Icma.az
close
up
RU
525ci qəzet Əsər kimi oxunaqlı, tamaşa kimi baxımlı

525ci qəzet Əsər kimi oxunaqlı, tamaşa kimi baxımlı

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Qısa təqdimat: Qafar Cəfərli (Qafar İltifat oğlu Cəfərov) 7 mart 1957-ci ildə Lənkəran rayonunun Viyən kəndində anadan olub. Alitəhsilli hüquqşünasdır, hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışıb, polis polkovniki rütbəsinədək yüksəlib. Birinci Qarabağ savaşında iştirak edib, müharibə veteranıdır. Yeniyetmə yaşlarından bədii yaradıcılıqla məşğuldur. “Əməliyyatçı” adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. İndiyədək roman, povest, hekayə, novella, lətifə və oçerklərdən ibarət on iki kitabı çap olunub. Bu kitabların ikisi rus dilindədir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 17 avqust 2020-ci ildə AYB-nin Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının yazarlarını özündə birləşdirən Lənkəran Zona Bölməsinə sədr təyin olunub. 

Qafar Cəfərlinin yaradıcılığı haqqında çoxlu sayda məqalə çap edilib, monoqrafiyalar yazılıb. Allahverdi Eminov, Musa Xanbabazadə, Şəddat Cəfərov və İdris Şükürlü onun yaradıcılığını təhlil edir, ədəbi imkanlarını yüksək qiymətləndirirlər. 

Yaradıcılığına dair ən yaxşı araşdırmalar onun özü tərəfindən ərsəyə gətirilən və 2023-cü ildə işıq üzü görən “Ömür yolu” adlı kitabda toplanıb. Kitabı müəllifin 65 illik yubileyi münasibətilə memuar janrında yazılan avtobioqrafik roman da adlandırmaq olar. Bu nəşri zənginləşdirən tanınmış söz adamlarının yazıçıya ünvanlanan təbrikləri, müəllifin yubiley öncəsi müsahibələri və müxtəlif xatirələridir. Kitabın ən maraqlı hissəsini isə Qafar Cəfərlinin 65 illik ömrünü 65 suala cavab verməklə mənalandırması təşkil edir.

Onun pyesləri Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub, əsərləri əsasında filmlər çəkilib, bu filmlərdən birində isə müəllif öz qəhrəmanının obrazını canlandırib.

Q.Cəfərlinin ədəbi fəaliyyəti müxtəlif mükafatlarla dəyərləndirilib. 2024-cü ili də onun yaradıcılığı üçün uğurlu il saymaq olar. İlin əvvəlində onun “Tənha qadın” (“Odinokaya jenşina”) əsəri rus dilində işıq üzü görüb. İlin ikinci yarısında isə dram əsərlərindən və hekayələrindən ibarət “Qıl körpüsündə rəqs” kitabı oxucuların ixtiyarına verilib. Kitabda məzmunca bir-birini tamamlayan üç pyes (“Qıl körpüsündə rəqs”, “Tanrı əmanəti”, “Şəhid Bayraq”) və yeddi hekayə (“Gülgəzi”, “Yaşamaq eşqi”, ”Tənha qadın”, “İntihar”, “Pənco-pənco”, “Tost”, “Fateh”) toplanıb. Mövzular gündəmlə səsləşir. Dramatik əsərlərdə narkomaniyaya qarşı mübarizə, bu acı vərdişin törətdiyi faciələr, ailə problemləri qoyulur, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən oğullardan söhbət açılır. Hekayələrdə ailə-məşət qayğıları, çağdaş yaşamın çətinlikləri qabardılır. “Yaşamaq eşqi” hekayəsi arzuları uğrunda mübarizə aparan insanların taleyini ön plana çəkirsə, “Tənha qadın” hekayəsi məşəqqətli, əzablı ailə sindromunu çözələyir. “İntihar” hekayəsi isə cəsarətli bir mövzuya toxunur. Vətən müharibəsində fiziki sağlamlığını torpaqların azadlığı yolunda qurban verən qazi maddi çətinlik içində boğulur, ailəsinin gündəlik yaşam təminatını yarada bilmir və çıxış yolunu bu acılıqları çəkməmək üçün intihar etməkdə görür. Qeyd etmək vacibdir ki, bu mövzu bir müddət sosial həyatda mövcud olan tükürpədici reallığı əks etdirir. Hekayə Vətən müharibəsində streslər yaşayan, sağlamlığını itirən, lakin bunun müqabilində kifayət qədər qayğı görməyən insanların acınacaqlı taleyini təsvir edir. Bu mövzuda yazılan bədii əsərlər Vətən qarşısında xüsusi xidmətləri olan insanlara diqqətin artırılmasını kimsənin dilə gətirə bilmədiyi səviyyədə önə çıxarır.

Müəllifin öz hekayəsi üçün seçdiyi epiqraf da maraqlıdır və oxucunu düşündürür: “Qazilər danışan şəhidlərdir”.     

2024-cü ilin ədəbi uğurlar silsiləsini tamamlayan bir sevindirici xəbər də var. Müəllifin həmin kitabda yer almış 1 pərdəli, 6 şəkilli “Şəhid bayraq” pyesi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulub. 

Tamaşa qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayan, Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban verən qəhrəman oğulların əziz xatirəsinə həsr olunub. Qafar Cəfərlinin “Şəhid bayraq” pyesi 44 günlük Vətən müharibəsində igidlik göstərmiş oğulların şanlı zəfər yolundan bəhs edir.

Əsərdə bütün hadisələr bir ailə çərçivəsində təsvir olunur. 44 günlük Vətən müharibəsi haqqında məlumatın bir ailənin timsalında oxucuya və tamaşaçıya çatdırılması müəllifin yaradıcılıq bacarığından irəli gəlir. Hadisələr bədənində güllə yarası daşıyan hərbçi zabit Poladın ətrafında baş verir. Onun təzədən döyüşlərə qatılmasından narahat olan və ailə başçısını döyüşlərdə itirəcəyindən ehtiyatlanan həyat yoldaşı Nəzrinlə olan dialoqu bu obrazın vətənpərvər simasını açıqlayır: “Sən ki bilirsən, general Polad Həşimov 2016-cı ilin aprelində Tərtərin Talış kəndi ətrafında gedən döyüşlərdə mənim komandirim olmuşdu. İki ay əvvəl adaşım Tovuz döyüşlərində şəhid olanda nələr yaşadığımı gördün. Komandirimin qisasını alacağım bu günü mən çoxdan gözləyirdim. İndi heç kim məni fikrimdən daşındıra bilməz”. Polad rayon hərbi səfərbərlik və çağırış şöbəsində adını müharibəyə gedən könüllülər sırasına yazdırır. Süjetin davamı yenə də ailənin içərisində baş verir. Polad müharibəyə getmək üçün Birinci Qarabağ savaşının iştirakçısı olan atası Fərhad kişinin və anası Sevda xanımın xeyir-duasını alır. Polad Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılandan sonrakı səhnələr də ailənin daxilində davam edir. Poladın şəhid olması xəbəri gəlir, sonra ailədaxili söhbətlərdə şəhidin dəfni, bu mərasimin təşkili ilə bağlı epizodlar obrazların nitqi vasitəsilə açıqlanır. Sonra məlum olur ki, şəhid olan başqasıdır və onun adı Qurbandır. Qurbanın üzərində Poladın kimlik göstəricisi olan geyimi (buşlatı) olduğuna görə şəhidin ünvan səhv salınıb. Tamaşa həyəcanlı bir mənzərə ilə yekunlaşır. Poladın atası şəhidin üzərində olan və bu ailəyə verilən “qanlı” üçrəngli bayrağı Qurbanın atası Teymur kişiyə təqdim edir.

Q.Cəfərlinin “Şəhid bayraq” pyesi əsasında Lənkəran Dövlət Dram Teatrında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Emil Əsgərov, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır. Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, Prezident mükafatçısı Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova, Buludxan Buludov, Saleh Əzimzadə, Məleykə Cəfərova, Zeynal Məmmədli ifa edirlər. 

Birinci Qarabağ savaşının iştirakçısı olan Q.Cəfərli müraciət etdiyi mövzunu daha dolğun şəkildə oxucuya və tamaşaçıya çatdıra bilib. Bunun ilkin səbəbi bədii əsərdə təsvir edilən hadisələrin real yaşantı ovqatı ilə bağlı olmasıdır. Yazıçı gördüyü, iştirakçısı və şahidi olduğu olaylara müraciət edir və onları obrazlı sözün gücü ilə canlandıra bilir. Buna görə də Qafar Cəfərlinin qələmə aldığı “Şəhid bayraq” pyesi əsər kimi oxunaqlı, tamaşa kimi baxımlıdır.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri