70 milyon yaşı olan mükəmməl qorunmuş dinozavr yumurtası tapılıb
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentinalı arxeoloqlar təxminən 70 milyon il yaşında olduğu güman edilən dinozavr yumurtası tapıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ladbible" məlumat verib.
Qeyd olunur ki, yumurta, demək olar ki, mükəmməl vəziyyətdədir, qabığı zədələnməyib. Argentinalı paleontoloqlar bu heyrətamiz tapıntını oktyabrın 7-də canlı yayım zamanı aşkar ediblər. Mütəxəssislər qeyd ediblər ki, yumurta sanki yenicə qoyulmuş kimi yaxşı görünür.
Güman edilir ki, yumurta "Bonapartenykus" cinsindən olan, təbaşir dövrünün sonunda yaşamış ət yeyən teropoda məxsus ola bilər. Bu, kəşfi daha da heyrətamiz edir.
"Bu, tam və mütləq sürpriz idi. Potensial ət yeyən dinozavrların yumurtalarını, özü də belə vəziyyətdə tapmaq nadir hadisədir", - deyə Alim Qonsalo Munyos "National Geographic"ə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















