Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

97 yaşlı İpək Hacıyeva: Xoş xasiyyət və mehriban münasibət uzun ömrə aparan yolun açarıdır

97 yaşlı İpək Hacıyeva: Xoş xasiyyət və mehriban münasibət uzun ömrə aparan yolun açarıdır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz, 2 iyul, Elxan Yusifli, AZƏRTAC

Xoş xasiyyət və mehriban münasibət uzun ömrə aparan yolun açarıdır. Bunu 97 yaşlı İpək Hacıyeva öz həyat təcrübəsinə əsaslanaraq söyləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İpək nənə əslən Zəngilan rayonunun Ağalı kəndindəndir. Ömrünün 56 ilini pedoqoji fəalliyətlə keçirib. İbtidai sinif müəllimi, bağça müdiri, şəhər sovetində deputat və təhsil idarəsində metodist işləyib.

“Bizim nəslimizdə uzunömürlü insanlar olub. Babam 120 il yaşayıb. Bir dəfə də xəstələnməyib. Ömrü verən Allahdır. Mən yeməyimə həmişə fikir vermişəm. Təmiz məhsullar yemişəm. Xəmir xörəklərini, çörəyi normasında yemək lazımdır. Bir də mehribançılıq vacibdir. Xoş rəftar insan ömrünü uzadır. Əsəb, stress isə çox ziyandır”, - deyə İpək Hacıyeva söyləyib.

İpək nənənin həyat yoldaşı hərbçi olub. Altı övladının hər biri ali təhsil alıb. Vaxtilə onun dərs dediyi şagirdlər arasında indi yüksək vəzifədə işləyənlər, tanınmış iş adamları var. Bütün şagirdləri İpək nənənin xətrini sevimli, ilk müəllimləri kimi əziz tuturlar.

“İlk iş yerim Zəngilanda olub. İbtidai sinif müəllimi olmuşam. Sonra qabaqcıl işçi olduğuma görə məni bağça müdiri təyin etdilər. 17 il bu vəzifədə işlədim. Həmin dövrdə şəhər sovetində deputat seçilmişdim. Daha sonra Zəngilan işğal olundu, biz də Bakıya köçdük. Paytaxtda isə ibtidai siniflər üzrə metodist kimi fəaliyyət göstərmişəm”, - deyir İpək Hacıyeva.

Əsrə yaxın ömür sürmüş həmsöhbətimiz bildirir ki, sağlam yaşamaq üçün vaxtaşırı təmiz havada, təbiətin qoynunda dincəlmək lazımdır. Hazırda Xaçmazın Nabran qəsəbəsindəki “Təhsil” istirahət mərkəzində dincələn İpək nənə ölkəmizdə təhsil işçilərinin istirahəti üçün hər bir şəraitin yaradıldığını söyləyir: “Mən Ukraynada və başqa ölkələrdə istirahət mərkəzlərində, kurortlarda olmuşam. Amma burada yaradılan şərait gördüklərim içində ən yaxşısıdır. Təmizlik, qidalanma, münasibət çox gözəldir”.

İpək nənə yaşı ilə əlaqədar olaraq, hazırda arabadan istifadə edir.

O, çox sevinir ki, uzun illər işğal altında olan Zəngilanın azad edilməsini gördü. İndi 100 yaşını doğma yurdunda qeyd edə bilər. İpək nənənin ən böyük arzusu ölkəmizdə daim sülh və əmin amanlığın olması, vətəndaşlarımızın xoşbəxt yaşamasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri