Icma.az
close
up
RU
9 MAY PARADI: TERROR TƏHLÜKƏSİ VƏ ZELENSKİNİN HƏDƏSİ... Xarici liderlər qonaq, yoxsa “canlı qalxan” olacaq?

9 MAY PARADI: TERROR TƏHLÜKƏSİ VƏ ZELENSKİNİN HƏDƏSİ... Xarici liderlər qonaq, yoxsa “canlı qalxan” olacaq?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Moskvadakı paradı “qanuni hədəf” sayır

“İndi onlar (Rusiya) hərbi paradı keçirə bilməyəcəklərinə görə narahat olurlar, düz edib narahat olurlar... Onlar müharibəni bitirməlidirlər!”

Moskvanın birbaşa hədə-qorxu kimi qəbul etdiyi bu sözləri iki gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski 9 may paradı barədə danışarkən deyib. Ukrayna Ali Radasının keçmiş deputatı İqor Lapin isə deyib ki, Moskvadakı Qırmızı Meydan və orada keçirilən hərbi parad Ukrayna ordusu üçün “qanuni hədəfdir” və Ukraynada bunu deyən təkcə Lapin deyil. Onu da əlavə edək ki, Ukrayna tərəfi Putinin 9 mayla bağlı bəyan etdiyi saxta atəşkəsdən imtina edib...

Rusiya XİN sözçüsü Mariya Zaxarova Kremlin Zelenskinin bəyanatından ciddi narahatçılıq keçirdiyini etiraf edib. O deyib ki, guya Zelenski və komandası münaqişənin sülh yolu ilə həlli səylərinə zərbə vurur və Kiyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum planları var: "Bankovaya(Zelenski nəzərdə tutulur – Bankovaya Kiyevdə hakimiyyət binalarının yerləşdiyi küçədir) canlı efirdə sözün əsl mənasında terror aktları planlaşdırarkən Kiyev rejimi tərəfindən hansı "atəşkəsdən" danışmaq olar?" O qeyd edib ki, Ukrayna lideri özünü “klassik terrorçu” kimi aparır və onun Rusiya paytaxtına zərbə endirməklə hədələməsi sülh səylərinə zərbədir.

Ardınca Putinin sözçüsü Dmitri Peskov Zelenskinin hədəsini “uğursuz” adlandırıb və paradın istənilən halda keçiriləcəyini bəyan edib.

Əksər hərbi ekspertlər Zelenskinin hədəsini və Kremlin narahatlığını heç də boş və əsassız hesab etmirlər. Birincisi, Ukrayna tərəfi dəfələrlə özünün ağır PUA-ları ilə Moskva və onun ətrafına, hətta ondan daha uzaqlara, dərinlərə vura bildiyini göstərib. Həmçinin, Ukraynanın aktivində uzaq mənzilli raketlər də olduğu barədə məlumatlar var. Bu sıraya “Lyutıy” PUA-sı, “Polyanitsa” raket-PUA-sı və digərlərini aid etmək olar. Həmçinin, Ukraynanın modernləşdirilmiş və 1000 kilometrə qədər məsafəni vura bildiyi iddia edilən “Neptun” raketi var. Bu raketin artıq döyüş şəraitində sınaqdan keçirildiyi, Rusiya ərazisindəki hərbi hədəfləri uğurla vurduğu deyilir. Yəni, hərbi mütəxəssislərin də qeyd etdiyi kimi, Ukraynanın Moskvanı, onun mərkəzini, hərbi paradı vurmaq üçün texniki imkanları var və Rusiya Hava Hücumundan Müdafiə sistemi dəfələrlə “dəliklərinin” olduğunu göstərib, Ukrayna PUA-ları və raketləri tez-tez bu səddi asanlıqla aşa bilib. Unutmayaq ki, hələ 2023-cü ildə Ukrayna PUA-sı Kremlin gümbəzinə qədər çatmışdı... Digər yandan, Ukrayna kəşfiyyatı Rusiya ərazisində asanlıqla hay-küylü əməliyyatlar həyata keçirə bilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son aylarda Ukrayna Moskvada Rusiyanın iki yüksək vəzifəli hərbi generalını partladıb. Hələ Rusiya hərbi obyektlərinə və Kremlə yaxın ayrı-ayrı tanınmış şəxslərə, ideoloqlara və s. edilən hücumları demirik. Bir sözlə, Ukrayna texniki olaraq həm birbaşa hava zərbələri, həm də kəşfiyyatın diversiya hərəkətləri sayəsində 9 may paradı üçün ciddi təhlükə yaratmaq imkanındadır. Üstəgəl, Rusiya hava məkanının nə qədər təhlükəli olduğunu və Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bunu öz üzərində hiss etdiyini də unutmayaq...

Doğrudur, xüsusilə də xarici qonaqların, ölkə başçılarının paradda iştirakı perspektivi nəzərə alınmaqla, bu cür hücumlar Ukrayna üçün siyasi baxımdan mübahisəli və təhlükəli sayıla bilər. Buna görə də Kiyevin ilk növbədə bu hücumla bağlı siyasi qərar verib-verməyəcəyi mübahisəlidir. Ancaq Ukraynanın dinc şəhərlərinin hər gün raket və PUA zərbələrinə məruz qaldığını, çoxlu sayda günahsız insanların qətl edildiyini nəzərə alsaq, Kiyevin rus hərbi texnikasının, raketlərinin, tanklarının və hərbçilərinin iştirak etydiyi paradı “qanuni hədəf” saymasında qeyri-adi nəsə görünmür. Unutmayaq ki, Rusiya tərəfi Ukraynanın hansısa dinc şəhərində az qala üç hərbçinin bir yerə toplaşdığı barədə məlumat alan kimi, oranı “İsgəndər” raketi ilə vuran və nəticədə hərbçilərlə bərabər saysız-hesabsız dinc sakini qətl edən bir ölkədir... Qeyd edək ki, paradda Kremlin təkidlə dəvət etdiyi bir neçə ölkə başçısının iştirak edəcəyi gözlənilir ki, onların arasında Çin, Braziliya və Belarus liderləri ilə yanaşı Azərbaycan və Ermənistan rəhbərlərinin də iştirak edəcəyi barədə məlumatlar var. Bu məlumatlar əsasən Kremldən qaynaqlanır. Ancaq Azərbaycan tərəfinin bu barədə rəsmi açıqlamasına hələ ki, rast gəlinmir...

