Icma.az
close
up
RU
62 saylı məktəb liseydə nələr baş verir?

62 saylı məktəb liseydə nələr baş verir?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son vaxtlar təhsil müəssisələində baş verən neqativ proseslər cəmiyyətdə haqlı narazılıqlar yaradır. Bugünlərdə ilkxeber.org-un redaksiyasına ünvanlanan şikayət məktubunda da 62 saylı məktəb-liseydə baş verənlər haqda bəhs olunur.

Redaktor.az ilkxeber.org-a istinadla həmin məktubda qeyd olunanların qısa məzmununu oxucuların diqqətinə çatdırır.

Beləliklə, şikayət məktubunda iddia olunur ki, məktəbdə yol verilən qanunsuzluqlarla bağlı Elm və Təhsil Nazirliyinə edilən çoxsaylı şikayətlərimizin yuxarı instansiyalara çatmaması üçün məktəbin direktoru Mətanət Cabbarlıya geri qaytarılır. “Bir direktorun 22 ilə yaxın bir məktəbdə kök atıb oturması nədən xəbər verə bilər?”-deyə şikayət məktubunda bildirilir.

Daha sonra iddia olunur ki, məktəbə gələn və ya gələcəyi gözlənilən yoxlamalar barədə direktor əvvəlcədən məlumatlı olur və buna uyğun olaraq hazırlıq görür: “Məktəbdə boş yer olmadığı halda şagirdlərin elektron sistemdə əlaqəli şəxs vasitəsilə 500 manat müqabilində qəbul edilir. Şagirdlərin şəxsi işlərinə baxılır və valideynlərinin iş statusuna əsasən daim daha çox rüşvət verən müəllimlərin siniflərinə yerləşdirilməsi həyata keçirilir. Məsələn, 66 yaşında olan bir müəllimin bu qədər şagirdə effektiv dərs deməsi real görünmür. Yoxlama gələn zaman isə bu şagirdlər müvəqqəti olaraq digər siniflərə göndərilir. Elm və Təhsil Nazirliyi bu vəziyyəti sistem üzərindən asanlıqla yoxlaya bilər. Sistemdə manipulyasiya edərək, müəllimlərə "şagird gəlmir" deyə 19 və ya daha az sayda şagird göstərilir və buna əsasən ibtidai sinif müəllimlərinə siniflərin 1500-2000 manat müqabilində verilməsi həyata keçirilir. İbtidai siniflərdə dərsdən sonra hazırlığın keçirilməsinə görə müəllimlərdən şagirdə görə 20 manat alınır. Məktəbdə yığılan vəsait hesabına direktorun özü tərəfindən yaradılmış klublar, dərnəklər və kurslara, həmçinin digər şəxslərlə əlbir olaraq təşkil olunan idman zallarına şagirdlər məcburi şəkildə göndərilir. Sözügedən dərnəklər isə 3-cü şəxslərin adına rəsmiləşdirilərək fəaliyyət göstərir. Bunlara misal olaraq aşağıdakı qurumları göstərmək olar: Empati Education Center, Açar Xüsusi Qayğı Mərkəzi, Açar Tədris Mərkəzi, Empati Kid Center. Demək olar ki, hər il bütün yaş qrupları üzrə siniflərdə “venetka” (buraxılış albomu) çəkilir və hər şagirddən ödəniş alınmaqla yanaşı, şəkil çəkən şirkətdən də əlavə rüşvət tələb olunur. “Qırmızı Xaç” Cəmiyyəti adı altında məktəb müəllimləri və şagirdlərindən uşaq bezləri toplanaraq, sonradan direktorun nəzarətində olan şəxsi dərnəklərə daşınır. İbtidai sinifdən yuxarı sinfə keçid zamanı lisey bölməsinə daxil olmaq üçün nəticələri zəif olan şagirdlərin valideynlərindən 300–500 manat məbləğində ödəniş tələb edilir. İbtidai siniflərdə direktora daha yaxın olan (yəni daha çox “hörmət edən”) müəllimlər tərəfindən testlər hazırlanır. Daha sonra ümumi test imtahanı keçirilir və təbii olaraq, testi hazırlayan müəllimlərin şagirdləri daha yüksək nəticə göstərirlər. Bu prosesdən sonra zəif nəticə göstərən şagirdlərin müəllimlərinə müxtəlif formalarda təzyiq göstərilir. Nəticədə həmin müəllimlər bayramlar zamanı bu təzyiqlərdən qurtulmaq üçün direktora daha çox pul verməyə məcbur qalırlar. Yuxarı sinif şagirdlərinin hazırlıq kurslarına getmək səbəbilə dərs buraxmalarına görə valideynlərdən 1000–2000 manat arası ödəniş tələb olunur. Təxminən 100 şagirddən 40 nəfərinin bu ödənişi etdiyi nəzərə alınsa, ümumi məbləğ minimum 40,000 manat təşkil edir. Məktəbdə çalışan 100-ə yaxın müəllimdən bütün bayramlar və direktorun ad günü münasibətilə 150–300 manat arası məbləğdə pul toplanır (məbləğ müəllimin dərs saatı və hazırladığı şagirdlərin sayına görə dəyişir). Bu proses nəticəsində ildə təxminən 150,000 manat məbləğində vəsait toplanır (8 mart, Yeni il, direktorun ad günü, Müəllimlər Günü və s.). Yuxarı sinif müəllimlərinin aylıq dərs yükü 20 saat olduğu halda, əlavə dərs saatları üçün ödəniş tələb olunur - 2 əlavə saat üçün 500 manat, 4 saat üçün isə 1000 manat ödənilməsi tələb edilir. Direktorun ad günü yay aylarında olsa da, həmin tarix süni şəkildə may ayına keçirilir və bu bəhanə ilə əlavə hədiyyə və pul yığılır. 15 may 2025-ci il tarixində məktəbin kamerasına baxsanız biz müəllimlərin təbrik üçün əlində pul direktorun otağının qabağında dayandığı açıq aydın görəcəksiniz. Böyük və ya kiçik otaqların müəllimlər arasında pulla bölüşdürülməsi və otağın ölçüsünə görə tələb olunan məbləğ 500–1000 manat arasında dəyişir. Pensiya yaşına çatmış müəllimlərlə hər tədris ili üçün 2000–3000 manat qarşılığında müqavilələrin uzadılması həyata keçirilir. Bu praktika 2025–2026 tədris ilində də davam edir. Yay tətili zamanı müəllimlər üçün nəzərdə tutulan iş günlərində, müəllimlərdən hər gün üçün 10–20 manat arasında ödəniş yığılır və bunun qarşılığında onlar işə gəlmirlər. Məktəbdə şagirdlərə əlavə kitab, jurnal və gündəliyin satılması. Rüşvət və direktorun özbaşınalıqları səbəbindən məktəbdən bir neçə kişi müəllim işdən ayrılmışdır. Pul verməyən müəllimlərin iclaslarda təhqir edilməsi halları yayılmış bir haldır. Yay tətilinə görə təmir pulunun yenidən 150 manatdan yığıması 2025-2026-cı tədris ili üçün hazırda davam etməkdədir. Son zəng barəsində isə yazmağı məsləhət bilmədik, artıq hər şey məlumdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:410
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see530

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see273

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see264

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see255

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see246

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see244

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see244

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see236

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see228

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see226

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see222

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see215

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see214

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see212

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see206

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see200

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see200

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see199

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see193

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri