Icma.az
close
up
RU
525ci qəzet Ömrün müdrik çağına lirik yubiley notları...

525ci qəzet Ömrün müdrik çağına lirik yubiley notları...

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük filosof, alim Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində müəllim peşəsini belə səciyyələndirir: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”. Bu sənəti layiqli şəkildə, şərəflə daşıyan, ona xüsusi məna qazandıranlar isə dünyadakı ən böyük İNSANLIQ missiyasını sonsuz məharətlə yerinə yetirənlərdir. Bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır. Simasındakı nuru, qəlbinin təmizliyi, biliyinin zənginliyi və həlim təbiəti ilə bu günədək yüzlərlə gəncin yolunu aydınlatan, bir mayak təki yol göstərən Akif Rüstəmov müəllimlik adına ucalıq qazandıran böyük ziyalıdır. Bəs bu ucalığı necə ifadə etmək olar?

Təhsil aldığım sahənin tarixinə nəzər saldıqda, onun peşəmizə qazandırdıqları gözümün önündə canlanır. Düşünün, böyük bir ziyalı nəslinin yetişməsinə başlanğıc verən Zərdabinin “Əkinçi”sindən üzü bu yana buxovlardan keçərək IV hakimiyyətin simvoluna çevrildik. Əli bəy Hüseynzadədən, Cəlil Məmmədquluzadədən, Üzeyir Hacıbəylidən başlanan bu yol jurnalist təhsilinin məbədgahında, ali təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetində qərar tapdı. Müasir Jurnalistikamızın fövqündə dayanan fövqəlbəşər işlərə imza atan Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi böyük insanların qələmləri dayanır qarşımızda. Bu gün bizlər bu söz və sənət dünyasının, onun yaratdığı böyük insanların və ya o insanların yaratdığı böyüklüklərin ocağına çevrilmiş məkanda dünyanı daha yaxşı dərk edirik.

Auditoriyanı dediyinə inandırmaq, xüsusilə informasiyanın həddindən artıq bol olduğu bir dövrdə müasir prinsipləri gənc nəslə aşılamaq yüksək müəllimlik və sahəni dərindən bilməyin nəticəsidir. Bütün bunlarla yanaşı ona bağlılıq, ona sevgi durur hər şeyin əvvəlində. Əgər ömrünün 85-ci qışına gəlib 55 ilini məhz bu auditoriyalara həsr etmiş şərəfli ziyalının dərsində əyləşmişəmsə, deməli sahəmə ən azı onun qədər bağlı olacam. Bəlkə də əziz müəllimimizə 85 demək qəlbimizi titrədir. Dəhlizdə zəngin sədasında, portfoliosu qoltuğunda kafedradan çıxıb bizə doğru gələndə, gəncliyini görmədiyimiz Akif müəllimimizin sanki indi də 40-da, 50-də olduğunu təsəvvür edirik. Gümrahlığı dərsinə, tələbəsinə olan sevgisindən, sahəsinə olan bağlılığından qaynaqlanır. Axı o, müəllimlik adına ucalıq gətirən böyük ziyalıdır.

