Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

ABŞ İran xəttində pauza: hərbi variant niyə təxirə düşür? DETALLAR

ABŞ İran xəttində pauza: hərbi variant niyə təxirə düşür? DETALLAR

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı uzunmüddətli müharibəyə səbəb olmayacaq sürətli və qətiyyətli bir zərbə endirməsini istəyir. Ölkə.Az xəbər verir ki, “NBC News” bu barədə mənbələrə istinadən məlumat yayıb.

"Əgər o, bir şey edərsə, bunun son qərar olmasını istəyəcək", - mənbə bildirib.

Lakin Trampın müşavirləri hələlik ABŞ hərbi hücumundan sonra İran rejiminin tez bir zamanda çökəcəyinə zəmanət verə bilməyiblər. ABŞ-nin İranın qisasından qorunmaq üçün bölgədə bütün lazımi resurslara sahib olmaya biləcəyi ilə bağlı narahatlıqlar var.

ABŞ rəsmisi və danışıqlarla tanış olan mənbənin sözlərinə görə, bu vəziyyət ABŞ prezidentini ən azı ilkin mərhələdə İrana daha məhdud hərbi hücumu təsdiqləməyə vadar edə bilər, eyni zamanda o, hər hansı bir hərbi əməliyyat keçirmək qərarına gələrsə, eskalasiya ehtimalını qoruyub saxlaya bilər. Vəziyyət sürətlə dəyişir.

Digər tərəfdən “The New York Times” yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan İrana hücumu təxirə salmağı xahiş edib. 

Məqalədə deyilir ki, "Netanyahu Prezident Trampdan İrana qarşı Amerika hərbi hücumu planlarını təxirə salmağı xahiş edib".

Bu, 14 yanvar çərşənbə günü telefon danışığı zamanı baş verib. Həmin günün sonunda Ağ Ev rəhbəri "digər tərəfdəki çox vacib mənbələrdən" İranda etirazçıların artıq edam edilmədiyi və repressiyaların dayandırıldığı barədə məlumat aldığını açıqlayıb. Qəzetin məlumatına görə, bu, Trampın İrana hərbi hücum ideyasından imtina etdiyinin sübutu idi.

"Politico" və “Washington Post”un yazdıqları bu mənzərəni tamamlayır: ABŞ paralel olaraq Venesuela, Asiya–Sakit okean və Avropa istiqamətlərində risk idarə edir və bu, İranla genişmiqyaslı qarşıdurma üçün manevr sahəsini daraldır. Qətər, İraq, Suriya və İordaniyada yerləşən Amerika kontingentləri İran raketlərinin birbaşa əhatə dairəsindədir və bu qüvvələri qorumaq üçün kifayət qədər “tutucu” sistem mövcud deyil. Bu səbəbdən Pentaqon üçün əsas problem hücumun özü yox, hücumdan sonra baş verə biləcək cavab dalğasıdır.

Bu fon üzərində Tramp administrasiyasının Avropa müttəfiqlərindən mümkün hədəflərlə bağlı kəşfiyyat məlumatları istəməsi diqqət çəkir. Bu addım müharibəyə hazırlıqdan çox, variantları masa üzərində saxlamaq və psixoloji təzyiq yaratmaq cəhdinə oxşayır. Eyni zamanda Milli Təhlükəsizlik Şurasında Trampa “seçimlər paketi” təqdim olunması göstərir ki, Ağ Ev hələ qərar yox, ssenari mərhələsindədir. Əgər real hücum qərarı olsaydı, qoşun və texnika yerdəyişməsi, hava hücumundan müdafiə sistemlərinin bölgəyə qaytarılmasını və regional diplomatik xəbərdarlıqlar gözə dəyərdi.

Netanyahunun Trampdan hücumu təxirə salmağı xahiş etməsi açıq mesajdır. İsrail belə bir hücumun nəticələrinin nəzarətdən çıxacağından ehtiyatlanır. İsrail üçün əsas risk İranın birbaşa deyil, regional proksilər üzərindən cavab verməsidir və bu, Tel-Əviv üçün çoxcəhətli təhlükə yaradır. Trampın İran daxilində edamların dayandırılması ilə bağlı “müsbət siqnal” açıqlaması da hərbi ritorikanın geri çəkilməsinə siyasi əsas yaratmaq üçündür.

İndi əsas sual budur: yaxın zamanda hücum gözlənilirmi? Mövcud faktlara əsasən xeyr. Hazırkı mərhələdə ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlaması həm hərbi baxımdan risklidir, həm də Tramp üçün daxili siyasi nəticələri ağır ola bilər. Daha real ssenari budur ki, Vaşinqton bu təhdid kartını danışıqlarda, regional balansda və daxili auditoriyaya mesaj vermək üçün saxlayacaq. Hücum ehtimalı yalnız o halda arta bilər ki, ya İran birbaşa ABŞ hədəflərinə zərbə endirsin, ya da nüvə məsələsində kəskin, geri dönüşü olmayan addım atsın.
Qısa desək, bu gün gördüyümüz mənzərə müharibəyə hazırlıq yox, müharibə ehtimalı ilə oynanan siyasi–psixoloji oyundur.

Miri
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri