ABŞ dan İrana mesaj: “Razılaşmaya açığıq”
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla nüvə proqramı üzrə razılaşmanın mümkün olduğunu, lakin Tehran tərəfindən konkret güzəştlərin edilməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Vens “Reuters”ə müsahibəsində ABŞ-ın xarici siyasəti, o cümlədən İranla dalana dirənmiş danışıqlar barədə danışıb.
Alyaskaya seçki kampaniyası çərçivəsində səfərindən sonra müsahibə verən Vens bildirib ki, istənilən razılaşma İranın nüvə yanacağının zənginləşdirilməsi imkanlarını azaltmasını tələb edəcək.
“ABŞ hələ də İranla razılaşmaya açıqdır, lakin onlar nüvə proqramı ilə bağlı konkret güzəştlərə getməlidirlər”, – deyə Vens vurğulayıb.
O qeyd edib ki, İran nüvə silahı əldə etmək niyyətində deyilsə, uranın 60 faizədək zənginləşdirilməsinə ehtiyac yoxdur.
“Əgər nüvə silahı istəmirsinizsə, onda niyə 60 faiz zənginləşdirilmiş yanacaq lazımdır? Nüvə silahı istehsal etməmək öhdəliyinizi göstərmək istəyirsinizsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, çox sadə məsələdir”, – ABŞ vitse-prezidenti bildirib.
Vens əlavə edib ki, Tehran nüvə silahı istehsal etməmək niyyətini nümayiş etdirmək istəyirsə, uranın zənginləşdirilməsi imkanları ilə bağlı “mənalı” addımlar atmalıdır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















