Icma.az
close
up
RU
Son görüşə gedilməli... Aytac Sahəd yazır

Son görüşə gedilməli... Aytac Sahəd yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aytac SAHƏD

Sevgilisi rəfiqəmi atıb. Bir gün eləcə yoxa çıxıb. Xəbərsiz... Nə "sağ ol" deyib, nə də niyə getdiyini.

Məlum məsələdir, rəfiqəmin halı yaxşı deyil. Onu ən çox incidən isə neçə il davam edən münasibətə xatir söylənməyən bir əlvidadır.

Sən demə, baş tutmayan son görüş insanı bu qədər yaralaya bilərmiş. Rəfiqəmin halını görəndə Yusif Səmədoğlunun "Soyuq daş"ını xatırladım. Ayrılığın nə demək olduğunu ilk dəfə məhz o əhvalatın ağrısında dərk eləmişdim.

Səmədoğlu bu hekayədə nə vaxtsa bir-birini sevən iki gəncin son görüşündən danışır. Deməli, ayrılmaq istəyən qız niyyətini oğlana deməkdən çəkinir. Oğlan da özünü o yerə qoymur, hələ də ümidlidir:

"... - Niyə oturmusan? - deyə oğlan təzə papiros çıxarıb yandırır. Kibritin zəif işığı altında daş bircə anlığa parıldayır. Sanki bu soyuq parıltı oğlandan soruşur ki, qızın yeri niyə boşdur? Oğlan qıza baxır. - Gəl əyləş.

Qız cavab verir:

- Daş soyuqdur.

Oğlan fikirləşir ki, əvvələr qız saatlarla daşın üstündə oturub başını onun çiyninə söykərdi. Deyərdi ki, bu, bizim daşımızdır".

Oğlan anlamır nə baş verdiyini. Uzun söhbətdən sonra yenidən qıza oturmaq təklif edəndə qız yenə eyni şeyi deyir daş soyuqdur.

"Oğlan yalnız indi hiss edir ki, doğrudan da, daş soyuqdur. Bu soyuqluqdan onun bədəni od tutub yanır".

İmtina edilməyin ağrısını necə də gözəl təsvir edir Səmədoğlu.

Hərə o daşın soyuğunu bir cür hiss edir. Əvvəlcə üşüyürsən, yaralarının yerini tanıyırsan, ağrıyırsan və gec-tez sağalırsan. Bunun üçün isə əvvəlcə o yaranı deşəcək cəsarəti özündə tapmalısan. O daşda oturmasan belə, son görüşə getməyi bacarmalısan, məsələn.

Son görüş... Məlum məsələdir, ilki qədər gözəl olmur sonuncusu.

Deyir, bu dövrün insanı bəzən əziyyət çəkib "Sağ ol" da demir. Yazmır, zəng etmir və beləcə bitir hər şey...

Halbuki son görüşlər sevginin son imtahanı, hisslərin yekun hesabatıdır. Nə vaxtsa sevgi adı verilən münasibətlər gözəl vidalara layiqdir. Ən azı yaşananların xətrinə.

Son görüşə getmək lazımdır, həm də son olduğunu bilə-bilə.

Niyə alınmadı?

Mütləq ki, ayrılıqdan sonra bu sualı bir dəfə də olsa, özünüzə vermisiniz. Hərənin öz arşını ilə ölçdüyü doğruları cavab olub, yaxud da təsəlli. Ancaq bitən iki nəfərin hekayəsidirsə, deməli, bu sualın cavabı da bir tərəfdə ola bilməz.

Deyirlər, münasibətdə təkcə qarşısındakını yox, həm də özünü tanıyırsan. Çünki insanın şəxsinə aid təsəvvürləri həmişə doğru olmur. Bəzi şeylər yalnız təcrübənin işığında üzə çıxır.

Yanlış təcrübələr isə bizim özümüzə dair düşüncələrimizə yön verir. Xüsusilə də, insan münasibətlərindən söhbət gedirsə, ikiqat diqqətli olmaq lazımdır. Bitirdiyimiz münasibətlər təkcə gözəl xatirələrlə yadda qalmır, bizi yaralayan hadisələr də sınağımız olur. Yaşadıqlarımızı düzgün qiymətləndirmək vacibdir. Söhbət hisslərdən gedirsə, bu, bir qədər çətin məsələdir. Ancaq yenə də ediləsi nəsə var. Məndə nə çatmırdı sualını cəsarətlə verib, qarşındakına onda nəyin çatmadığını izah edəcək qədər ürəkli olmaq lazımdır.

Nə qədər ağrılı olsa da, bu haqq-hesab təkbaşına cavab axtarmaqdan daha yaxşıdır.

Arxasında neçə-neçə cavabsız sual qoyub gedənlər... Onlar daha çox incidir axı.

Əlavə şərhə ehtiyacı olmayan ayrılıqlar da var. Heç bir səbəb yoxdur, sadəcə bir gün anlayırsan ki, yanındakı adam o adam deyil, qarşındakı da bunu anlayır, beləcə yolları ayırırsınız. Bu cür vidalar çox yaralamır adamı...

Ən çətini isə sevginin bitmədiyi münasibətləri bitirməkdir. Marsel deyir ki, iki insan ayrılanda hansı tərəf daha şəfqətli danışırsa, deməli, ən az o sevib.

Həqiqət payı böyükdür. Çünki kim sevirsə, ayrılarkən ağrıyır, ağrıdığı qədər də ağrıtmaq istəyir. Ancaq olsun. Bunun özü də bir təsəllidir. Son sözü mütləq demək lazımdır, əks halda sözə çevrilməyən ağrılar daş olub asılır adamın boynundan.

Deyiləsi söz qalmayıbsa, yenə də son görüşə gedilməli. Sadəcə gözəl xatırlanmaq üçün, gözəl xatırlamaq üçün.

Ramiz Rövşən deyir, axı:

"Bu gün ayrılırıq" deyib gəlmişdin

Bəs niyə mənimlə son ayrılığa

Ən gözəl donunu geyib gəlmişdin?

Bəs niyə o cürə gözəldin onda?

İndi bunu necə yozum, bilmirəm.

Bəlkə də son dəfə mənim yadımda

Gözəl qalmaq idi arzun, bilmirəm.

Nakam sevgilərin bütün günahları əlvidaların ayağına yazılmasa kaş.

Bəlkə rəfiqəm son görüşə getsəydi, o daşın soyuğu onu da üşüdəcəkdi. Bəlkə də əlvidanı elə özü deyəcəkdi. İstənilən halda indiki kimi ağrıda bilməzdi onu heç nə. Qəlb azmış kimi, qürur da qırılanda ağrısına dözmək olmur. Nə vaxtsa bir-birinə "sevirəm" deyən adamlar "sağ ol" kəlməsini niyə çox görür? Axı ayrılmağın da bir mədəniyyəti var. Son görüşə mütləq gedilməli, heç deyilsə, ilk görüşün xatrinə...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri