ABŞ AZƏRBAYCAN YAXINLAŞMASI: “Cənubi Qafqazda sabitləşdirici güc artıq Azərbaycandır”
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son zamanlar ABŞ-Azərbaycan münasibətləri inkişaf etməkdədir. Bu da Azərbaycanın beynəlxalq imicini gücləndirir və investisiya, təhlükəsizlik və diplomatik dəstək sahələrində yeni imkanlar yaradır. ABŞ ilə əlaqələrin inkişafı Azərbaycanın regiondakı rolu və təsirini artırır. Eyni zamanda, bu münasibətlər Azərbaycanın xarici siyasət strategiyasına da müsbət təsir göstərir.
ABŞ-Azərbaycan münasibətləri ölkəmizə hansı konkret siyasi və iqtisadi faydalar verə bilər? Regiondakı digər ölkələrlə münasibətlərə təsiri nə ola bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, ABŞ-Azərbaycan münasibətləri regionda Azərbaycanın maraqlarını özündə ehtiva edən yeni nəqliyyat-kommunikasiya sistemlərinin formalaşmasına şərait yaradacaq. Bu, Naxçıvanla Azərbaycanın dəmir yolu və avtomobil yolu vasitəsilə birləşməsini, eyni zamanda yeni nəqliyyat-kommunikasiya sistemi üzərindən Türkiyəyə, Avropaya, o cümlədən Aralıq dənizi vasitəsilə Yaxın Şərqə çıxışın təmin olunmasını mümkün edəcək.
“Bu, Azərbaycanın yeni bazarlara rahat şəkildə çıxışı üçün mühüm nəqliyyat-kommunikasiya sistemi deməkdir. Bu məsələ təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri, o cümlədən Ermənistan üçün də olduqca faydalıdır. Paralel olaraq Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının qurulması regionda ticarətin və əməkdaşlığın yüksəlməsinə səbəb olacaq”.
Natiq Miri vurğulayıb ki, bu prosesdə əsas ağırlıq ABŞ-nin üzərinə düşür. “Çünki 2020-ci ildəki 44 günlük müharibədən sonra, 2023-cü ildə həyata keçirilən birgünlük antiterror əməliyyatına qədər, eləcə də sonrakı dövrlərdə nəqliyyat kommunikasiyalarının açılması məsələsi problematik olaraq qalırdı. Lakin bu məsələ 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan sənədlərlə faktiki olaraq öz həllini tapdı”.
Politoloqun fikrincə, bu problemin həlli ABŞ kimi hegemon gücün Cənubi Qafqazla bağlı prioritet və geosiyasi maraqlarını açıq şəkildə ortaya qoyması, eyni zamanda regionda öz siyasi çəkisini artırması ilə mümkün oldu. Bu da dolayısı ilə nəqliyyat-kommunikasiya sistemlərinin fəaliyyəti üçün təhlükəsizlik zəmanəti rolunu oynadı ki, bu, olduqca mühüm amildir.
“Bu məsələdə uzun müddət ciddi manipulyasiya aparan Rusiya amili, eləcə də əngəlləyici və ləngidici İran faktoru mövcud olub və bu amillər hələ də tam aradan qalxmayıb. Lakin ABŞ və onun Prezidentinin adını daşıyan dəhliz və tranzit marşrutunun mövcudluğu bu dövlətlər üçün, nə qədər sərt bəyanatlar versələr də, çəkindirici faktor kimi çıxış edir. Məhz ABŞ-nin dəstəyi nəticəsində bu gün Ermənistan rəhbərliyi demək olar ki, hər gün Rusiyanın bu proseslərdə iştirakını açıq şəkildə absurd adlandırır. Bu baxımdan, ABŞ-nin regionda mövcudluğu Azərbaycan-ABŞ münasibətlərinin bütün sahələr üzrə, o cümlədən müdafiə istiqamətində əməkdaşlıq və inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, təhlükəsizlik nöqteyi-nəzərindən də Azərbaycan üçün mühüm üstünlüklər yaradır”.
Politoloq vurğulayıb ki, bu əməkdaşlıq fonunda artıq açıq şəkildə görünür ki, Rusiya bölgədə sabitləşdirici rolunu itirib. Hazırda regionda, xüsusilə də Cənubi Qafqazda əsas sabitləşdirici güc Azərbaycandır.
“Bəzən Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsi imzalanmadan, diplomatik münasibətlər qurulmadan ticarətə başlaması və bu istiqamətdə konkret praktiki addımlar atması tənqid olunur. Lakin anlamaq lazımdır ki, Azərbaycan bunu birtərəfli qaydada etməklə həm sülh prosesinə praktik töhfə verir, həm də regionun əsas güc mərkəzi və sabitləşdirici aktor olduğunu nümayiş etdirir. Cənubi Qafqazda bu rolu nə Gürcüstan, nə də Ermənistan oynaya bilər. Bu missiya məhz Azərbaycana məxsusdur və bu prosesdə ABŞ-nin də müəyyən siyasi çəkisi var. Çünki ABŞ artıq bütün regionlarda özünə dost və müttəfiq hesab etdiyi dövlətləri uzunmüddətli şəkildə himayə etmək niyyətində deyil. İstər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda.
Bu kontekstdə, Yaxın Şərqdə Qəzza ilə bağlı Sülh Şurasının yaradılması və boşluqları doldura biləcək zəmanətli güc mərkəzinin formalaşdırılması prosesi artıq özünü göstərməkdədir”.
Oğuz Ayvaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 Fevral 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















