Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Birlik tonqalı qalayan şair Musa Aslanxanlı yazır

525ci qəzet Birlik tonqalı qalayan şair Musa Aslanxanlı yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Musa ASLANXANLI

Həmrəyliyimiz, Birliyimiz, Azadlığımız, Bütövlüyümüz uğrunda yaşanan əbədi-ədəbi ömür... Şahmar Əkbərzadə ömrü...

Şahmar müəllim sevgi poeziyası ilə ədəbiyyata gəlib desəm, səhv etmiş olmaram. Oxucu sevgisi qazanan şeirlərlə gəlib desəm, yenə bir-birini tamamlayan fikirlər söyləmiş olaram.

Onun ilk oxuduğum şeirlərinə əsaslanıb bu fikri yazıram. Bu da var ki, yaradıcılığınin elə ilk illəri vətən, dövlət, xalq qayğılarını dilə gətirən dalğalı, gur çayı xatırladır.  

Bu ömür söz-söz, misra-misra, dalğa-dalğa ömrümüzə qarışdı. Bu ömür Vətən müharibəsində qazandığımız qələbəyə də mənəvi töhfəsini verdi. Bu ömür qardaş ölkələrdən gələn yardımlarda, köməkdə də göründü...

Şahmar Əkbərzadənin milli maraqlarımıza, tarixi dərdlərimizə söykək şeirləri ilə ədəbiyyatımıza yeni bir nəfəs gəldi. Türk xalqlarının birliyinin qorunmasının gərəkliyini, bir-birinə qılınc çəkən qardaş millətlərin faciəsini dilə gətirdi:

Utanım yerinə, qoç Koroğlu, din!

Düşmənin kimiydi? - Həsən paşaydı...

"Leş bir yana, baş bir yana" - deyirdin,

Qalağa vurduğun qardaş başıydı...

Utanım yerinə Əmir Teymurum,

Əzdin Bəyazidi, qırdın Tatarı.

Sənin zəfərinlə sındı qürurum,

Yadlara qul oldu yurd balaları.

Şah babam Xətai, ey Sultan Səlim,

"Çaldıran" deyəndə odlanıram mən.

Əsrlər keçsə də, düzəlmir belim,

Sizin yerinizə utanıram mən.

Beləliklə, Şahmar Əkbərzadə ədəbi ömrü xalqımızı, türk dünyasını birliyə səsləyən tonqala çevrildi.

Tariximizə Şahmarın nəzərləri ilə də baxdıq, imkan yarandı, özümüzə, soy-kökümüzə dönə bildik. Şah babaların, ən azı, utancverici hərəkətlərinə yol verilmədi. Əksinə, birliyimiz gücləndi. Anlaşma, dostluq uğurlara yol açdı.

Bir vaxt "Ad günləri qarşıdadır" yazanda işğala son qoyan qələbəmizdən sonra keçiriləcək ad günlərini nəzərdə tutmuşdum. Əlbəttə, qələbə sevinci qarışan ad günlərini bütövlükdə dövlətimizin, xalqımızın ən fərəhli günləri hesab edirəm. Şahmar Əkbərzadənin ad günləri də bu sıradadir.

Şahmar Əkbərzadə bir çox böyük məclislərdə, o sıradan, 1989-cu ildə Qırgızstanda keçirilən bir yubileydəki çıxışı ilə türk dünyasının böyük təəssübkeşi kimi tanındı. Türkiyəli qələm adamları: - Şahmar bizim sərhədsiz ruhumuzdu, - dedilər. Bizim deyəndə, əlbəttə, bütöv türk dünyası nəzərdə tutulurdu. Türk dünyasının birliyini görmək istəyən, bundan yana qayğılanan ədəbi ömür hardasa Hüseyn Cavid ədəbi ömrü ilə birləşir.

Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk poeziyasından keçib gələn vətəndaş yanğısı Şahmar Əkbərzadə şeirində özünəməxsus bir üslubda ifadəsini tapdı... Hətta Bəxtiyar müəllim yeri gələndə Şahmarın şeirlərindən nümunələri əzbər deyirmiş...

