Icma.az
close
up
RU
ABŞ ın sabiq səfiri: Sülh üçün ən optimist məqam yaşanır

ABŞ ın sabiq səfiri: Sülh üçün ən optimist məqam yaşanır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ prezidentinin Qarabağ sülh prosesinə cəlb olunması sazişin yekunlaşdırılması baxımından çox vacibdir. Çünki Ermənistan və Azərbaycan liderlərinin sülh sazişini imzalamaq üçün lazım olan çətin kompromisləri qəbul edə bilmələri üçün dünyanın ən güclü liderindən həm siyasi dəstəyə, həm də mənəvi stimula ehtiyacları var. Ümid edirəm ki, bu gün Prezident Trampın Ağ Evdə Prezident Əliyev və Baş nazir Nikol Paşinyanı qəbul etməsi ilə buna yaxınlaşırıq”.
Bunu ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün sülh sazişi imzalanmayacaq:
“Onun əvəzinə,  Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanın sülh sazişinə aparacaq konkret addımlar atmağa hazır və razı olduqlarını müəyyən edən bir çərçivə razılaşması imzalanacaq. Heç kim sülh sazişinin dəqiq nə vaxt imzalanacağını bilmir, amma bu çərçivə razılaşması çox mühüm olacaq. Bu ilin mart ayında İlham Əliyev və  Paşinyan sülh sazişinin yekun mətnini razılaşdırıblar və yalnız bir əsas məsələ qalıb. Bu da Azərbaycanın israrla tələb etdiyi — Ermənistanın konstitusiyasını dəyişərək Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıq şəkildə bəyan etməsidir. Hazırda Ermənistan konstitusiyasında bu məsələ fərqli göstərilib. Buna görə də bu proses çətin olacaq. Həmçinin Prezident Tramp ilə Prezident Əliyev arasında, eləcə də Baş nazir Paşinyan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanacağı barədə danışıqlar var”.
Sabiq səfirin sözlərinə görə, bu sənədlər hər iki ölkə ilə iqtisadi, siyasi və təhlükəsizlik münasibətlərini gücləndirəcək:
““907-ci əlavə”nin ləğvi və ya Prezident Trampın Respublikaçılar tərəfindən idarə olunan ABŞ Konqresini həmin məhdudiyyəti birdəfəlik aradan qaldırmağa çağıracağı barədə də söhbətlər dolaşır. Əsas odur ki, Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılığın əldə olunacağı barədə məlumatlar var.  Bu dəhlizin logistik idarəçiliyini ABŞ-ın bir logistika şirkətinin həyata keçirəcəyi bildirilir. Bunlar hələlik Vaşinqtondan yayılan xəbərlər və şayiələrdir. Günün sonunda nələrin baş verəcəyi isə hələ məlum deyil. Amma bu, mənim Qarabağ münaqişəsini dörddə bir əsrdən çox izlədiyim müddətdə ən optimist məqamdır. Ümid edirəm ki, bu gün baş verənlər qısa zamanda yekun sülh sazişinə gətirib çıxaracaq. Düzgün tərtib olunmuş çərçivə razılaşması bu prosesi mümkün edə bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri