Icma.az
close
up
RU
525ci qəzet Dünyanı fərqli duyan yazıçı Ülvi Aydın yazır

525ci qəzet Dünyanı fərqli duyan yazıçı Ülvi Aydın yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Ülvi Aydın
Ədəbiyyatşünas
AYB-nin və AJB-nin üzvü

 

Düşüncələri, yazdığı əsərlər, həmin əsərlərdə yer alan fikirlər, onun əbədiyaşarlığını hələ sağ ikən təmin etmişdir. Müsahibələrinin birində həyat yoldaşı ilə söhbəti zamanı demişdir ki, mən əbədi yaşayacağam. Söhbət Azərbaycanın Xalq yazıçısı İsa (Hüseynov) Muğannadan gedir. Həyat yoldaşı Firuzə xanım “Mən İsanı heç kimə etibar edə bilmərəm. Allah mənə elə ömür versin ki, ona sona qədər özüm baxım” deyərkən, İ.Muğanna yarızarafat, yarıgerçək bildirmişdi: “Gərək sən onda əbədi yaşayasan”. 

Yazıçı bütün yaradıcılığı boyu həqiqət axtarışında idi. O, həqiqəti axtarırdı. Tariximizin təhrif olunduğunu bildirir, buna görə də dəqiq tarixi ədəbiyyat vasitəsi ilə üzə çıxarmağa çalışırdı. Onun tarixi romanlar yazması da buna bir işarə idi. Bir vaxtlar həqiqi tarixi yaşatmağa çalışan İsa Muğannanı bu gün tarix özü yaşadır.

Ədib ilk qələm təcrübələrindən başlayaraq, sonrakı bütün yaradıcılığı dövründə də görüb, eşidib, yaşadıqlarını bədii sözün işığında oxucuya təqdim etmişdir. İsa Muğanna ədəbiyyata gəlişi ilə yeni üslub, yeni düşüncə, yeni yanaşma gətirmişdi. Nasirin fərqli düşüncələri, özünəməxsus baxış bucağı onu ədəbiyyatın seçkin nümayəndəsinə çevirə bilmişdi. Ustad sənətkar keçmişini unutmur, yaşadığı dövrünü yazır, yaşadığı dövrdən yazdıqları ilə sabaha bir istiqamət verirdi. Bu da İsa Muğanna yaradıcılığının özünəməxsusluğu idi. Hələ ilk qələm təcrübələrindən görürük ki, yazıçı bütün yaradıcılığı boyu cəmiyyətdə gedən çatışmazlıqlara, haqsızlıqlara əsərləri vasitəsi ilə qarşı çıxırdı. Yazdığı hər bir əsərdə bir və ya iki ədalətli obraz ərsəyə gətirirdi. Ümumən ədalət mücəssəməsi adlandırılan Qılınc Qurban obrazı müəllifin bir neçə əsərində yer almışdır. Qılınc Qurban obrazı oxucuya açıq-aşkar aydın olan bir obraz idi. Ancaq bundan öncə də “Tütək səsi”ndə Cümrü, Tapdıq, “Quru budaq”da Şövkət Tahirli (“Şöşü” deyə çağrılırdı), “Kollu Koxa”da Koxa, “Şəppəli”də Şəppəli, “İdeal” və digər əsərlərdə Qılınc Qurban və bu siyahını daha da çox uzada bilərik. Bu kimi haqqı tələb edən, ədaləti bərpa etməyə çalışan obrazlar İsa Muğanna yaradıcılığında xüsusi bir yer təşkil edirdi. Ədibin hələ 60-cı illərdə yazdığı əsərlərdə klassik ədəbi ənənələrlə moderin yanaşmalar kontrasda təqdim olunurdu. İsa Muğanna köhnəni unutmasa da, yenilik gətirməyə çalışırdı və buna nail olurdu. Yazıçı İkinci dünya müharibəsinin təsvirini yaradan əsərləri yazmaqla insanların daddığı ağrı-acılardan bəhs etmişdi. Yaradıcılığının otuz ilə yaxın bir dövründə müharibə mövzusunu əsərlərində ehtiva edən ədib, tarixi fəlsəfi roman olan “Məhşər” romanını yazmaqla yeni bir dönəmin başlanğıcına səbəb oldu. Bu əsər İsa Muğannanın bədii irsində tarixi roman yazma ənənəsinin start nöqtəsi olduğu kimi, eyni zamanda onun yazıçı düşüncəsində xəlqi düşüncələrlə bərabər bəşəri düşüncələrin də yer aldığını göstərdi. Müəllif Nəsimi obrazını əsərdə yalnız şair və tarixi şəxsiyyət kimi deyil, bununla bərabər elm təbliğatçısı kimi xarakterizə etməyi bacarmışdı. Bu əsərin yazılmasından sonra İsa Muğannanın yaradıcılığına olan münasibət dəyişdiyi kimi, Nəsiminin də şəxsiyyətinə və yaradıcılığına olan münasibət fərqli bir yön aldı. Nəsimi yaradıcılığı daha çox ictimailəşməyə başladı. 

Yaradıcı şəxslərin xüsusən yazıçı və şairlərin bir çoxunun bir sənət pasportu deyə tanınan əsəri vardı. İsa Muğannanın isə yaradıcılığında bir deyil, iki əsərini onun sənət pasportu kimi xarakterizə edə bilərik. “Məhşər” və “İdeal” romanları hər ikisi nasirin yaradıcılığında kulminasiya nöqtəsi hesab olunur. Müsahibələrinin birində müəllif özü də bildirmişdir ki, “Məhşər” və “İdeal” əsərləri onun üçün daha seçkindir. “Məhşər” romanı tarixi roman ənənəsinin başlanğıcı olmaqla bərabər, həm də İsa Hüseynov imzasının son əsəri olub, sanki yeni bir mərhələyə keçid dövrü təsiri bağışlayırdı. Yazıçı “İdeal” romanını “Yanar ürək” və “Eşq dəlisi” adları ilə dəfələrlə oxuculara təqdim etmişdi. Lakin “İdeal”  çap olunduqdan sonra istər ədəbi mühitdə, istərsə də ümumən cəmiyyətdə İsa Muğanna yaradıcılığına yeni münasibət formalaşdı. “İdeal”dan başlayaraq yazıçının fərqli düşüncələri özünü göstərdi. “İdeal” romanında SafAğ elmi və OdƏr dili ehtiva olunmağa başladı. Nasir bu əsəri yazandan sonra Ün eşitdiyini bildirdi. “İdeal” və onun ardınca yazdığı əsərlərin ona Ün vasitəsi ilə göndərildiyini demişdir. “İdeal” romanında insanın ölmədiyi, ikinci doğuluşun olduğu fikri yer almaqla İsa Muğannanın bədii dünyasında yeni bir ideyanın sərgilənməsinə zəmin yaratdı. Bu fikir yalnız Azərbaycan ədəbiyyatı üçün deyil, bütövlükdə dünya ədəbiyyatı üçün yeni bir baxış bucağı idi. Nasir əsərdə Səməd Əmirli ilə atası Mədəd Əmirlinin dialoqundan bəhs edir. Mədədin ölümündən sonra onun Səmədlə danışmasını yazan Muğanna bildirir ki, insan ölmür, işıq gəmilərində başqa bir planetə köçür. Bu fikirlər yazıçıya məxsus fərqli düşüncə olmaqla yanaşı, ədəbiyyatda da yeni bir istiqamətin müəyyənləşməsini təmin etdi. Ədibin daha bir fərqli duyumu onda idi ki, İsa Muğannaya görə bütün bəşər cəmiyyətində yaşayan insanlar OdƏr dilini öyrənməli və OdƏr dilində danışmalı idi. Bir məsələ də diqqət çəkəndir ki, nasirin SafAğ elmi və insanın saflaşması ilə bağlı fikirləri Nəsiminin kamil insan fikrindən də qaynaqlanırdı. İsa Muğannaya görə insanlar SafAğ elmini öyrənib, bu elmə istinad edərək yaşayarlarsa cəmiyyət saflaşar, dürüstləşər, pisliklərdən uzaq olar. Başqa sözlə desək, nasir özünün iç dünyasına uyğun olaraq, yeni (ədalətli) cəmiyyət axtarışında idi. Bunu əsərlərində yazmaqla öz yazıçı dünyasını qurmağı bacarmışdır. Ədib əsərlərində OdƏr dilini və SafAğ elmini təbliğ etməklə oxucusunun azalacağını bəlkə də əvvəlcədən bilirdi. “İdeal” və onun davamında olan əsərlərin fəlsəfi yükü və dilinin ağırlığı yazıçının qələmini kütləvilikdən uzaqlaşdırdı. Bu uzaqlaşmaya rəğmən ustad sənətkar öz mövqeyinə və fərqli duyumuna sadiq qalaraq, sonadək yazıçı ənənələrini yaşatdı. 

İ.Muğanna müstəqillik illərində “GurÜn” romanını qələmə aldı. Bu romanda böyük Azərbaycan şairi Nizami Gəncəvi ilə Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın bədii obrazları yaradılmışdır. Şairlə hökmdarın dialoqunda da şair hökmdara elm öyrənməyi məsləhət görürdü. Bu əsəri müəllif üç kitaba elm, din, dil ayırmışdır. Burada da dilimizin təhrif olunduğundan bəhs edən İsa Muğanna sözlərin mənalarını verməyə çalışır, Nüşabəni – içməli şirin su kimi, Bərdəni – bir od kimi təqdim edirdi. “İdeal” və onun davamında yazılan əsərlərdə yazıçının fərqli düşüncələri özünü daha çox göstərirdi. Ədəbi tənqid və tədqiq bu əsərlərə bir mənalı münasibət bildirməsə də, İsa Muğannanın “İdeal”la başlanan dövr yaradıcılığı bir növ heyrət doğurmaqdadır. İsa Muğannanın fərqli düşüncələri, fəlsəfi baxışları özünəməxsus obraz yaratma ənənəsi, mövzu zənginliyi Azərbaycan ədəbiyyatı üçün olduqca gərəklidir. Yazıçının əsərlərində həyat əhəmiyyəti kəsb edən məsələlər zaman-zaman yer aldığından İsa Muğannanın bədii irsi dövründən asılı olmayaraq, öz aktuallığını qoruyub saxlamaqdadır. Nasirin fərqli duyumunda aydınlaşan müəyyən doğru çalarlar da sezilməkdədir. Zaman qatarı onun cismən yaşadığı dövrdən nə qədər uzaqlaşsada, İsa Muğannanın əbədiyaşarlığı daima qalmaqdadır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see166

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see142

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see139

Almaxanım ana oldu

04 İyul 2025 15:22see133

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see133

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see129

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see124

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see123

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see122

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see122

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see121

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see118

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

Hər siqaret ömrü 20 dəqiqə qısaldır Həkim AÇIQLADI

04 İyul 2025 04:49see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri