Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Sözün işığında Kamil Əfsəroğlu yazır

525ci qəzet Sözün işığında Kamil Əfsəroğlu yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamil ƏFSƏROĞLU

Sözün də işığı olur, söz də Ay təki nur saça bilir, yetər ki, ustad dilindən çıxsın, ustad qəlbindən süzülüb gəlsin. Sözün işığına tapınmaq istəyirsinizsə, şair Əlizadə Nurinin şeirlərinə də üz tutun, bolluca işıq görəcəksiniz - dünyanın üzünə səpilən, insanların ömrünə, tale yoluna çilənən gur işıq. Nə gözəldir dünyanı şair Əlizadə Nuri şeirlərində görmək, nə gözəldir həyata şairin sözüylə, gözüylə baxmaq.

Dənizə qar yağır, üşüyür dəniz,

Durmuşam bir sahil daşının üstə,

Bəlkə əllərimi çətir eləyim,

Saxlayım dənizin başının üstə...

Hər bir şairin mənəvi aləminə, poetik dünyasına uzanan yol onun söz dünyasından, şeirlərindən keçir. İki-üç, bəzən də bircə şeir yetir ki, şairi tanıyasan, onun yaradıcılığından hali olasan. Əlizadə Nurinin şeirlərini oxuduqca, poetik dünyasına daldıqca mənə elə gəlir ki, onunla çoxdanın dostu-tanışıyam. Şairi oxucuya tanıdan, sevdirən şeirləri, poeziyasıdır, poetik söz dünyasıdır. Əlizadə Nuri poeziyası həyatı duymağın, onun gözəlliklərindən kam almağın yollarını bizə göstərir, mənəvi dünyamızı zənginləşdirir.

Meşə yıxılıbdı balta səsinə,

kəsməyə bir balta sapı qalmayıb.

Ağaclar meşədən qaçmaq istəyib,

ancaq yeriməyə tabı qalmayıb...

Meşənin içindən axan bu çay da,

heç kimi çağırmır, yalqız ağlayır.

Bəlkə, bu meşədə bir qız azıbmış,

bəlkə, bu çayı da o qız ağlayır?!

Kim bu ağacların boynunu vurub,

kimdisə ya cəllad, ya nadan olub.

...Girim bu koğuşa... Qəddi düzəlsin,

bəlkə də ağaca oxşadan oldu...

Əlizadə Nuri Cəlilabad ədəbi mühitinin yetirməsidir. Ömür güzərgahı, yaradıcılıq yolu doğulub boya-başa çatdığı Adnalıdan başlayıb. Xeyir-duasını da elə doğma oymağından, elindən-obasından alıb.

Əlizadə Nuri özünəxas üslubu olan, şeiri-şeiriyyətilə seçilən, sevilən şairdi. Onun şeirlərində dağın ucalığını, səmanın maviliyini, dərələrin dərinliyini, güllərin-çiçəklərin ətrini rənglərin əlvan çalarlarında, sözün parlaq işığında görür, duyuruq. Şairin şeirlərindəki bulaq pıçıltısı da özgədir. Min bir sirr var bu pıçıltılarda. Görəsən, nə deyir bulaq? Şair öz şeirlərində bu suala da cavab axtarır və cavab tapır da. Bulaqla bulaq, şehlə şeh, çiçəklə çiçək dilində danışır.

Bir gül gördüm, yaz yelində mürgülü...

Bir gül gördüm, kim ağladıb bu gülü?

Bir gül gördüm qönçəsinə bükülü,

Açmaq istəyirdi, aça bilmirdi,

Dünyanı ətrinə bürümək üçün,

Qaçmaq istəyirdi, qaça bilmirdi.

Əlizadə Nurini ilk dəfə jurnalist, mərhum Böyükxan Bağırlının "Azərbaycan" jurnalında dərc etdirdiyi "Şehli pıçıltılar" yazısından tanımışdım. "Şehli pıçıltılar" - uğurlu sərlövhəydi, Nuri yaradıcılığına yaraşandı. Müəllif bu adı təsadüfi seçməyib. Dan üzü otların üstündə, çiçək ləçəklərində tumurcuqlanmış şehdən duru nə ola bilər? Əlizadə Nuri poeziyasının dərinliklərinə daldıqca, hiss eləyirsən ki, şair daim saflıq, duruluq sorağındadır, onun poeziyası da elə saflıqdan, paklıqdan yoğrulmuş dupduruca şehli pıçıltılardı.

Bir çiçəyin üstünə

səhər şehi düşmüşdü,

Çiçək bir az da gözəlləşmiş,

Ancaq deyəsən,

bir az da üşümüşdü.

Elə gözəldi bu şeh,

Yenə görmək istədim,

Çiçək yadımnan çıxdı,

Çiçəyin üstündəki

şehi dərmək istədim.

Deyirlər, şairlər dərdli, dərdçəkən olurlar. Haqlı fikirdir, çünki şair qəlbi kövrək, duyğulu olur. Əlizadə Nuri də kövrək qəlbli, duyğulu şairdir. O, meşədə bir nadanın baltasıyla ağacın yıxılmasını, nəğməli bulağın qurumasını, gülün-çiçəyin solmasını da dərd eləyib ürəyinə salandı. Əslində, şairlik elə burdan başlayır və ta Nizamidən, Füzülidən üzübəri dünyanın dərdini çəkmək də sanki şairlərin nəsibinə yazılıb.

Çatdım Araz çayına,

Çaya dedim dərdimi.

Dedim, yuyub aparar,

Suya dedim dərdimi.

Ayırmadım heç kimi,

Bölüb verdim eşqimi,

Birdi, üçdü, beşdimi?

Saya dedim dərdimi...

Bir vətəndaş, vətən övladı kimi şairin ən böyük dərdi Qarabağ dərdiydi. Şair sabahkı günə ümidlə, inamla baxır, Zəfər gününün uzaqda olmadığını deyirdi. Şanlı Qələbəni mərd oğullarımız qanları bahasına qazandılar. Qalib Azərbaycan əsgərinin parlaq obrazı Nuri poeziyasında, şeirlərində də dolğun əksini tapıb.

O, heç kəsnən yarışmağı sevmədi,

Vətən eşqi, hissi, həyəcanıynan.

Vətən haqda danışmağı sevmədi,

O, Vətənin üstün örtdü canıynan.

Yurdu düşüb dilə-dişə, gedirdi,

Dönüş gərək, o, dönüşə gedirdi.

Qisas üçün son döyüşə gedirdi.

Ölümü də aparırdı yanıynan.

Əlizadə Nurinin hər sözü, hər fikri yazıb-yaratmaq eşqiylə, şövqüylə döyünən ürəyinin, qəlbinin dərinliklərindən süzülür. "Süzülür" ifadəsini elə-belə, söz xatirinə demədim. Şairin qəlbindən çox söz axıb gələ bilər, əsl sənətkar isə ürəyindən gələn sözləri də süzüb süzgəcdən keçirir. Həm də buna görə mənalı və maraqlıdır, poetikdir Nuri poeziyası. O, söz demək xatirinə yazmır, ədəbiyyat xatirinə, ədəbiyyat naminə yazır. Nurinin yaradıcılıq uğurlarınının rəhnini, həm də bunda axtarmalıyıq.

Şair qəlbi narahatdır, əlləri günaha batıb dünyanın.

Mənimlə yol gedir, yola getməyir,

Alın bu dünyanın əlindən məni.

Əlləri günaha batb dünyanın,

Alın bu dünyanın əlindən məni.    

Yağışam, götürün payıza verin,

Bu çiçək ömrümü o qıza verin...

Aparıb tənha bir ulduza verin,

Alın bu dünyanın əlindən məni...

Mənə gizlənməyə bir dərə verin,

Bu arı ömrümü güllərə verin,

Verin küləklərə, yellərə verin,

Alın bu dünyanın əlindən məni.

Şair Əlizadə Nurinin yaradıcılığı ədəbi dairələrdə də kifayət qədər tanınır və yüksək dəyərləndirilir. Xalq şairi Zəlimxan Yaqub onun haqqında yazıb: "...Üzünü az-az görsəm də, poetik sözünün işığında tez-tez işıqlandığım şairdi Əlizadə Nuri. Onun daxili dünyasının təzəliyi, orijinallığı haqqında unudulmaz Xalq şairimiz Məmməd Araz vaxtilə çox böyük məhəbbət və səxavətlə söz açıb. Məmməd Araz bir şair kimi sözə, ədəbiyyata, ədəbi gəncliyə qarşı çox tələbkar və məsuliyyətli sənətkar idi, vətən daşı olmayana vətəndaş deməzdi... Əgər Əlizadə Nuri çağdaş şeirimizin vətəndaşına çevrilibsə, gəlin onu qoruyaq, qayğı göstərək, sevək, qiymətləndirək. Uca sözün, halal şeirin ucqarlarda çiçəklənməsi naminə..."

Əlizadə Nuri yaradıcılığının bir özəlliyi də bundadır ki, o, həyatda rastlaşdığı hadisələri, gördüyü mənzərələri mənalandırmağı, onlara poetik don biçməyi bacarır, çoxlarının görmədiyini görə bilir. Nurinin şeirlərində qorxmadan, çəkinib eləmədən qaratikan koluna belə tumar çəkmək olar. Onun şeirlərində təbiət yalnız gülü-çiçəyilə deyil, qaratikanı, sirkanı, yulğunuyla da gözəldir.

Təbiət mənzərəsi Nurinin şeirlərində kifayət qədər, necə deyərlər, eninə-boyuna yer alsa da, onun poeziyasının əsas predmeti insandır. Daha dəqiq desək, şairin yaradıcılığında insan və təbiət bir vəhdətdə verilir, bir-birini tamamlayır. Kimdən yazırsa yazsın, şair hər kəsin içində bir işıq görür. Hətta bir qızın ağlamağında belə gözəllik tapır.

Yarpaq əllərin də xəzəli varmış...

Bəlkə bu yazıda öz əli varmış?

Sən demə, qəmin də gözəli varmış,

İlahi, nə gözəl ağlayır o qız...

Bu şeirdə hər kəsin öz tanıdığı, sevdiyi qız ağlayır və o qızın göz yaşlarında bəlkə də hər kəs hardasa özünü baiskar bilir və əlçatmaz uzaqlarda çözələnib qalmış öz nisgilli dünyasına qovuşur. Kövrək xəyalların qanadlarında ötənlərə qayıdır, otuz, qırx, bəlkə də əlli il uzaqlarda hələ də ağlayan o qızı ovundurub könlünü almaq istəyir...

İnsan övladı umacaqlı gəlir dünyaya. Bəxtəvərlik, xoşbəxtlikdir dünyadan umacağı. Kimi alın yazısına, taleyə ümid bağlayır, qismətə güvənir. Belə baxanda, Yer üzündə elə insanların sayı qədər də tale, ömür yolu var - hardasa kəsişən, hardasa ayrılan, bir-birinə bənzəməyən ömür yolları. Və hər kəs də öz tale yolunun yolçusudur.

Dünya söz vermişdi

Məni xoşbəxt etməyə

Nə deyim, bəlkə də

Huşunnan çıxıb...

Bu, şairin gileyidi, yoxsa?.. Lap olsun, haqq-nahaq dünyadan onun da gileylənməyə haqqı var. Binayi-qədimdən dünya nə vaxt giley-güzarsız olub ki?..

Şair Əlizadə Nuri bir neçə kitabın müəllifidir. Onun şeir kitablarından biri belə adlanır - "Pəncərəmdə ağlayan yağış". İndiyəcən mən yağışı yağan bilirdim, sən demə, yağış yağmırmış, ağlayırmış.

Bir az qəribəsən, bir az da qərib.

Bəlkə tanrı səni buluddan dərib?

Bəlkə son məktubsan, o qız göndərib,

Mənim pəncərəmdə ağlayan yağış?

Bəlkə pəncərəmə qış gətirmisən?

Bəlkə bir yaralı quş gətirmisən?

Bəlkə gözlərimə yaş gətirmisən,

Mənim pəncərəmdə ağlayan yağış?

Gecəni əynimdə çuxa biləydim.

Səni ürəyimə yığa biləydim...

Tutub əllərini sıxa biləydim,

Mənim pəncərəmdə ağlayan yağış...

Bəlkə bu gecənin nəğməsi sənsən?

Soyumuş evimin nəfəsi sənsən.

Mənim pəncərəmin pərdəsi sənsən,

Mənim pəncərəmdə ağlayan yağış...

Dünyanın işinə bax, şair haqqında düşüncələrimi qələmə alanda bayırda yağış yağırdı. İri, dolu damlalar şüşəni xəfifcə döyəcləyir, yağış pəncərəmdə ağlayırdı. Elə bil, içəri girib qızınmaq, qurunmaq istəyirdi. Ürəyim yandı yağışa. Əlimi cəftəyə uzatmaq istədim, amma nə illah elədimsə, qolum qalxmadı...

Yağışa niyə pəncərə açan olmur, İlahi?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see445

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see418

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see276

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see207

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri