Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

525ci qəzet Yüz illərin arasına körpü salan kənd

525ci qəzet Yüz illərin arasına körpü salan kənd

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Körpükənd - Yüz illərin arasına körpü salan kənd" adlı kitab Zərdab rayonunun zəngin tarixini, mədəniyyətini və xalq irsini bütün əhatəliliyi ilə oxuculara təqdim edən möhtəşəm bir nəşrdir. Kitabın müəllifi Faiq Şükürbəyli, ideya müəllifi və redaktoru isə Elman Qasımovdur. Bu əsər qədim və müasir dövrlər arasında körpü rolunu oynayaraq, oxucuları tarixin dərin qatlarına səyahətə aparır.

Kitabda Körpükənd kəndinin eramızdan əvvəlki 1-ci əsrdən başlayaraq bu günə qədərki dövrü əhatə olunmuş, çoxşaxəli bir yanaşma ilə geniş işıqlandırılmışdır. Tarixi faktlar, ədəbi mənbələr, etimoloji araşdırmalar və arxiv sənədləri əsasında hazırlanan bu əsər, kəndin tarixi və mədəni inkişafını, onun coğrafi-strateji əhəmiyyətini və xalqın həyat tərzini oxuculara əhatəli şəkildə təqdim edir. Kitabın əsas məqsədi kəndin tarixini öyrənmək istəyənlərə zəngin və dəqiq məlumatlar təqdim etməkdir.

Müəllif Körpükənd adının mənşəyi ilə bağlı bir neçə maraqlı və düşündürücü nəzəriyyəni təhlil edir. Toponimiyanın xalq etimologiyası ilə əlaqələndirilməsi, 1-ci Şah Təhmasibin Ərəş səfəri zamanı bu körpüdən keçməsi və kəndin adının məhz bu hadisə ilə bağlı yaranması fikri xüsusi vurğulanır. Digər tərəfdən, Osmanlı sərkərdəsi Lələ Mustafa Paşanın 1578-ci ildəki hərbi səfəri zamanı bu körpüdən istifadə etməsi ilə bağlı nəzəriyyələr də diqqət çəkir. Kitabda həmçinin Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində təsvir edilən yerlərin Körpükənd və Xasa bölgələri ilə üst-üstə düşməsi fikri ilə bağlı tədqiqatlar öz əksini tapır.

Əsərdə dünya alimlərinin, o cümlədən, Minorski və Herodot kimi görkəmli tədqiqatçıların fikirlərinə geniş istinad edilib. Minorski öz tədqiqatlarında Körpükəndin coğrafi mövqeyini və onun tarixi əhəmiyyətini qeyd edib. Herodot isə bu qədim yaşayış məskəninin adını çəkərək, onun həm Şirvan, həm də Qarabağla əlaqələrini vurğulayıb. Kitabda Körpükəndin orta əsrlərdə bölgədə mühüm keçid məntəqəsi olduğu, Kür çayı üzərindən keçən bərələr vasitəsilə karvanların Qarabağa istiqamət aldığı kimi faktlar yer alır.

Zakir Ağa kimi tarixi şəxsiyyətlərin həyatı və fəaliyyəti də kitabın əsas mövzularından biridir. Zakir Ağa, kəndin sosial və maarif sahəsində inkişafına böyük töhfələr vermiş, şəxsi sərvətini həmkəndlilərinin rifahı üçün sərf etmişdir. O, kənddə məktəblərin, uşaq bağçalarının və digər sosial obyektlərin yaradılmasına şərait yaratmış, eyni zamanda kənddə maarifçilik ruhunun inkişafında əvəzsiz rol oynamışdır. Onun fəaliyyəti, kəndin mədəniyyət və təhsil sahəsində qazandığı uğurların təməlində dayanan ən vacib amillərdən biridir.

Kitabda kəndin zəngin adət-ənənələri, folkloru, əhalinin həyat tərzi və qəhrəmanlıq nümunələri geniş şəkildə təsvir edilib. Əsərdə həmçinin Körpükəndin qəhrəman övladlarının, o cümlədən 2-ci Dünya müharibəsi, 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarının, eləcə də Əfqanıstan müharibəsi və Çernobıl hadisələri iştirakçılarının fədakarlıqlarına xüsusi diqqət yetirilib, bu şəxslərin həyat hekayələri və qəhrəmanlıqları təsirli şəkildə əks olunub.

"Körpükənd - Yüz illərin arasına körpü salan kənd" kitabı yalnız Körpükənd sakinləri üçün deyil, bütövlükdə Azərbaycan mədəni irsi ilə maraqlanan hər kəs üçün əvəzsiz mənbə, keçmişin işığı ilə gələcəyə körpü salmaq istəyənlər üçün qiymətli bir bələdçidir.

Sevil EMİNLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri