ABŞ də dövlət sistemi ani qərarlar və ya şəxslər üzərindən verilmir
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ elə bir dövlətdir ki, orada dövlət sistemi, siyasi kurs ani qərarlar və ya şəxslər üzərindən verilmir. Beyin mərkəzləri, təhlükəsizlik xidməti, yəni siyasi kursa təsir edəcək birdən çox faktorlar var".
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
T.Rzayev əlavə edib ki, Bayden, Tramp və ya onlardan öncəki prezidentlər xüsusi bir siyasi xətt yeritmirlər: “Onlar əslində ümumi təyin olunan siyasi xətti yeridirlər. Bu ümumi siyasətin məqsədi maraqların təmin olunmasıdır. Müəyyən korrektələr və metod fərqliliyi ola bilər. Məsələn, Tramp daha aqressiv, Bayden daha fərqli siyasi bir xətt tutmuş ola bilər. Amma bu o demək deyil ki, onlar əslində iki fərqli siyasi yön tutublar. Xeyr. Mənə görə dövr eyni dövrdür, siyasət eyni siyasətdir. Sadəcə icra edən şəxsin icra metodlarında müəyyən fərqliliklər var”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