Torpaqlarımızın işğalına etraz şair harayına çevrilir, özünü, soydaşlarını ittihama dönür, yanar ürəkdən qopub gələn ədəbi nümunələrə çevrilir. Arada nisbi sakitlik yarananda, özü-özü ilə tək qalanda da yenə sakitləşmir:

Qırxqız dərdin dənizləşir,

Gəlin qayan kənizləşir.

Ta Şuşan da Təbrizləşir,

Döy başına, yan, ay Şahmar!

Narahatlığın belə yanğılı ifadəsi Vətən oğullarını ayağa qaldırmazmı, könüllərdə haraya çevrilməzmi? Bizi Zəfər Gününə səsləyib apamazdımı?..

Bəzən dərdini-kədərini də dünyaya ünvanlayır, zülmü, əzabı insanlardan əsirgəməyən dünyaya "sağ olsun deyir, minnətdarlıq da bildirir", bəs bu necə "sağ ol"du, necə minnətdarlıqdı?.. Əlbəttə, Vətən, yurd həsrətinin sıradan bir həsrət olmadığını anladır:

Zülmümü taxtından heç endirmədi,

Dərdimin gözünü nəmləndirmədi.

Sağ olsun, qəmimi qəmləndirmədi,

Mindirdi qəmimi hörmətə dünya.

Cövrümə olmazın hörmət eylədi,

Cəfamı ağ günə qismət eylədi,

Neçə yurd-yuvamı qürbət eylədi,

Tanıtdı yaxamı qürbətə dünya.

Vətəndaş qayğılarının, narahatlığının, etrazın lirika vasitəsi ilə ifadəsi Şahmar Əkbərzadə şeirində örnək sayılacaq səviyyədədir. Şahmar Əkbərzadə poeziyası dəyərlər uğrunda mübarizə poeziyasıdı!..

Adamlar itirir adamlığını,

Adam təlxək olur, Allah amandır!

Kələklə gələnlər küləklə getmir,

Kələk pələng olur, Allah amandır!

Səyi bəy eyləyən dastançıya bax,

Bostan tanımayan bostançıya bax,

Pulla böhtan deyən böhtançıya bax,

Böhtan çörək olur, Allah amandır!

Yaxud:

Hanı dinimizi bayraq edənlər,

Yanan yox o əsir məbədə, Allah!

Cihaddan yayınıb Həccə gedənlər

Səndən nə istəyir Kəbədə, Allah?

Şeirlərində mürəkkəbi qeyrət olan qələmdən, min kişiyə papaq olan qadın,qız ləçəyindən yazır... Tariximizə nəzər salır, sanki bu günümüzü də görür, bizdən ayıqlıq, sayıqlıq istəyir:

Gizli tələ qurur ölkə ölkəyə,

Dövlət, ovlamağa dövlət axtarır.

Azərbaycanımızın "ov olmasına, ovlanmasına" cəhdlər edən qüvvələrə, ən azı, tərs şillə deyilmi bu misralar?..

90-cı illərin əvvəlində gedən Qarabağ döyüşlərinə münasibət bildirir, çəkinmədən, cəsarətlə gerçəkliyi yazırdı Şahmar müəllim. Bizi silkələyir, haqlı olaraq, bizdən baş verənlərə tənqidi münasibət istəyirdi:

Haqq savaşı dönüb alış-verişə,

Kasıb-kusub mat qalıbdı bu işə.

Aman Allah, döyüşə bax, döyüşə,

Satqınıyla qəhrəmanı bilinmir...

Bu da deyilməli idi. 44 günlük Vətən müharibəsində o satqınlığın qarşısı alındı...

Şahmar Əkbərzadənin "Armud ağacı" şeiri Mirzə Ələkbər Sabirin nəfəsi duyulan şeirlərindəndir, "özümüzə əngəl kələf" olmağımızı, nöqsanlarımızı dilə gətirir. Bu şeir özünüittiham, özünütənqid və duruluğa çağrış şeiri kimi dəyərlidi.

Lirik duğuların təravətli ifadəsi, dil gözəlliyi, incə duyum Şahmar Əkbərzadəni klassiklərlə bir sıraya gətirir. Xəlqi ifadələr, könül çırpıntılarının bədii təqdimi oxucunun ruhuna yol tapır, nə vaxtsa yaşadığı kövrək duyğuları ona yenidən yaşadır.

Sənin tilsimindən çıxa bilmirəm,

Neyləyim, bu eşqi boğa bilmirəm,

Yolundan gözümü yığa bilmirəm,

Gözdağın mənimdir, gözün özgənin.

...Şahmara vəfandan cəfan nurludur,

Baharın şaxtalı, yayın qarlıdır,

Həsrətin özündən etibarlıdır,

Həsrətin mənimdir, özün özgənin.

Sevgisində Fərhad kimi fədakardı, sədaqətlidi Şahmar.

Məndən küsmə, gül nəfəsin tövşüyər,

Sənə baxıb bənövşələr pörşüyər,

Dayan, gülüm, qədəmlərin üşüyər,

Kirpiyimi qədəminə sərim qoy.

Əksər şeirlərində xalqın dərdini, güzaranını dilə gətirir, çoxları bunu yazmağa bəlkə də cürət etməz, ancaq Şahmar yazır:

Qanun-qaydalarla özəlləşir qəm,

Qızıllar cəhənnəm, dollar cəhənnəm,

Samana çevrilən pullar cəhənnəm,

Ülfətə girişir inflyasiya.

Ana haqqı-tanrı haqqı deyib ulu babalarımız. Şahmar dörd misralıq şeirində ana itkisinindən yazır. Yaxından, uzaqdan keçən yolçulara xitab edir... Burada onu, anasının pak ruhunun keşiyində dayanan bir oğul kimi görürük...

Yolçu, ayaq saxla bircə saniyə!

Demirəm yanğıma gözündən yaş tök...

Anamın pak ruhu şad olsun deyə,

Gedib öz ananın önündə diz çök!

Bu misralarda ana qədri bilən, başqalarından da bu münasibəti gözləyən oğul var, insanlıq, böyüklük, ululuq var - Şahmar Əkbərzadə xarakteri var...

O, şeirinin məna-məzmunu, dil-üslub incəliyi, səmimiyyəti, Vətən qayğıları ilə sözün həqiqi mənasında, klassik qələm sahibinə çevrilib.

Bu məqamda, qələm adamlarının diqqətini Şahmar Əkbərzadə yaradıcılığına yönəlməsində əhəmiyyətli addımlar atan dost insan, gözəl şair, tanınmış alim Elçin İsgəndərzadəyə təşəkkürümü ünvanlayıram. Elçin müəllimin geniş fəaliyyətində qələm adamlarına, ədəbiyyatımıza diqqət, qayğı var və bu yolda ona davamlı uğurlar arzulayıram.

Sözümü Şahmar Əkbərzadəyə həsr etdiyim şeirlə tamamlamaq istəyirəm:

Əsgərləri sətir-sətir,

Döyüşdə sərkərdə Şahmar.

Haqqı dedi, hər məclisdə

Əl uzatdı mərdə Şahmar.

Qayğı bir yük, şələ çəkdi,

Çox mətləbi zilə çəkdi.

Dərdlərini elə çəkdi,

Dərd olmadı dərdə Şahmar.

Yolum yurda, doğma yerə,

Öndə çaylar, körpü, bərə.

Gedəm üzü üfüqlərə,

Bu yol, bu mən, bir də Şahmar...

Olsun, bu yol demə ilkdi,

Yoxuşluqdu, enişlikdi...

Göydü, göydə genişlikdi,

Yoldu, izdi yerdə Şahmar...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri