Abdulkadir Polat: Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr ərzaq təhlükəsizliyinə töhfə verəcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat bildirib.
O deyib ki, Türkiyə kənd təsərrüfatının rəqəmsallaşdırılması, ətraf mühitə uyğun və yüksək əlavə dəyər yaradan modelə keçidi istiqamətində genişmiqyaslı siyasət həyata keçirir.
Onun sözlərinə görə, Türkiyədə rəqəmsal kənd təsərrüfatı tətbiqləri, su səmərəliliyi üzrə səfərbərlik, quraqlığa davamlı toxumların hazırlanması və iqlim dostu dəstək mexanizmləri tətbiq olunur. Nazir müavini qeyd edib ki, bu təcrübə Azərbaycanla aqrar əməkdaşlığın genişləndirilməsi üçün mühüm baza yaradır.
A. Polat vurğulayıb ki, Azərbaycanın xüsusilə bərpa edilmiş və yenidən istehsala cəlb olunan ərazilərdə formalaşdırdığı aqrar inkişaf vizyonu əməkdaşlığa əlavə dinamika qazandırır. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aqroparkların, müasir istehsal sahələrinin və logistika mərkəzlərinin yaradılması təkcə Azərbaycanın milli inkişafına deyil, eyni zamanda regional ərzaq təminatının gücləndirilməsinə xidmət edəcək.
Nazir müavini bildirib ki, Türkiyənin texnoloji, idarəetmə və institusional təcrübəsinin Azərbaycanın güclü potensialı ilə birləşməsi hər iki tərəf üçün “qazan–qazan” prinsipi əsasında nümunəvi əməkdaşlıq modelinin formalaşmasına imkan yaradacaq.
A. Polat əlavə edib ki, Azərbaycan–Türkiyə əməkdaşlığı yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır və enerji, nəqliyyat və ticarət sahələrində də strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 23 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















