525ci qəzet Ədliyyə Nazirliyi tərəfindən “Elektron Hərrac Portalı istifadəyə verilib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Elektron Hərrac Portalı istifadəyə verilib.
525.az-a bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bundan sonra icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.
Portalın əsas üstünlüyü hərracda iştirak imkanlarının hər kəs üçün bərabər olmasıdır.
Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər.
Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və ilkin hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdirilib.
Hərrac prosesinin rəqəmsallaşması nəticəsində iştirakçılar arasında ayrı-seçkiliyə yol verilməsinin və rəqabətə məhdudiyyət qoyulmasının, eləcə də hərrac prosesinə kənar müdaxilələrin qarşısı alınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