Bu arada qeyd edək ki, Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarov bir neçə gün əvvəl paylaşım edərək, Kremlin parada dəvət etdiyi xarici ölkə başçılarından “canlı qalxan” kimi istifadə etdiyinə işarə vurmuşdu: “Mülki təyyarəmizin faciəvi itkisi hərbi əməliyyatların çoxlu sayda günahsız insanın ölümünə səbəb ola biləcəyinə bir nümunədir... Hesab edirəm ki, atəşkəs razılaşması olmadan belə miqyaslı tədbirlərin təşkili və xarici qonaqların dəvət edilməsi mahiyyətcə onlardan öz təbliğat kampaniyası üçün “canlı qalxan” yaratmaq cəhdidir”. Doğrudan da, Putinin 9 may atəşkəsi elan etməsi və xarici ölkə başçılarını təkidlə parada çağırması bir yandan onun bu tədbirin təhlükəsizliyi ilə bağlı narahatlığından, digər yandan qonaqlardan “canlı qalxan” kimi istifadə cəhdindən irəli gəldiyini düşünmək olar...

Yeri gəlmişkən, mayın 7-də İsrailin Baş naziri B.Netanyahunun, bundan bir neçə gün sonra isə Türkiyə Prezidenti R.T. Ərdoğanın Bakıya səfər edəcəyi barədə məlumatlar var. Təbii ki, Azərbaycan üçün bu səfərlər daha əhəmiyyətlidir, nəinki işğalçı Rusiyanın başçısının rəhbərlik edəcəyi hərbi parad. Buna baxmayaraq, Azərbaycanın indiki beynəlxalq şərtlər daxilində nə qədər, belə demək mümkünsə, elastik xarici siyasət aparmaq məcburiyyətində olduğunu da unutmayaq... 

Nəhayət, 9 may paradının bir də tarixi və mənəvi tərəfi var. Xatırladaq ki, 9 may günü SSRİ-nin süqutu ərəfəsinə aid vaxtlarda hərbi parad formasında qeyd edilməyə başlayıb. Onu daha çox çürümüş Qorbaçov-Yeltsin dövrünün “məhsulu” hesab etmək olar. Həmin illərə qədər 9 may daha çox anım günü kimi qeyd olunub. Sonradan SSRİ-ni ayaq üstə saxlamaq üçün təbliğat-təşviqat vasitəsinə çevrilən 9 may hərbi paradı Putinin dövründə daha da təmtəraqlı şəkildə keçirilməyə başladı və əslində, Rusiyanın imperiya simviollarına xidmət edən tədbir sifəti aldı.

Rusiya bu qələbəni “özəlləşdirdi”, necə ki, keçmiş SSRİ xalqlarının birgə əldə etdiyi bir çox nailiyyətləri “özəlləşdirib”. Hansı ki, məntiqlə SSRİ artıq yoxdursa, 9 may hərbi paradı da bu formada, yəni, hamının adından tək işğalçı Rusiyanın timsalında keçirilməməlidir...

Bu gün Rusiyanın neft-qaz sənayesindən hərbi sənayesinə qədər bütün sahələrinin təməlini keçmiş SSRİ xalqları qoyub, bütün bunlar həmin xalqların əsəridir. Hətta Kremlin məsuliyyətsizliklə bütün dünyanı hədələdiyi və güvəndiyi nüvə silahı da SSRİ-dən qalıb. Bunların əvəzində isə həmin xalqlar indiki Rusiyadan özlərinə qarşı yalnız nankorluq, saymazlıq, şovinizm, imperiyaçılıq, təhqir və təhdid görürlər...

Hitler Almaniyası üzərində qələbə Rusiyanın yox, bütün keçmiş SSRİ xalqlarının qələbəsi olub. Ancaq bu gün Putin Rusiyası bu qələbədə misilsiz payı olan, Azərbaycan da daxil omaqla, Qafqaz xalqlarının, Orta Asiya respublikalarının nümayəndələrinə “3-cü sort” insanlar kimi yanaşır. Həmin müharibədə canından keçmiş kişilərin nəvələrini bu gün Rusiya şəhərlərində təhqir, təhdid edir, onlara qarşı vəhşicəsinə reydlər keçirir, üzü, dizi üstə süründürür, bu videoları paylaşır, sonra da həmin vəhşiliklərə rəsmi səviyyədə haqq qazandırırlar. Bütün bunlardan sonra utanmadan həmin xalqların, ölkələrin başçılarını da Qələbə paradına çağırırlar...

Hələ İkinci Dünya müharibəsində ən böyük itkilər vermiş, Moskvadan, ruslardan öncə özünü canlı qalxan etmiş Ukraynanı və ukraynalıları demirik. 9 may paradı keçirən Rusiya həmin paradda göstərəcəyi silahları sabahısı gün, ya da elə həmin gün ukraynalıların başına yağdıracaq...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri