ABŞ İran neftini gizlicə bazara çıxaran şirkətlər şəbəkəsinə sanksiya tətbiq edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ İran neftinin daşınmasını həyata keçirən şirkət və gəmilərə sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub.
Bildirilib ki, İran neftini İraq nefti adı altında qaçaqmalçılıq yolu ilə daşıyan gəmi və şirkətlərin sahibi Valid əl-Samirrai adlı biznesmendir.
Onun rəhbərlik etdiyi şəbəkə gizli şəkildə İraq və İran neftlərini qarışdırır və İraq nefti kimi beynəlxalq bazara çıxarır ki, burada məqsəd ABŞ sanksiyalarından yayınmaqdır.
Nazirliyin məlumatına görə, İran hökuməti və sözügedən biznesmen bu yolla yüz milyonlarla dollar qazanıb.
“İranın neft gəlirini hədəfə almaqla rejimin ABŞ-a və müttəfiqlərinə qarşı hücum qabiliyyətini deqradasiyaya uğradacağıq”, - ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















