o, sonradan Moskvada Dimitri Şostakoviçin sinifində aspirantura təhsili alarkən, sənədlərində Üzeyir bəyin tələbəsi olduğunu xüsusi vurğulayırdı.

Bu muzeyi quran Ramazan Xəlilov həm də Üzeyir bəyin konservatoriyada müavini idi. Ramazan bəy deyirdi ki, yalnız iki gənc bəstəkar onu "əmi" deyə çağırırmış. Onlardan biri bizim böyük bəstəkarımız Rauf Hacıyev, digəri isə Andrey Babayev idi.

Ramazan bəy daha bir xatirəsini mənimlə bölüşmüşdü. Deməli, altmışıncı illərin əvvəllərində Andrey Babayevi Yerevana Ermənistan bəstəkarları ilə görüşmək üçün çağırırlar. Oradan qayıdandan sonra o, çox qəmgin görünür. Ramazan bəy bunun niyəsini soruşanda Andrey Babayev səbəbini belə açıqlayır: "Orada məni katalikos çağırıb dedi ki, artıq çox şöhrətlənirsən, biz səninlə fəxr edirik, bəs niyə soyadın Babayev olmalıdır? Azərbaycanla əlaqəni kəs, Babayan ol. Cavab verdim ki, mən Üzeyir bəyin tərbiyəsini almışam, Fikrət Əmirovla, Rauf Hacıyevlə bir yerdə böyümüşük, dostlarım azərbaycanlıdır. Mən Azərbaycan şairlərinin neçə şeirinə mahnı yazmışam. Orada ancaq xeyir görmüşəm. Axı siz nə danışırsınız?

- Şeirdən söz düşmüşkən, mahnıların sözlərinə baxanda məlum olur ki, Andrey Babayev Azərbaycan dilinə yaxşı bələd olub.

- O, azərbaycanca yüksək səviyyədə danışırdı. Görün Azərbaycan dilini necə yaxşı bilirmiş ki, belə gözəl sözlərə mahnı bəstələyib. Başqa bir erməni bəstəkar bu cür musiqilər yaza bilərdimi? Məsələn, Xaçaturyan belə mahnılar yaza bilməzdi. Andrey Babayevin musiqilərində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qəmbər Hüseynli ənənələri var. Çünki Üzeyir bəyin yaratdığı mühitdən Andrey Babayev də bəhrələnmişdi. Min erməni bəstəkarı gəlsə, Andrey Babayevin bir mahnısını yaza bilməz. Çünki onlar nə o tərbiyəni alıblar, nə də o mühiti görüblər. Andrey Babayev əsl Azərbaycan bəstəkarı idi. Görün, o, Şərq musiqi aləminə nə qədər yaxın olub ki, Özbəkistan, Tacikistan filmlərinə musiqi yazıb.

Əgər bu gün musiqişünaslar Azərbaycan mahnısı ilə Ermənistan mahnısının struktur fərqini açıb göstərsəydilər, tam aydın olardı ki, Andrey Babayevin Ermənistana heç bir aidiyyəti yoxdur. Onun mahnılarına baxsaq, görərik ki, o, sırf Azərbaycan mahnı ənənəsində yazıb.

Hazırda Amerikada yüzlərlə millət yaşayır, onların yaradıcılığı Amerikaya məxsusdur. Türkiyənin özündə neçə sənət adamı var ki, türk deyil, ancaq onların yaratdıqları məhz türk mədəniyyətinə aiddir. Andrey Babayevin yaradıcılığı da Azərbaycan musiqi mədəniyyətinə aiddir. Çünki onu yetişdirən Azərbaycan olub.

Milliyyətdən savayı, bəstəkarı, rəssamı, aktyoru yetişdirən ən vacib amil mühitdir. Andrey Babayev isə Azərbaycan incəsənətinin qızıl dövründə yaşadı, qızıl insanları gördü. Üzeyir bəyin birbaşa evində dərs alıb, evinin çörəyini yedi.

Üstəlik, Andrey Babayev Rauf Hacıyev və Boris Yermolayevlə birlikdə Qara Qarayevin ilk tələbələrindən olub. Hətta belə bir əhvalat danışırdılar ki, Andreyin dövlət imtahanında Moskvadan gələn komissiya bəzi məqamlara irad bildirir. Onda Qara Qarayev Andreyi müdafiə edir.

- Danışdıqlarınızdan belə başa düşdüm ki, bəstəkarı burada sevirdilər. Bəs onu Moskvaya aparan səbəb nə idi?

- Andrey Babayev altmışıncı illərin əvvəllərində Moskvaya köçmüşdü. Məncə, bu, düzgün qərar idi.

- Söhbət altmışıncı illərdən gedirsə, burada erməni bəstəkara təzyiq, yaxud da ögey münasibət mövzu ola bilməzdi. Səbəb sadəcə Moskvada yaşamaq istəyi idi?

- Əlbəttə ki, məsələ pis münasibət deyildi. Şövkət xanım Ələkbərova kimi bir sənətçi həmin dövrdə onun mahnılarını oxuyurdu. Andrey Fikrət Əmirovla birgə neçə əsərə imza atıb. Burada onu sevir, yüksək qiymətləndirirdilər. Sadəcə o, artıq daha böyük dünyaya çıxmaq istəyirdi. Bilirsiniz, böyük şəhərlərdə böyük sənətkarlar öz qiymətini ala bilirlər. Çünki orada imkanlar geniş olur. Sizə bir nüans deyim. "Koroğlu" operasının "üçüncü dərəcəli" Stalin mükafatına layiq görüldüyünü biləndə çox təəccüblənmişdim. "Koroğlu" kimi bir opera niyə üçüncü dərəcəli olsun axı? Sonradan Ramazan Xəlilov bunun səbəbini izah elədi. Mənə məlum oldu ki, Bakı Moskva üçün əyalət idi. Üzeyir bəydən qat-qat aşağı səviyyəli bəstəkara Moskvada yaşadıqları üçün birinci dərəcəli mükafat verə bilərdilər. Ancaq Üzeyir bəyin hər sətri qızıldan olan əsəri üçüncü dərəcəli mükafat almışdı. Çünki əsər Moskvada yox, burada yazılmışdı. Ona görə də, Andrey Babayev orada yaşamağa can atırdı. Bu addım da özünü doğrultdu. Moskvada yaşadığı dövrdə xeyli əsəri çap olundu, sifarişləri çoxaldı...

Bilirsiniz, ermənilər günahkardır ki, bizimlə düşmənçilik edərək nə qədər insanımızı qətlə yetirdilər, şəhərlərimizi, kəndlərimizi dağıtdılar. Artıq məsələ o dərəcəyə çatdı ki, biz də erməniyə düşmən dedik. Erməni sözü eşidəndə o qədər ürəyimizdə ağrılar oyanır ki, istər-istəməz "erməni" sözü hansı adın yanında dayanarsa, qəbul etmək istəmirik. Ancaq Andrey Babayevə musiqisinə görə erməni demək olmur. Çünki o, Azərbaycanın böyük bəstəkarlarının tərbiyəsini alıb. Onun musiqisi Azərbaycan musiqisi idi. Ermənistanda belə musiqilər yoxdur. "Nazəndə sevgilim"i hansı erməni yaza bilər ki?

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see152

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see127

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see124

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see124

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see124

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see121

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see119

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see119

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see118

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see117

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see117

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see116

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see116

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see116

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see115

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see115

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see115

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see114

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri