“ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65 dən çox gəmisini batırıb” Kerolayn Livitt
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ "Epik qəzəb" əməliyyatının başlanğıcından bəri İranın 65-dən çox İran hərbi gəmisini batırıb və İran daxilində 6 000-dən çox hədəfə zərbələr endirib.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatın başlanğıcından bəri Tehranın raket atışlarının sayı 90 %, İranın hücum dronlarından istifadə qabiliyyəti isə 95 % azalıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















