Icma.az
close
up
RU
9 mart imtahanı 15 dən çətin olub? Belə getsə, DS plan yerləri boş qalacaq

9 mart imtahanı 15 dən çətin olub? Belə getsə, DS plan yerləri boş qalacaq

Lent az saytına istinadən Icma.az xəbər verir.

Martın 9-da keçirilən buraxılış imtahanının səs-sədası bir həftə müzakirə mövzusu oldu. Lakin dünənki imtahanla bağlı heç də o qədər mübahisəli fikirlər səslənmədi. Hətta iddia olundu ki, 9-da keçirilən imtahan 15-dəki ilə müqayisədə çox çətin olub. 9-u imtahan verənlər dünənki suallara baxdıqdan sonra özlərinə qarşı haqsızlıq olduğunu söyləyirlər.

Görəsən, imtahanların səviyyəsində həqiqətən də fərq olubmu? Dünənki imtahan 9-u ilə müqayisədə asan idimi?

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, hər il buraxılış imtahanları müxtəlif tarixlərdə keçirilsə də, Dövlət İmtahan Mərkəzi onların çətinlik səviyyəsini eyni saxlamağa səy göstərir:

“İllərdir müşahidə edirik, DİM müxtəlif zonalardakə imtahanların səviyyəsini təxminən eyni saxlayır. Düzdür, hərdən “filan tarixdəki imtahan daha asan, digəri çətin idi” kimi mübahisəli fikirlər səsləndirilir. Bu kimi müzakirlərin olması da gözləniləndir, çünki eyni imtahanın fərqli tarixlərdə keçirilməsi narazılıq yaradan başlıca səbəbdir. Ona görə də DİM buraxılış imtahanlarını 1 gün ərzində keçirməlidir. Bu qurum sahə üzrə ixtisaslaşıb, müəyyən təcrübələrə malikdir. Onlar istəyərsə, imtahanları 1 gündə keçirib, yekunlaşdıra bilərlər.

Əvvəlki illərdə imtahanlar 3 zona üzrə bölünürdü, indi 2 zonaya ayrılıb. Hesab edirəm ki, növbəti ildən etibarən ölkə üzrə eyni gündə imtahanın keçirilməsi mümkün olar. Burada maliyyə vəsaiti fərqi də yoxdur”.

Ekspert bildirib ki, imtahanın eyni gündə keçirilməsinin ən çətin tərəfi nəzarətçilərin və marker müəllimlərin say çatışmazlığı ilə bağlıdır:

“Eyni gündə keçirilən buraxılış imtahanında obyektivlik tam bərqərar olacaq. Belə olduqda, 9-da imtahan verənlər 15-nə asan, yaxud 15-i imtahandan keçənlər 9-da verilən sualların çətinliyindən danışa bilməyəcəklər.

Ümumi analizlərə baxsaq deyə bilərik ki, martın 9-da keçirilmiş buraxılış imtahanında Azərbaycan dili sualları çox çətin, riyaziyyat orta çətin, ingilis dili isə bir qədər çətin olub. Martın 15-də keçirilən imtahanda riyaziyyatın çətin olduğu söylənilir. Azərbaycan dili ortadan çətinə doğru, ingilis dili isə asan şəkildə təqdim edilir. Məhz bu analizlərdən dolayı buraxılış imtahanının eyni gündə keçirilməsi ədalətlilik prinsipi, sosial bərabərlik formalaşdıracaq.

İmtahanın ümumi çətinliyi gözlənilən idi. 9-u imtahanın ümumiyyətlə çətin olub, 15-i asan olması böyük narazılıq yaradardı. Əgər imtahanın çətinliyi nəticələr açıqlanandan sonra da statistikalarda öz əksini taparsa, bu artıq “SOS”  xəbərdarlığı ola bilər, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında ciddi problem yarana bilər. Bununla yanaşı blok imtahanları da əvvəlki illərdəki ağırlıqda keçərsə, həqiqətən də ciddi problemlər formalaşa bilər, hətta dövlət tərəfindən ayrılmış plan yerlərin dolmamasına da gətirib, çıxara bilər.

Hesab edirəm ki, statistika açıqlandıqdan sonra bu barədə dəqiq danışmaq olar. Lakin ilkin mərhələdə onu deyə bilərik ki, blok imtahanları sadələşdirilməlidir. Sadələşdirilmədiyi təqdirdə DS plan yerləri tam dolmayacaq.

DİM əməkdaşları bildirirlər ki, buraxılış imtahanı çətin deyil deyirlər, amma bütün xalq, ictimaiyyət, müəllimlər, abituriyentlər son iki ildəki ən çətin imtahanın bu il olduğunu söyləyirlər. 2024-cü ildə buraxılış imtahanında maksimum - 300 bal toplayanların sayı 55, ötən il 45 nəfər olmuşdu. Mən hesab edirəm ki, bu il bu, yarıdan da aşağı olacaq. Kimin yanıldığını isə nəticələrdən sonra biləcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri