Icma.az
close
up
RU
8 min manata satdım Qazprom un rəhbərinin evindən qızıl saatlar oğurlayanın CİNAYƏT İŞİ

8 min manata satdım Qazprom un rəhbərinin evindən qızıl saatlar oğurlayanın CİNAYƏT İŞİ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 19 il "Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri işləmiş Həsənov Akif Şahəli oğlu tanınıb.  

İclasda təqsirləndirilən şəxs Əkbər Bəşirlinin ifadəsi elan olunub.

Baş vermiş cinayət hadisəsində  özünü qismən təqsirli bilən Əkbər Bəşirli Akif Həsənovun bağ evinə bağban kimi işə düzəldiyini bildirib: 

"2019-cu ilin oktyabrın 24-də Akif müəllimin dostunun vasitəsilə ilə onun bağına bağban kimi düzəltmişəm. İlk olaraq bağban kimi 500-600 manat maaş verirdi, axırlarda isə maaşımı 900 manata qaldırmışdı. 2020-ci ildə 44 günlük müharibə başlayanda 2-3 aylıq müharibəyə getdim.  2024-cu ilin mart ayında Akif müəllim xaricdən evinə gəldi. Sonra evin təmizliyinə fikir ver deyib dostları ilə məclisə getdi. Bir də gördük bağ evində partlayış baş verdi, ev yandı. Akif müəllimin dostu Arif müəllim qonşuluqda idi, o gəldi. Sonra qaynar xətt olan "101"ə zəng elədim. Evdə uşaqlarım partlayışdan qorxduğundan qayınatam gəldi onları apardı. Sonra yanğınsöndürənlər gəldi. Cinayət törətməyimlə bağlı özümü qismən təqsirli bilirəm, 2 il qabaq noyabr ayında evdə olan saatları lazımsız bilib Laçın Ticarət Mərkəzində satmışam. O saatları Akif müəllim qutuda vermişdi atmağa, içində radio da var idi. Dedi radionu işlət, amma saatları soruşmadım, remenləri köhnə idi. Noyabr ayında Laçın ticarət mərkəzində Habil adlı qızıl işinə baxanla tanış oldum, o dedi qızılı lom qiymətinə alıram. Dedim məndə qədimi saatlar var, gətirdim göstərdim. Habil saatlara baxıb dedi ki, bəzi hissələri qızıldır, ikisinə 4300 manat pul verdi. Bundan başqa yanvar ayında Akif  müəllimin oğlu Qüdrətlə bağda nar ağacı əkirdik, Qüdrət dedi mənim ağac əkmək videomu çək. Mən də çəkdim. Üstündən bir müddət sonra qazonun içində bir saat tapdım, heç ağlıma gəlmədi ki saat Qüdrətin olar. 10-15 gün işlətdim, sonra saat əlimdən düşdü, ekranı sındı. Apardım Habilin yanına, dedi bu qızıldandır. Daha qaytarmadım, ona saatı 8 min manata satdım. Yanğın baş verəndən sonra əməliyyatçılar aparıb izahatımı aldılar, dedilər yanğını sən törətmisən. Evdən də 3 saat oğurlamısan".

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Hadisə ötən ilin aprelində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, Əkbər Bəşirli bağban işlədiyi "Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Akif Həsənovun evindən ümumi dəyəri 450 manat olan - bahalı saatlar, qızıllar və pulları oğurlayıb. O, izi itirmək üçün isə bağ evini yandırıb. Belə olan halda isə qiyməti olmayan rəsm əsərləri də yanıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Yanvar 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri