Icma.az
close
up
RU
ABŞ ın Mərkəzi Asiya siyasəti: iqtisadi maraqlar, nadir minerallar və Zəngəzur dəhlizi

ABŞ ın Mərkəzi Asiya siyasəti: iqtisadi maraqlar, nadir minerallar və Zəngəzur dəhlizi

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

ABŞ-ın Mərkəzi Asiya respublikalarına maraq göstərməsi, ilk növbədə, Prezident Donald Trampın ölkəsinin iqtisadi maraqlarını daha geniş və praqmatik formada təmin etmək niyyətindən irəli gəlir. Yeni texnologiyaların inkişafı və istehsalı üçün nadir minerallar əhəmiyyətli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib. O bildirib ki, ABŞ Geoloji Xidməti Mərkəzi Asiyada 384 nadir mineral mənbəyi aşkar edib. Bunlardan 160-ı Qazaxıstanda, 87-si Özbəkistanda, 75-i Qırğızıstanda, 60-ı Tacikistanda, 2-si Türkmənistandadır. Hazırda dünya manqan filizi ehtiyatlarının 38,6, xrom ehtiyatlarının 30, qurğuşun ehtiyatlarının 20, sink ehtiyatlarının 2,6, titan ehtiyatlarının isə 8,7 faizi Mərkəzi Asiyada yerləşir. Bütün bunların çıxarılması, istehsalı və nəql olunması sərmayə tələb edir ki, bunu da ABŞ təmin edib əməkdaşlıq əlaqələrini genişləndirə bilər.

Onun sözlərinə görə, hələ Trampın birinci prezidentliyi dövründə Ağ Ev administrasiyası “2019-2025-ci illər üçün ABŞ-ın Mərkəzi Asiyadakı strategiyası: suverenliyin möhkəmlənməsi və iqtisadi inkişaf” adlı sənəd qəbul edilib. Həmin sənədə əsasən, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün 9 milyard dollar vəsait ayrılmışdı. Bütün bunların reallaşması üçün rəsmi Vaşinqtona nəqliyyat əlaqəsi lazımdır. Bu baxımdan ABŞ-ın Zəngəzur dəhlizini dəstəkləməsi və Azərbaycanla Ermənistan arasında ədalətli sülhün əldə edilməsini istəməsi təsadüfi xarakter daşımır.

“Azərbaycan Prezidenti həm sülh, həm də iqtisadi əməkdaşlıq üçün praqmatik siyasi xətt yürüdərək Ermənistana Azərbaycan üzərindən tranzit olaraq yükdaşımalarını həyata keçirməyə icazə verməsi sülh istiqamətində atılan dəyərli addımdır. ABŞ artıq Orta Dəhlizin və onun aparıcı seqmenti olan Zəngəzur dəhlizinin inkişafı üçün sərmayə ayırmaq niyyətini də bildirib. Təsadüfi deyil ki, Zəngəzur dəhlizi Prezident Trampın təşəbbüsü ilə avqust ayında Ağ Evdə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü zamanı müzakirə olunub. Bu dəhliz Mərkəzi Asiya ilə Avropanı nəqliyyat baxımdan birləşdirəcək ki, bu da ABŞ-ın maraqlarına uyğundur və Amerikanın özü də dəhlizdən istifadə edərək Mərkəzi Asiya respublikaları ilə ticarət əlaqələrini artıracaq.

Məsələnin siyasi tərəfində gəldikdə isə qeyd etmək lazımdır ki, ABŞ ilə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsi dəhliz boyu yerləşən dövlətlərə siyasi zəmanət qazandırır. ABŞ öz maraqlarını silah gücünə və münaqişələr yaratmaqla deyil, iqtisadi əməkdaşlıq və sərmayəsi ilə təmin edir ki, bu da praqmatik xarakterli siyasət olduğu üçün region dövlətləri tərəfindən qəbul edilir”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri