Icma.az
close
up
RU
907 ci düzəliş ləğv olunmalıdır Hikmət Babaoğlu

907 ci düzəliş ləğv olunmalıdır Hikmət Babaoğlu

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki,  Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin müddətinin uzadılmasının özü-özlüyündə müsbət bir hadisədir:

"Amma mənə elə gəlir ki, ümumiyyətlə, bu düzəlişin ləğv olunması zərurəti var. Çünki onsuz da əvvəldən 907-ci düzəliş haqsız və qeyri-obyektiv idi. 907-ci düzəlişin Azadlığı Müdafiə Aktına əlavə edilməsinin səbəbi o idi ki, guya ki, Azərbaycanda ermənilərin hüquqları sıxışdırılır, məhdudlaşdırılır. Ona görə də demokratiya məhdudlaşdırılmış hesab olunur və ona görə də Amerika Birləşmiş Ştatları Azərbaycana yardım etmir və etməyəcəkdir. Amma bu gün artıq 907-ci düzəlişi şərtləndirən, dırnaqarası, o səbəb yoxdur. Çünki Azərbaycanda artıq erməni yoxdur. Ermənilər könüllü şəkildə Azərbaycanı tərk ediblər, Azərbaycan vətəndaşlığından imtina ediblər. Belə olan halda predmeti olmayan bir düzəlişin vaxtının uzadılması o qədər də doğru deyil. Bu, ümumiyyətlə, ləğv olunmalıdır".

Millət vəkili vurğuladı ki, vaxtilə yenə Azərbaycanda olan dırnaqarası Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı, onun həmsədrliyi institutu təsis edilmişdi:

"Problem bitdikdən sonra ATƏT-in Minsk qrupu ləğv edildi və həmsədrlik institutu ləğv edildi. Məncə, bu, yaxşı nümunədir. Ən nəhayət, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında 6 ay bundan əvvəl Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. 907-ci düzəliş bu xartiyanın ruhu ilə də uyğun deyil. Ona görə məncə, əlbəttə ki, özlüyündə müddətin uzadılması yaxşıdır, amma ən qısa zamanda bu düzəliş ümumiyyətlə ləğv olunmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri