Icma.az
close
up
RU
58 947 nəfər ali məktəblərə qəbul olunub

58 947 nəfər ali məktəblərə qəbul olunub

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.

DİM-dən verilən xəbərə görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Hər bir abituriyentə dim.gov.az saytında müsabiqə nəticələrinə dair arayışla tanış olmaq tövsiyə olunub. Burada müvafiq sütunlarda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna aid dövlət sifarişi üzrə minimal keçid balı və dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasları üzrə minimal keçid balı, sonda isə müsabiqə nəticəsi qeyd olunub. Yəni burada hansı əsasla abituriyent qəbul olunub və ya müsabiqədən keçməyib məsələsi öz əksini tapıb.

Bildirilib ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28 108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30 522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

İxtisas

qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar) Ödənişli Dövlət sifarişi əsasında Dövlət hesablı əsasında Cəmi I 4309 (418) 14689 (777) 179 (2) 19177 (1197) II 11301 (2319) 4223 (0) 0 (0) 15524 (2319) III 11030 (0) 4224 (0) 78 (0) 15332 (0) IV 1064 (250) 3497 (321) 60 (56) 4621 (627) V 2818 (25) 1475 (47) 0 (0) 4293 (72) CƏMİ 30522 (3012) 28108 (1145) 317 (58) 58947 (4215)

Qeyd edilib ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.

Həmçinin 185 abituriyent (I və IV ixtisas qrupları üzrə) Azərbaycan – Fransız Universitetinə (UFAZ), 104 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 abituriyent (I-IV ixtisas qrupları üzrə) M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Abituriyentlər jurnalı avqustun 25-də günün ikinci yarısından etibarən “pdf” formada abiturient.az saytından əldə edə biləcəklər.

Yaxın günlərdə dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcək.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Avqust 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri