Icma.az
close
up
RU
8 avqust: Yeni mərhələ Azərbaycan üçün diplomatik və strateji dönüş

8 avqust: Yeni mərhələ Azərbaycan üçün diplomatik və strateji dönüş

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Cənubi Qafqaz regionunda “yeni dünya düzəni” üçün rəmzi bir dönüş nöqtəsi,  diplomatiya tariximizdə xüsusi bir hadisədir. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması,  regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu; bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Başqa tərzdə desək,Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə adımmlayır. Maraqlıdır ki, hər iki təqvim 8 rəqəmi ilə tarixə düşdü. Bu, cənab prezident İlham Əliyevin addım-addım apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsidir, bir də ilahi ədalətin bərpası.

Sülh müqaviləsinin paraflanması və növbəti mərhələlər 

Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT Baş Katibinə birgə müraciət edəcəklər. Ermənistan tərəfindən Konstitusiyada dəyişiklik edilməsi baxımından  “ev tapşırığı” öhdəliyinin qoyulması da sülhün realllaşması üçün şərtlərdən biridir.

Zəngəzur dəhlizi və onun yeni adı 

Görüşün diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə — Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. Mənbələrə görə, ABŞ-ın təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər. 

907-nin ləğvi  

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan  907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərəri “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi; bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər. 

Yeni əməkdaşlıq sahələri: enerji, nəqliyyat, ticarət, süni intellekt Ağ Ev bəyanatları və iki ölkənin yerli mənbələri göstərir ki, enerji (xüsusən tranzit və boru layihələri), nəqliyyat infrastrukturu, sərmayə axını və rəqəmsal transformasiya, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq üçün işçi qrupları yaradılacaq. Tərəflər arasında işçi qrupunun yaradılması üçün Anlaşma Memarandumu imzalandı Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır. 

Regionda geopolitik dəyişikliklər:  Vaşinqton sammiti geosiyasi mənzərədə də ciddi dalğalanmalar doğurur. Analitiklər qeyd edir ki, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş bu razılaşma Rusiya üçün regiondakı ənənəvi təsir imkanlarını məhdudlaşdıra bilər; paralel olaraq, İranın da bu yeni düzəndə maraqları  və reaksiyaları olacaq. Bu, Cənubi Qafqazda balansın dəyişməsinə, yeni çoxsahəli əməkdaşlıq xətlərinin formalaşmasına uyğun zəmin yaradır. 

Vaşinqton mərasimi beynəlxalq medianın diqqət mərkəzində oldu və ciddi ictimai rezonans doğurdu. AP, Reuters, CBS, FT və digər aparıcı nəşrlər tədbiri geniş işıqlandırdılar; bununla yanaşı, bəzi Qərb və regional şərhçilər bu razılaşmanın uzunmüddətli reallaşması üçün hələ də bir sıra praktiki maneələrin (Konstitusiyaya daxil ediləcək dəyişikliklər, sərhəd delimitasiyası, insan hüquqları məsələləri və s.) qalmasını vurğulayırlar. Əlbəttə, bu tarixi hadisə hamının maraq dairəsində ola bilməz. Təbii olaraq proseslərə müxtəlif don geyindirənlər də olacaq və qəbul etməyənlər də. Ancaq unutmayaq ki, regiona gələn yeni düzən artıq yola düşüb və geriyə yox, irəliyə addımlayır. 

Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh və təhlükəsizlik baxımından ABŞ-ın rolunu xüsusi qeyd edir, Donald Trampın sülhyaratma səylərinə görə  Nobel mükafatı namizədliyi məsələsini də irəli sürdülər. 

Azərbaycan üçün strateji qazanc və perspektivlər 8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi qiymətləndirilə bilər. Bu mərhələ Beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır.

İqtisadi əməkdaşlıq üçün yeni kanallar açır: investisiyalar, nəqliyyat marşrutları, enerji və rəqəmsal texnologiyalarda birgə layihələr. 

Geosiyasətdə ABŞ-ın regiondakı təsirinin artması ilə birlikdə, mövcud güc balanslarında dəyişikliklərə gətirib çıxara biləcək proseslər də gözlənilir. 

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri