ABŞ federal hökumətinin büdcəsi dekabr ayında 145 milyard dollar kəsir göstərib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin dekabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
APA xəbər verir ki, 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə bitən 2026 maliyyə ilinin üçüncü ayı olan dekabr ayında federal hökumətin büdcə kəsiri 145 milyard dollar olaraq hesablanıb.
Federal hökumətin əvvəlki ilin eyni dövründə büdcə kəsiri 87 milyard dollar olub.
Beləliklə, büdcə kəsiri ötən ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67 faiz artıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında hökumət gəlirləri illik müqayisədə 7 faiz artaraq 484 milyard dollara çatıb, xərclər isə illik müqayisədə 16 faiz artaraq 629 milyard dollara çatıb.
2026-cı maliyyə ilinin ilk üç ayında ölkənin ümumi büdcə kəsiri də əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 602 milyard dollara düşüb.
Bu kəsir əvvəlki ilin eyni dövründə 711 milyard dollar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Yanvar 2026 06:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















