Icma.az
close
up
RU
6 gün işləyənlərin çoxu bu səhvi edir Mütəxəssislərdən xəbərdarlıq

6 gün işləyənlərin çoxu bu səhvi edir Mütəxəssislərdən xəbərdarlıq

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın bəzi ölkələrində artıq həftədə 4 gün işləmək modelinə keçid edilib. Azərbaycanda isə hələ də həftənin 6 günü işləyən insanlar var. Belə şəxslərin qarşısında başqa problem dayanır: cəmi 1 istirahət günündə həm yorğunluğu atmaq, həm ev işlərini görmək, həm də növbəti həftəyə hazırlaşmaq necə mümkündür?

“Yeni Sabah” xəbər verir ki, həftənin 6 günü işləyən insan üçün həmin bir günün necə keçirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki istirahət günü düzgün planlaşdırılmadıqda insan bazar ertəsinə çatanda belə özünü tam bərpa olunmuş hiss etməyə bilər.

Ən vacib məsələ yuxudur. Altı gün erkən saatlarda oyanan insanın istirahət günündə bir qədər çox yatması normaldır. Lakin gecə saatlarına qədər oyaq qalaraq günortaya kimi yatmaq yuxu rejimini pozur. Buna görə istirahət günündə yuxu saatlarını kəskin dəyişməmək daha məqsədəuyğundur. Dominos pizza

Telefon və işdən uzaqlaşmaq da vacibdir. İnsan istirahət günü saatlarla sosial şəbəkələrə baxdıqda fiziki olaraq dincəlsə də, beyin fasiləsiz informasiya qəbul edir. İş yazışmalarına və mümkün qədər işlə bağlı məsələlərə fasilə vermək zehni rahatlamağa kömək edə bilər.

Ev işlərini də bölmək lazımdır

Paltar yumaq, ev təmizləmək, bazarlıq etmək və yemək hazırlamaq kimi işləri yalnız istirahət gününə saxlamaq həmin günü yenidən iş gününə çevirə bilər. Mümkün olan ev işlərini həftə ərzində bölüşdürmək və istirahət günündə özünə boş vaxt saxlamaq daha məqsədəuyğundur.

Bütün günü yataqda keçirmək də ən yaxşı seçim deyil. Sakit gəzinti, açıq havada vaxt keçirmək və yüngül hərəkətlər həm bədənin, həm də zehnin rahatlamasına kömək edə bilər. Burada məqsəd özünü əlavə fəaliyyətlərlə yormaq yox, hərəkətsiz qalmadan dincəlməkdir.

İstirahət gününü səhərdən axşama qədər qonaqlıq, alış-veriş və müxtəlif görüşlərlə doldurmaq da yorğunluğu artıra bilər. İnsan həmin gün özünü rahat hiss etdiyi fəaliyyətlərə üstünlük verməlidir.

Ən əsası isə bazar günü gecəsini də nəzərə almaqdır. Gec saatlara qədər oyaq qalmaq və səhər yenidən erkən işə getmək bir günlük istirahətin faydasını azalda bilər. Vaxtında yatmaq növbəti həftəyə daha normal başlamağa imkan verir.

 6 gün işləyən insan üçün bir günlük istirahətin əsas qaydası bütün çatdırılmamış işləri həmin günə yığmaq deyil. Həmin günün bir hissəsini yuxuya, bir hissəsini açıq havaya və şəxsi rahatlığa ayırmaq, mümkün qədər işdən uzaq qalmaq daha məqsədəuyğun yanaşmadır. Çünki istirahət günü də işlə, ev tapşırıqları və məcburi görüşlərlə dolduqda insanın növbəti həftəyə keçən yorğunluğu azalmaq əvəzinə davam edir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Sentyabr 2026 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri