525ci qəzet Qazaxıstan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanın Ukraynadakı səfirliyi vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Diplomatik korpus Qazaxıstan vətəndaşlarına xəbərdarlıq edib ki, onlar Ukraynada aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdən çıxmalı və ya bu ölkənin ərazisini tərk etməlidirlər. Səbəb kimi atəşin davamlı hal alması göstərilib.
Qeyd olunub ki, Qazaxıstan vətəndaşları Ukraynanı tərk etmək üçün Polşa və ya Moldova ərazisindən keçən yerüstü nəqliyyatdan istifadə edib, oradan təyyarə ilə gedə bilərlər.
Səfirlik bütün vətəndaşları hava hücumu xəbərdarlığına əməl etməyə, dərhal sığınacağa getməyi və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















