ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
ABŞ ordusu ilk hipersəs silahının yerləşdirilməsində qrafikdən üç ildən çox geri qaldığını etiraf edib
Bakıvaxtı.az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu ölkənin ilk hipersəs silahının yerləşdirilməsini hələ də başa çatdırmayıb. Bununla da ABŞ-nin Çin və Rusiyadan geri qaldığı qabaqcıl texnologiyanın tətbiqində üç ildən çox gecikmə olduğu etiraf edilib.
Agentliyin məlumatına görə, ABŞ ordusu Dark Eagle ("Qara qartal") adı ilə tanınan uzaqmənzilli hipersəs raketinin yerləşdirilməsi üzərində işi davam etdirir. Sistemin istifadəyə hazır elan olunmasından əvvəl əlavə hazırlıq işləri, eləcə də texniki hazırlığın və döyüş qabiliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər tamamlanmalıdır.
"Bloomberg" qeyd edir ki, ABŞ ordusu bu texnologiyanın yerləşdirilməsi üçün əvvəllər müəyyən edilmiş bir neçə müddəti, o cümlədən 2023 və 2025-ci illəri ötürüb.
Hipersəs raketləri saatda 6,12 min kilometrdən çox sürətlə, aşağı hündürlükdə uça bilir. Bu xüsusiyyətlər onların ənənəvi hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilməsini çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Oktyabr 2026 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















