ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək Ostin
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib.
“Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etdiyini vurğulayıb”, - məlumatda qeyd olunub.
L.Ostin ABŞ-nin Ermənistan Silahlı Qüvvələrinin islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Nazirlikdən əlavə ediblər ki, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















