ABŞ Ermənistanda minerallar üzrə memorandumun icrasına başlayıb
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Birlikdə biz vacib minerallar üçün möhkəm və şaxələndirilmiş təchizat zəncirləri qururuq”
Ermənistandakı Amerika səfirliyi Vaşinqton və İrəvan arasında vacib minerallarla bağlı anlaşma memorandumunun həyata keçirilməsi üçün praktik addımlara keçidi elan edib.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, diplomatik missiyanın “Facebook” səhifəsindəki paylaşımda qeyd edilib ki, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun Enerji Təchizatı Zənciri Ofisinin direktoru Pol Huper Ermənistanın mədən sektorunun ehtiyacları və imkanları ilə tanış olmaq və ABŞ-ın texniki yardımının potensial sahələrini müzakirə etmək üçün Ermənistan hökuməti, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
“Birlikdə biz vacib minerallar üçün möhkəm və şaxələndirilmiş təchizat zəncirləri qururuq, rifahı təşviq edirik və ABŞ-Ermənistan strateji tərəfdaşlığını gücləndiririk”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, mayın 26-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio kritik mineralların və nadir torpaq metallarının çıxarılması və emalı ilə bağlı çərçivə memorandumu imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Oktyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















