Icma.az
close
up
RU
902 “qaynar xətti” zəngləri götürmədən haqq tutur

902 “qaynar xətti” zəngləri götürmədən haqq tutur

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Çağrı mərkəzləri pullu xidmət göstərir?

Yol polisinin yanlış cərimə tətbiq etməsindən 902 çağrı mərkəzinə zəngə cavab olaraq “xəttin məşğul olduğu” bildirilib və sonda hər operatorun özünün bəlirlədiyi xidmət haqqı tutulub. Heç demə, NK-nın 25.02.2015 tarixli, 50 saylı “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin  təşkili qaydaları”nı sayan yoxdur.

Nə əlaqəni təmin etməyə borclu olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), nə yanındakı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ( İKTA) çağrı mərkəzlərinin ödənişsiz xidmət göstərməli olduğunu bilir. Bəlkə özlərini bilməzliyə qoyublar, di gəl axı, zəng heç götürülmür, danışıq, əlaqə baş tutmur, necə baş tutmayan danışığa, zəngə görə astronomik sayıla bilən danışıq haqqı tutula bilər? “Qaynar xətt” bağlantı xidmətinə baxın, vətəndaş yarım saat qoşulmağa növbə gözləyir, qoşulmur, amma yarım saata görə 3-5 manat arası “danışıq haqqı” ödəyir. Belə xidmət, belə haqq, belə hüquq hansı kitabda yazılıb?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarə heyətinin sədri Nail Mərdanov 05.03.2025-ci il tarixli məktubla bildirib ki, “Telekommunikasiya haqqında” qanunun 10.2 maddəsinə görə ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi  xidmətlər) çağırılması üçün istənilən telekommunikasiya şəbəkəsindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə təminat verilir. Bəs niyə mobil operatordan 902-yə zəngə görə , özü də baş tutmayan zəngə görə müştərinin balansından anında vəsait tutulub? Bəyəm 902 polisə aid deyil? İKTA sədri 902-ni “digər çağrı mərkəzi” sayaraq “zəng zamanı və gözləmə müddətində balansdan vəsait çıxılması ilə bağlı məsələlərin  xidməti təşkil edən şəxslə aidiyyəti operator arasında bağlanmış müqavilə əsasında tənzimləndiyini” vurğulayıb,  bu müqavilə, xidmət tariflərinə  İKTA-nın qarışmaq səlahiyyətinin olmadığını da diqqətə çatdırıb.

 İKTA-nın diqqətinə digər qanunvericilik aktlarından NK-nın “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”nın 2.1-ci bəndini çatdırırıq: “Çağrı Mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ÖDƏNİŞSİZ həyata keçirir”. Qaydaların 2.11-ci bəndində təsbit olunub ki, Azərbaycan Respublikasının  ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən Çağrı Mərkəzinə birbaşa yığımlar təmin olunur.”

İstənilən halda dövlət orqanının çağrı mərkəzinə zəngin ödənişsiz olması qanunla tənzimlənir. Yol polisinin,  adından bəlli etdiyi kimi, dövlət orqanı, polis orqanl olması nə mobil operatora, nə də İKTA-ya gizlin olmaz. Belədə niyə qəbul edilməyən zəngə görə vətəndaşın balansından vəsait tutulsun ki ?!

Onu da vurğulayaq ki, ən yüksək xidmət göstərən DİN-in 102 çağrı mərkəzi anında şikayəti qəbul edib və ertəsi gün Baş DYP İdarəsinin rəis müavini Pərvin Səfərəliyev Xətai RPİ-nin rəisi Vaqif Müslümova müraciətin araşdırılıb tədbir görülməsinə məktub ünvanlayıb. Yəqin qanunsuz yazılan cərimə silinər…

Məğrur BƏDƏLSOY

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:609
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri