AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Birliyi Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında bildirilib.
“Avropa Birliyi Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin, təhlükəsizliklə bağlı olanlar (terrorçuluğa qarşı tədbirlər – red.) istisna olmaqla, ləğv edilməsinə dair hüquqi sənədləri qəbul edib. Qara siyahıdan həmçinin Suriyanın Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət çıxarılıb”, - bəyanatda vurğulanır.
Sənəddə qeyd olunub ki, bu addım 20 may tarixində AB xarici işlər nazirlərinin qəbul etdiyi və Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının məqsədəuyğun olduğunu bildirən siyasi qərarın həyata keçirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















