Icma.az
close
up
RU
4 dildə elmi əsər yazan qəribə baxışlı böyük İnsan…

4 dildə elmi əsər yazan qəribə baxışlı böyük İnsan…

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Böyük bir işin öhdəsindən gəlməyin yolu onu sevməkdir. Əgər bu yoxdursa, işə başlamağa tələsməyin.

Stiv Cobs

Uzaqlara dikilən baxışların nə gördüyünü, nə danıdığını ancaq sahibi bilir. Zamana odaqlanan o baxışlar səni xatirələrə, xəyallara aparır. Gətirən, aparan baxışlarda sən o məkandasan. Uşursan, qaçırsan, yeriyirsən. Anidən balacalaşırsan, böyüyürsən. Sevinirsən, kədərlənirsən. Baxışlar olanları, gördüklərini üzünə ötürür. Halın üzündən bəlli...

Rafiq müəlimin uzaqlara, çox uzaqlara baxan qəribə baxışı var. Dəyişən amplitudalı, ziqzaqlı baxışlarda nələrin olduğunu təyin etmək çətindir. Amma mənə elə gəlir ki, o uzaqlarda uşaqlıq, keçdiyi yollar, uğurlarla bərabər ağrılar-itkilər, görmək iştədiyi işlər, onların elmə və insana verəcəyi töhfələr də var. Yoxsa, bu baxışlar üz ifadələrində bu qədər dəyişiklik yaratmazdı və zaman bu qədər uzanmazdı.

İnsanı özündən yaxşı heç kim tanımaz. Çünki yaşananlar, yaşantılar, çəkdikləri ancaq özünə bəllidi. Bir də Ona.

İnsan etdikləri ilə tanınır.

Rafiq müəllim, adətən, kitablarından, yazı və müsahibələrindən, yetirmələrindən tanınır. (Dostları Rafiq müəllimi həm də maraqlı söhbətlərindən tanıyırlar).

“Təvazökarlıq insanın ləyaqətini və qiymətini artırır”.

F.Laroşfuko

Dünya elminə yeni nəzəriyyələr verən, əsərləri dünyanın aparıcı universitetlərində tədris olunan, dünya elmi nəşrlərində ilk yerləri tutan Rafiq Əliyev bu qədər etdikləri qarşısında, “Nə etmişəm ki! Kitablar yazmışam, tələbələr, alimlər yetişdirmişəm. Bu mənim işimdi”, - deyir.

Bu böyük alimin sadəlikdən doğan təvazökarlığıdır.

Rafiq müəllim nələr etdiyini özü yaxşı bilir, amma bununla öyünmür. Bunu vətəndaş, insan, alim borcu sayır.

Alimliklə (Rafiq müəllim özünə alim demir, “elmlə məşğul oluram”, - deyir) insanlığı bu səviyyədə özündə cəmləşdirmək böyük xoşbəxtlikdir.

Hamıya mehriban, səmimi, gülərüz münasibət göstərən insanın sevilməsi də elə buna görədir.

Dünyanın qeyri-səlis məntiqə keçdiyi bir zamanda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nəinki ali, orta məktəblərində və hətta bağçalarında da tədris olunan, keçilən qeyri-səlis məntiq, təəssüf ki, ölkəmizdə ancaq Rafiq müəllimin yaratdığı və rəhbərlik etdiyi “Biznesin idarə edilməsi” Proqramından başqa heç yerdə tədris olunmur. Bu, təəssüf doğurur.

Başqalarının əl-əl gəzdiyi, hər anından yararlanmaq istədiyi, xaricdə ölkəmizdən daha çox tanınan və dəyər verilən alimimizdən özümüz lazımınca yararlanmırıq.

Gərək zamana və zamanın insanlarına zamanında qiymət verilsin. Zamansa gözləmir...

Onu da qeyd edim ki, bu yaxınlarda professor Rafiq Əliyevin Rafiq R.Əliyev və özbək alimləri ilə birlikdə hazırladığı “Süni intellekt” kitabı 4 dildə nəşr olunub və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə olunur.

Rafiq Əliyev nəinki elmin ən yeni sahəsi olan süni intellekt, qeyri-səlis məntiqin nəzəri, texnoloji və iqtisadi tərəfləri ilə məşğul olur, o, həm də qeyri-səlis məntiqin humanitar elmlərə tətbiqi ilə bağlı araşdırmalar da aparır.

Son illər akademik Kamal Abdulla ilə birlikdə yazdığı, alimlərin və ədəbiyyatşünasların diqqətini çəkən ”Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq” kitabları Rafiq Əliyevin çoxtərəfliliyini göstərir.

Bu günlərdə daha bir sevindirici xəbər aldıq. Rafiq Əliyevin Rafiq R.Əliyevlə birlikdə yazdığı, çoxdan gözlədiyimiz “Qeyri-səlis məntiq” kitabı “Azərnəşr” tərəfindən çap olundu. Azərbaycan dilində yazılan bu ilk kitab qeyri-səlis məntiqin öyrənilməsi və tədqiqi üçün əvəzsiz töhfə olacaq.

“Azərnəşr”in baş redaktoru, əziz dostumuz Əlövsət Ağalarova bu kitabın nəşrinə görə xüsusi təşəkkürümüzü bildiririk.

Elm nə qədər yenilənsə də, böyük MƏKTƏB yaratmış Rafiq Əliyev zamanların alimi olaraq qalacaq.

200-ə yaxın fəlsəfə doktoru, 35 elmlər doktoru hazırlayan, ingiliscə kitablarını ingiliscə, almanca kitablarını almanca, rusca kitablarını rusca, azərbaycanca kitablarını çox sevdiyi doğma dilində yazan, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədri olan (bu konfransların sayı 30-dan çoxdur), ömrünün bu yaşında da elmi araşdırmalar aparan, yeni kitablar yazan Rafiq Əliyevə can sağlığı və yeni naliyyətlər diləyirik.

Növbəti uğurunuz Lütfi Zadənin təklif etdiyi kimi Nobel mükafatı olsun, hamımızın sevimlisi, hər ilinə sevindiyimiz dəyərli insan, böyük alim Rafiq Əliyev!

Yeni yaşınız mübarək, zamanın seçdiyi İNSAN!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Fevral 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri