Icma.az
close
up
RU
AAYDA sədri iclas keçirdi Qarşıda duran vəzifələr müzakirə edildi (FOTO)

AAYDA sədri iclas keçirdi Qarşıda duran vəzifələr müzakirə edildi (FOTO)

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

"Unikal" xəbər verir ki, agentliyin akt zalında baş tutan iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin müasir infrastruktur təminatına malik dövlətə çevrilməsi istiqamətində yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturu sahəsində mühüm irəliləyişlər əldə edilib. Dövlət başçısının hakimiyyəti dövründə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.

Bildirilib ki, 2025-ci il ərzində 110,8 km respublika əhəmiyyətli, 153,1 km yerli əhəmiyyətli, 93,8 km Bakı şəhər yolları, 66 km Gəncə şəhər yolları və 17 km Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yolunun tikintisi və 1 hava limanının inşası üzrə layihələr icra edilir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1 338,4 km olan 17 avtomobil yolunun tikintisi tam, 1 layihənin icrası isə qismən başa çatdırılıb.

Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 km olan 47 tunelin, ümumi uzunluğu 9 581,6 pm olan 447 körpünün və 3 871 pm uzunluğunda 16 viadukun tikintisi aparılır.

Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri tamamlanmış, 13,6 km uzunluğunda 7 tunel isə artıq istifadəyə verilmişdir.

Bununla yanaşı, ümumi uzunluğu 8 839,1 pm olan 392 körpünün və 1 965 pm uzunluğunda 9 viadukun tikintisi başa çatdırılıb.

Saleh Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2015–2025-ci illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 10 826,9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 8 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilmiş, həmçinin 53 körpüdə təmir işləri aparılmışdır.

Kollegiya iclasında ölkə başçısının verdiyi tapşırıqların icrası istiqamətində görülən tədbirlər, cari ildə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr, əldə olunan nailiyyətlər, mövcud nöqsan və çatışmazlıqlar, eləcə də onların aradan qaldırılması üçün görülən işlər müzakirə olunub. Eyni zamanda ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun olaraq hazırlanmış konsepsiya əsasında növbəti ildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb.

Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015–2025-ci illər ərzində həyata keçirilmiş layihələrə dair hesabat filmi nümayiş etdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri