Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Ağ Evin gözəl mətbuat katibi və ən çox güvəndiyim köməkçilərimdən biri Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək. O, gözəl azyaşlı uşaqları və ailəsi ilə daha çox vaxt keçirə bilmək üçün bu qərarı verib. Mən bu qərarı tamamilə başa düşür və hörmətlə qarşılayıram!”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.
O bildirib ki, Livitt bundan sonra onun xarici məsələlər üzrə əsas məsləhətçilərindən biri olacaq.
“Kerolayn Ağ Evdə əsl lider olub və 2018-ci ildən etibarən, o cümlədən 2024-cü ildəki tarixi yenidən seçki kampaniyamız zamanı ədalət, azadlıq və hüquqlar uğrunda mübarizədə möhtəşəm iş görüb. Kerolayn Ağ Evin tarixində ən yaxşı mətbuat katiblərindən biri olub. Təşəkkür edirəm, Kerolayn. Əla iş gördün!”, - Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 13 Avqust 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