Çox hörmətli professorumuz Cahangir Məmmədli müəllimlik haqqında deyirdi: “Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür”. Akif Rüstəmov dəyər verdiyi cümlələr ilə tələbəsinə də uca olmağı öyrədərək, tələbələrinə öz həmkarı kimi yanaşır. Yadımdadır, ilk dəfə sentyabrın 15-də I kursda ilk auditoriya saatımızda bizimlə tanışlıq dərsi üçün gələn Akif Rüstəmov “Mənim üçün ən böyük mükafat tələbələrin hörmətidir. Tələbənin hörmətini və sevgisini qazanmaqdan qiymətli nə ola bilər ki?..” - deyərək bizi — yenicə Universitetə daxil olan gəncləri məzunlarından ayırmırdı. Elə həmin dövrdə ilk qələmə aldığım yazılarımdan birini məhz Akif müəllimə həsr etməyim də əbəs deyilmiş: “Bu bir neçə ayda Akif müəllimin sezdiyim gözəl xüsusiyyətləri var ki, düşünürəm bunlar mənim üçün bir həyat təcrübəsi elementləri sayılacaq qədər vacibdir: Akif müəllim çox konkret insandır, sözü birbaşa adamın üzünə deyər. Əgər nə isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq bunu gizlətməyəcək. Hər zaman işinə məsuliyyət və dəqiqliklə yanaşır, məhz buna görə də o, kollektivdə hörmət və nüfuz sahibidir.
Kimlərsə mənə seçdiyim peşənin mürəkkəbliyindən söhbət açanda Akif müəllimin fikirlərini xatırlayıram: “Jurnalist unutmamalıdır ki, cəmiyyətə xidmət edir. Bu xidmət obyektiv, vicdanlı və qərəzsiz olmalıdır”. Bunun üçün də düzgün yolda olduğumu onun dərslərində bir daha anlayır və daim vicdan ilə vətənimə edəcəyim xidməti gözümün önündə canlandırıram”. Bu gündə də iki il öncəki fikirlərimin üzərində qalıram. Tək dəyişən isə əziz müəllimimin yaşının üzərinə yaş, qazandığı sevgi və hörmətin üzərinə daha çoxunun gəlməsidir.

Akif müəllim böyük elm adamıdır. Təsadüfi deyil ki, “Jurnalistika” ixtisasını seçən və fakültəyə ilk daxil olan tələbələrin keçdiyi “Jurnalistikaya giriş” fənni, təməl bilgiləri biz, bizdən əvvəlki və sonrakı nəsil də Akif Rüstəmovun “Jurnalistika” kitabından öyrənir. Kitab müxtəlif illərdə yenilənib və yeni materiallar ilə zənginləşdirilib. İxtisasa giriş fənninin, təməl biliklərin, obyektivliyin, qərəzsizliyin, dəqiqliyin, düzgünlüyün əsaslarını Akif müəllimdən öyrənirik. 

Amerikalı yazıçı Natan Uest Jurnalistika haqqında deyir: “Jurnalist hər boşluğu sözlə doldurmaq istedadı olan adamdır”. Akif müəllim isə sözü ilə yalnız cümlələr arasındakı deyil, düşüncələr, hisslər və gerçəklər arasındakı boşluqları doldurur, tələbələrinə bir jurnalistin əsl həyat dərsini verir. 1969-cu ildən Fakültəmizdə müxtəlif vəzifələrdə çalışan Akif Rüstəmov düzgünlüyü, həqiqət və ədalət axtarışında olması, onu təmin etməsi ilə fakültə tarixində iz qoyub. Akif müəllimin BDU-nun Jurnalistika fakültəsinə dekanlıq etdiyi 1989-1999-cu illəri isə həmin dövrün tələbələri yalnız bir əsas fikir ilə ümumiləşdirir: “Tələbələrin əsl dostu, ən dürüst və ədalətli dekan idi”. 

Bu gün Akif müəllim yubileyini doğma yurdunun işğaldan azad olunması xəbəri, o torpaqların havasını rahatlıqla ciyərlərinə çəkərək xoşbəxtcəsinə qeyd edir. İşğaldan sonra Ağdama ilk səfərində bütün cümlələrinin sonunda “...var idi”, deyən əziz müəllimimiz, artıq QƏLƏBƏMİZ var.

Dəyərli ziyalımız, əziz müəllimimiz, böyük jurnalistlər nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərən, müasir jurnalistikanın inkişafına töhfələr verən müəllimimizə Yaradandan cansağlığı arzu edirəm! Fakültəmizin professoru, mərhum Nəsir Əhmədlinin dediyi kimi: “70-i aşırdın 100-ə nə qaldı?!”. Müəllimimizə ucalıq bəxş edən Uca Tanrı daşıdığı məsuliyyəti, peşəsinə ləyaqəti ilə ustadlarımızdan saydığımız Akif müəllimi qorusun!

Nurlan CƏBRAYILZADƏ

BDU Jurnalistika fakültəsinin tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri