Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

80 faizə möhtac Aytac Sahəd yazır

80 faizə möhtac Aytac Sahəd yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aytac SAHƏD

"Savadlı musiqiyə xidmət edən insanlar müasir bəstəkar mahnılarını oxuyan müğənnilər kimi yaxşı yaşaya bilmirlər. Həmin ifaçılar düşünür ki, mən həyata bir dəfə gəlmişəm, yaxşı yaşamaq haqqımdır. İstəyirəm gözəl evim, maşınım olsun. Reallıq budur ki, bu gün bizim aldığımız məvacib onlar qazandığı qədər deyil. Mən öz istiqamətimdə davam edib ucuz yeməyə razı ola bilərəm, bu, mənim şəxsi işimdir. Ancaq əksini düşünənləri də qınamıram.

Mən vətənpərvər insanam. Torpağımı, xalqımı, mədəniyyətimi sevirəm. Xalqıma canım fəda olsun. Ancaq deməliyəm ki, qədim dövrdən mənim xalqımın 80 faizi orta məktəb oxumaq istəməyib. Təhsil insanın intellektini artırır, zövqünü formalaşdırır. Əgər bizim xalqımızın 80 faizi zövqlü musiqiyə qulaq assaydı, bu gün həyatını toy musiqisinə həsr edən müğənnilərin 80 faizi pul qazanmaq üçün savadlı musiqiyə üz tutardı".

Bu fikirlər Əməkdar artist Teymur Əmrahın müsahibəsindəndir. Son günlərdə müğənninin sözügedən çıxışı müzakirələrə səbəb olmaqla yanaşı, çoxlarını xeyli təəccübləndirdi. Kimi onu sifarişli danışmaqda günahlandırdı, kimi də musiqiçiyə, pedaqoqa yaraşmayan mövqeyində. İllərdir ki, klassik musiqimizin təbliği istiqamətində çalışan, çıxışlarında bayağı musiqini tez-tez tənqid edən, öz üslubuna daim sadiq qalan əməkdar artistin bu cür fikirlər səsləndirməsi xeyli suallar yaratdı.

Nə qədər təəccüblənsəm də, bu fikirlərlə vergülünə qədər razıyam. Teymur Əmrahın bu sözləri müasir musiqimizin hazırkı durumu ilə bağlı dəqiq təsbitdir. Əslində, o, yeni bir şey demir. Hamısı bildiyimiz reallıqlardır. Ancaq biz bu həqiqətləri çox vaxt fərqli mövqelərdəki şəxslərin dilindən özlərinə sərf edən üslubda eşidirik. Məsələn, bayağı musiqi ifaçılarını qınayanlar çoxluğun bunu tələb etdiyini unudurlar. Çoxluğun tələbini xatırladanlar isə niyə belə olduğunu tutarlı arqumentlərlə əsaslandıra bilmirlər. Teymur Əmrah isə qınağı bir tərəfə qoyub səbəbi xatırladır.

Problemin kökündə təhsil və ya təhsillə bağlı çatışmazlıqlar dayanır. Ümumi təhsil səviyyəsini bir kənara qoyub, fərdin musiqi savadının önəmindən çıxış etsək, problemin mahiyyətini daha aydın görmüş olarıq. Heç olmasa, orta məktəb səviyyəsində normal musiqi bilgisi olan, notu notdan seçə bilən, dünya musiqisindən beş-on bəstəkar tanıyan adam ola bilməz ki, bayağı musiqi ilə əsl sənətin fərqini anlamasın. Bu fərqi bilən şəxsin seçimi də çox güman keyfiyyətdən yana olacaq. Düzdür, sırf musiqidən danışırıqsa, seçimlərdə əhval faktorunun təsirini unutmamalıyıq. Ola bilər ki, konservatoriya məzunu əri ilə dalaşanda hansısa bayağı ifaçının ağlaşmasına qulaq assın, yaxud da toyda həmin müğənninin "rakıdı-çıko" mahnısına əl qaldırıb oynasın. Söhbət sənətdən gedirsə, belə seçimlər istisna edilmir, nəticə etibarilə burada söz sahibi konkret faktlar yox, ruhun ehtiyacıdır.

İncəsənətin digər sahələrində də analoji hal müşahidə olunur. Hər il bir neçə bayağı komediya filminin premyerası keçirilir. Ciddi sənət nümunələri haqqında isə eyni şeyi demək mümkün deyil. Hətta dəfələrlə rejissorun borc-xərc pul tapıb çəkdiyi qeyri-komediya filmlərinin uğursuz kinoteatr həyatını ürək ağrısı ilə izləmişik.

Son dövrlərdə kino sahəsində az da olsa, inkişaf gözə çarpır. Artıq komediyadan savayı, digər janrlarda çəkilən yerli filmlər də tamaşaçı toplaya bilir. Amma təəssüf ki, belə nümunələrin sayı hələ ki azdır.

Ədəbiyyatda isə vəziyyət daha acınacaqlıdır. Bu yaxınlarda yazıçı Elxan Elatlının müsahibəsində maddi durumundan gileylənməsi, çoxumuzu ən azı Teymur Əmrahın çıxışı qədər təəccübləndirdi. Ölkənin ən tanınmış imzalarından olan yazıçı kitab satışından əldə etdiyi pulla dolana bilmədiyini deyir: "Çalışıram mənə qarşı tənqidləri eşitməyim, çünki cavab versəm, o cavaba da bir cavab gələcək, məsələ uzanacaq. Mənim buna vaxtım yoxdur. Mən altı aya, yeddi aya bir roman yazmalıyam. Açıq deyəcəyəm, roman üçün aldığım məbləğ elə mənə altı-yeddi ay bəs edir. Ola bilsin, bu, keyfiyyətə də təsir edir, amma başqa çarə yoxdur.

Artıq on ildən çoxdur heç yerdə işləmirəm, çörəyim ancaq yazmaqdan çıxır. Çətinliklə dolanıram. Bakıya gəlməyimdən 23 ili keçib, hələ də kirayədə qalıram".

Təsəvvür edin, bunu digər janrlara nəzərən daha təlabatlı dedektiv janrda yazan ədəbiyyat adamı deyir. Əgər bizim ən çox kitabı satılan yazıçımız belə deyirsə, digərlərinin vəziyyətini təxmin etmək heç də çətin olmaz.

Elxan Elatlı məlum müsahibəsində oxucu sayından daha çox, kitab industriyasındakı boşluqlara toxunur. Bu da öz növbəsində kitab sənayesindəki problemləri xatırladır. Düzgün qurulmayan iqtisadi münasibətlər birbaşa olaraq kitab satışına təsir göstərir, nəticədə isə itirən yazıçı olur.

Elxan Elatlının əsərlərinin oxucusu olmasam da, məlum müsahibə məni çox üzdü. Deməli, sadalanan problemlərin həlli istiqamətində günü sabah müvafiq addımlar atılsa belə (əgər atılsa), yaxın illərdə uğurlu nəticə gözləmək mənasızdır. Bu isə çətinliklərə məhkum neçə-neçə yazıçı deməkdir.

Yaradıcılıq sferasındakı məlum problemin bir çox səbəbi olsa da, iki faktoru xüsusilə fərqləndirə bilərik. Biri çoxluğun əsl sənət əsərini qiymətləndirmək üçün yetəri biliklərə sahib olmaması, digəri isə kütlə ilə yaradıcı şəxs arasındakı kanalların səmərəsiz fəaliyyətidir.

Fikrimcə, birinci məsələni zaman özü yerbəyer edəcək. Müasir gənclik dünya incəsənətindən xəbərdardır. Yeni nəsillər informasiyanın bol olduğu dövrdə yetişir və əlbəttə, mövcud resursların yaratdığı şərait onların zövqünü də yaxşı yöndə formalaşdıracaq. Ancaq elitar sənətin kəmiyyət etibarilə kütləviliyə uduzması dövrün, yaxud da toplumun problemi deyil, əsrlər boyu mövcud olan qanunauyğunluqdur. Məsələ bu iki istiqamət arasındakı fərqin kəskin olmamasıdır.

İkinci problem isə daha çox iqtisadi xarakter daşıyır. Burada birincidən fərqli olaraq hadisələrin gedişatını təkcə zamanın öhdəsinə buraxmaq olmaz. Yaradıcılıq institutları püxtələşməli, lazımi mexanizm qurularaq işlək vəziyyətə gətirilməlidir.

İstənilən halda mövcud problemlərin həlli üçün müəyyən müddət lazımdır. Söhbət ən azı on ildən gedir. illəri yaşamaq isə təəssüf ki, bizim nəslin payına düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri