Icma.az
close
up
RU
65 il sonra ABŞ ordusunda ilk edam Tarix açıqlandı

65 il sonra ABŞ ordusunda ilk edam Tarix açıqlandı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusunda 65 ildən sonra ilk dəfə ölüm hökmünün icra ediləcəyi tarix açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən ABŞ ordusunun keçmiş mayoru Nidal Malik Həsənin edamına hazırlıq başlayıb. ABŞ Quru Qoşunları nazirinin müvəqqəti müavini Adam R. Tellinin açıqlamasına görə, Həsən dekabrın 3-də güllələnərək edam ediləcək. İnfazın 2009-cu ildə hücumun baş verdiyi Fort Hud hərbi bazasında həyata keçirilməsi planlaşdırılır.

Pentaqonun sözçüsü Şon Parnell ABŞ Prezidenti Donald Trampın Həsən barəsində çıxarılmış ölüm hökmünün icrasını təsdiqlədiyini açıqlayıb. Trampın təsdiqindən sonra edamın həyata keçirilməsi üçün rəsmi proses başladılıb. ABŞ ordusunda sonuncu dəfə ölüm hökmü 1961-ci ildə icra edilib. Dominos pizza

Həsənin edamı planlaşdırıldığı kimi həyata keçirilərsə, ABŞ ordusunda 65 ildən sonra ilk dəfə məhbus barəsində ölüm hökmü icra olunacaq. ABŞ ordusunda psixiatr kimi xidmət edən Həsən 5 noyabr 2009-cu ildə Fort Hud hərbi bazasındakı tibb mərkəzində atəş açıb.

Hücum nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Həsən məhkəmə zamanı hücumu özü törətdiyini etiraf edib. O, bunu Əfqanıstana göndəriləcək ABŞ əsgərlərinin müsəlmanları öldürməsinin qarşısını almaq məqsədilə etdiyini bildirib. Həsən 2013-cü ildə hərbi məhkəmənin qərarı ilə 13 nəfəri qəsdən öldürmək və 32 nəfəri qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilinib və ölüm hökmünə məhkum edilib.

ABŞ mediasında yayılan məlumatlara görə, Həsənin edam tarixi dekabrın 3-ü müəyyənləşdirilsə də, proses hələ tam yekunlaşmayıb.

Həsənin federal məhkəməyə müraciət edərək edamın dayandırılmasını tələb etmək hüququ var. Belə bir hüquqi proses ölüm hökmünün uzun müddət təxirə salınmasına səbəb ola bilər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri