Icma.az
close
up
RU
525ci qəzet Elmi baxışın üfüqlərini genişləndirən əsər

525ci qəzet Elmi baxışın üfüqlərini genişləndirən əsər

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fəxrəddin VEYSƏLLİ
Filologiya elmləri doktoru, professor

Akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq" adlı kitabı "Sim-sim" nəşriyyatında 2024-cü ildə çap olunub, doktor R.B.Ekenin ön sözü, müəlliflərin giriş məqaləsi, 15 fəsil, nəticə, əlavələr, ingiliscə abstrakt və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Qeyd edək ki, kitabın hər iki müəllifi respublikadan kənarda da tanınmış alimlərdir, onlardan K.Abdulla məşhur dilçidir, R.Əliyev isə bilavasitə professor Lütfi Zadənin yetirməsidir. Onların birgə əməkdaşlığından meydana gələn bu əsər olduqca maraqlı və oxunaqlıdır. Müəlliflərin hər ikisi dünyada tanınmış alimlərdir, R.Əliyev daha çox riyaziyyat üzrə, K.Abdulla isədaha çox qələm adamı kimi tanınır. Onları son illərdə daha çox qeyri-səlis məntiq maraqlandırır. Yəni bu elə mühüm sahədir ki, onların dil-nitq məkanında elmə daha çox xeyir gətirəcəkləri heç kimdə zərrə qədər də şübhə yaratmır.

Müəlliflər ilk öncə dil-nitq məkanına aydınlıq gətirirlər, məşhur Ferdinand de Sössürün dil-nitq, biz deyərdik ki, dil-danışıq,dixotomiyasına aydınlıq gətirməyə çalışırlar. Son illərdə İsveçrə alimləri L.Yeger və İ.Fehrin araşdırmaları F.de Sössürün dilçilik görüşlərinə xeyli düzəlişlər edib.

De Sössürün "Dilçiliyə giriş" əsəri 1923-cü ildə rus dilinə düzgün tərcümə edilməyib. Əslində dil-danışıq kimi tərcümə edilməliymiş, çünki orijinalda söhbət məhz dil-danşıq qarşılaşmasından gedir.

Müəlliflər qeyri-səlis məntiqin əsas məqamlarını izah etdikdən sonra qədim dastanımızdan misal gətirə-gətirə qeyri-səlis məntiqi xırdalayırlar. Onların çox aydın şəkildə izah etdikləri hedc anlayışı və dil-danışıq baxımından onun izlərini tapmaları çox maraqlı görünür. Qeyd etmək lazımdır ki, sinergetik dil-danışıq əlaqələri və əlavə yük anlayışı yaxşı izah olunur. Müəlliflər yazırlar: "Beləliklə, biz kitabın əvvəlində dediyimiz kimi, tədqiqatımızın adında dil terminindən istifadə edərkən əslində "dil-nitq" əlaqələrinə işarə edirik və bunu bəri başdan oxucunun nəzərinə çatdırırıq".

Sonra müəlliflər dilin təqribiliyi və dil təhrifləri haqqında danışırlar. Burada müəmmalı sözlər xüsusilə qeyd olunur. Bunlar qeyri-səlis, konkret olmayan sözlər adlandırılır, bu da sözün dərin, ilkin mənasıdır. Aydın məsələdir ki, bunlar hamısı misallarla izah edilir. Müəlliflər qeyri- səlis məntiqin epistemik, eləcə də digər fasetlərinin məhz bu məqamla bağlı ortalığa çıxmasını sübut edirlər.

Dahi Azərbaycan şairi Füzulidən gətirilmiş misallarda şairin "yalanı" bu sözlərin əlavə semantikası çalarlarından məlum olur. Kitabın IV fəsli hedc anlayışından, yəni həp, hamısı, bütün və sair əvəzliklərdən bəhs edir. Başqa fəsillərdə olduğu kimi, bu fəsildə də ulu dastandan misallar gətirilir. Müəlliflər yazırlar ki, "əslində, əvəzliklər, prinsip etibarı ilə, özü-özlüyündə leksik vahid kimi hedclərin funksiyasını reallaşdıran əsas dil-nitq vasitəsidir". Bundan sonra isə dastanda işlənən hedclərin semantikası açılır. Sonrakı fəsil dil yarusları haqqındadır. Müasir dilçilikdə dil sistemi mürəkkəb yaruslar şəbəkəsi kimi başa düşülür və bu sistemdə ayrı-ayrı yaruslar, onları bəzən, qat da adlandırlar, qatlar de Sössürdən sonra, hierarkiklik münasibətində, yəni bir-birindən asılı olurlar. Burada müəlliflər böyük fransız dilçisi E.Benvenisti yada salırlar. Yeri gəlmişkən, qeyd edək ki, əsər boyu müəlliflər müasir ədəbiyyatdan gen-bol yararlanırlar və müvafiq fəsillərdə xarici və yerli müəlliflərin əsərlərindən istifadə edirlər.

Aşağı yarusun vahidi fonem, yuxarı yarusun vahidi isə kontekstdir.

Əfsuslar olsun ki, yaruslararası vahidlərin adlandırılmasında müəlliflər qeyri-dəqiqliyə yol verirlər, bəzən dil yaruslarının aşağı vahidini səs adlandırırlar, halbuki fonoloji tədqiqatlarda bu səviyyənin vahidini fonem adlandırlar.

VI fəslin adı "Sinergetika dil-nitqəlaqələri" adlanır. Sonrakı fəsil çox maraqlıdır. Burada söhbət dil vahidlərində əlavə yükdən gedir. Bu fəsillərin hər biri həcmcə böyük olmasa da, onlar kifayət qədər informativdir və oxucuda tam təsəvvür yaradır. Bundan sonra dil yaruslarının (fonoloji, leksik, cümlə və mikro mətn, bədii dil və süni intellektlə) bağlı fəsillərdə müəlliflər xeyli maraqlı məlumatlar verirlər və nəticə hissəsi ümümiləşdirici xarakter daşıyır. Müəlliflər kitabın sonunda yazırlar ki, "ağlasığmazlıq burada qeyri-səlis düşüncənin əsasını təşkil edir".

Əmin olduğumuzu bildirmək istəyirik ki, həcmcə böyük olmayan bu kitab oxucuların rəğbətini qazanacaq və oxucu rəfində öz layiqli yerini tutacaqdır. Əlavələrdə isə bir sıra maraqlı nəticələr verilib.

Böyük inamla demək istəyirik ki, K.Abdulla və R.Əliyev bu kitabı yazmaqla xeyli xeyirxah iş görmüş və oxucuların qeyri-səlis məntiq sahəsində ehtiyaclarını nəzərə almışlar.

Müəlliflər ayrı-ayrı hallarda, fikrimizcə, qeyri-dəqiqliyə yol verirlər. Məsələn, mətndə belə bir cümlə işlənib: "...Cümlə dil vahidi deyil". Dildə olmayan şey yoxdur. Bəli, müəlliflər bir az sonra yazırlar: "...Dil məkanında bu vahid ancaq konstrukt şəklində mövcud ola bilər. Tamam aydındır. Dil məkanında hər bir vahidin öz statusu vardır". Müəlliflər kitabın axırında oxucuya müraciət edərək bildirirlər ki, bu kitab ilk cəhd olduğundan oxucular bütövlükdə ona kifayət qədər loyal münasibət bəsləyəcəklər. İlk təcrübə kimi, bu kitabın böyük coşqu ilə qarşılanacağna şübhə etmirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri