ABŞ də Amerikanın Səsi və Azadlıq radiosu fəaliyyətlərini dayandırıblar
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp ABŞ Qlobal Media Agentliyini (USAGM) ləğv etmək əmrindən sonra "Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətini dayandırıblar.
Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, hökumət təşkilatı olan USAGM-nin tərkibinə "Amerikanın Səsi"("Voice of America") və "Azadlıq" radiosu ("Radio Free Europe/Radio Liberty") daxildir.
"Amerikanın səsi"nin direktoru Maykl Abramovitsin sözlərinə görə, D.Trampın qərarından sonra radiostansiyanın 1 300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar.
Qeyd edək ki, ABŞ Konqresinin hesabatına əsasən, ötən ilin yekunları üzrə USAGM-nin büdcəsi 886 milyon dollar təşkil edib, 3 500-ə yaxın çox nəfər işə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Mart 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















